10-05-2021, 09:37 | Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq

Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur. Qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Gecə ərzində bu proses respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunacaq.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmətin rəisinin sözlərinə görə, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir: "Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək. Növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq. Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək".

9-05-2021, 09:57 | Bunu etsəniz, 600 manat cərimələnəcəksiniz - DYP-dən XƏBƏRDARLIQ

Bunu etsəniz, 600 manat cərimələnəcəksiniz - DYP-dən XƏBƏRDARLIQ

Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara və sürücülərə növbəti dəfə xəbərdarlıq olunub. Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimələnəcəklər. Baş Dövlət Yol Polisi İdarəsi və Avtomobil Yolları Dövlət Agentliyi belə sürücülərə qarşı nəzarəti artırıb.

Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimə olunacaqlar.

Söhbət yük avtomobillərindən gedir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, müşahidələr zamanı bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyi görünür.

Belə sürücülər yol təsərüfatına da ciddi ziyan vururlar. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, magistral yolların kənarlarında fasiləsiz olaraq tərəzi nəzarət məntəqələri fəaliyyət göstərir. Belə halların qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də qaydaları pozan yük avtomobili sürücüləri var.

Yükdaşıma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 40 manatdan, 600 manata qədər cərimə olunacaqlar.

9-05-2021, 08:47 | "İnter"lə "Napoli"dən darmadağın

"İnter"lə "Napoli"dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib.

Ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında "Napoli" səfərdə "Spetsiya" ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda darmadağına sevinib.

Ötən turda çempionluğu rəsmiləşən "İnter"in rəqibi "Sampdoriya" olub. Milanlılar da bu oyunda darmadağına seviniblər.

"Udineze" - "Bolonya" matçında qalib müəyyənləşməyibsə, "Fiorentina" "Latsio"nu məğlub yola salıb.

İtaliya A Seriyası
35-ci tur
8 may

Spetsiya - Napoli 1:4
Qol: Pikkoli, 64 - Zelinski, 15. Osimhen, 23; 44. Lozano, 79.

Udineze - Bolonya 1:1
Qol: De Paul, 23 - Orsolini, 82.

İnter - Sampdoriya 5:1
Qol: Qalyardini, 4. A.Sançes, 26; 36. Pinamonti, 61. Martines, 70 - Keyta, 35.

Fiorentina - Latsio 2:0
Qol: Vlahoviç, 32; 89.

9 may

14:30 Cenoa - Sassuolo
17:00 Benevento - Kalyari
17:00 Parma - Atalanta
17:00 Verona - Torino
20:00 Roma - Krotone
22:45 Yuventus - Milan

(matc.az)


9-05-2021, 08:42 | Liqa 1-də daha iki darmadağın

Liqa 1-də daha iki darmadağın

Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir.

Sənbə günü daha iki görüş baş tutub.

Bu oyunlarda da darmadağın qeydə alınıb. "Nant" "Bordo"nu üç cavabsız qolla yola salıb. Lion "Olimpik"i isə bu turda doğma meydanda "Loryan"ı məğlub edib.

Fransa Liqa 1
36-cı tur
7 may

Lans - Lill 0:3
Qol: B.Yılmaz, 4-pen; 40. David, 60.

8 may

Nant - Bordo 3:0
Qol: Kulibali, 19. Louza, 51-pen. Kolo, 70.

Olimpik (Lion) - Loryan 4:1
Qol: Auar, 53. Paketa, 65. Bruno, 71-pen; 77 - Monkondui, 83.

9 may

15:00. Sent-Etyen - Olimpik (Marsel)
17:00. Anje - Dijon
17:00. Mets - Nim
17:00. Nitsa - Brest
17:00. Strasburq - Monpelye
19:05. Reyms - Monako
23:00. Renn - PSJ

matc.az


9-05-2021, 08:29 | Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı


Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun təşkilat komitəsi iştirakçılarının yarışa hazırlaşması üçün rahat şərait yaradılıb.

Bu barədə Trend-ə ABŞ-ı təmsil edən gimnast Laura Zenq deyib.

Onun sözlərinə görə, yarışdan əvvəl onlar üçün bütün lazımi şərait yaradılıb:

"Təşkilat Komitəsinin nümayəndələri bizimlə mehriban davranırlar, hər hansı bir sual yaranarsa dərhal yardıma gəlir və həll olunmasına kömək edirlər".

Bakıdakı yarışlara birinci dəfə gəlməyən Laura Zenq Dünya Kubokunun tamaşaçısız keçirilməsindən təəssüflənir: "Əlbəttə ki, tamaşaçıların çıxışlarımızı öz gözləri ilə görməsini istəyirdim. Həmişə onların alqışlarını eşitməkdən məmnun idik. Ancaq yaranmış bu vəziyyətdə hamımızın tədbirlərə riayət etməsi lazımdır".

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

9-05-2021, 01:30 | Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur


Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

Trend-in məlumatına görə, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.(Trend)

8-05-2021, 13:31 | 30 nəfərin işdən çıxarıldığı polis idarəsində yeni təyinat

30 nəfərin işdən çıxarıldığı polis idarəsində yeni təyinat



Bir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.

Nazirin əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.

Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.


Qeyd edək ki, bir neçə ay öncə Suraxanı rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra 30-dan çox yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.( qafqazinfoya)

8-05-2021, 12:21 | Nazirlik faşizm üzərində qələbənin ildönümü

Nazirlik faşizm üzərində qələbənin ildönümü



Müdafiə Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, 9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur. Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib. 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub.

Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan hərbi birləşmələr keçmiş SSRİ-nin yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmancasına döyüşüblər, bir çox ölkənin azad olunmasında yaxından iştirak ediblər. Əsgər və zabitlərimizin igidliyi, şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib. Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz ulu öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə günü qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür.

Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.


30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.

Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May - Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar. Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

II Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edir, onlara Uca Allahdan Rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik.

8-05-2021, 08:52 | Nəcməddin Sadıqovun yeri niyə boş qalıb? - AÇIQLAMA

Nəcməddin Sadıqovun yeri niyə boş qalıb? - AÇIQLAMA

“Bunun çoxlu səbəblər ola bilər. Məncə, ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır”.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyinatının gecikmə səbəbi barədə Moderator.az-ın sualını cavablandırarkən deyib.

Millət vəkili qeyd edib ki, ikinci səbəb Prezidentin həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını müşahidə etmək istəyi ola bilər:

“O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.

Orduda islahatlara gəlincə isə, Q.Həsənquliyev bildirib ki, ilk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir:

“Müdafiə naziri mülki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir”.

Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.

8-05-2021, 08:47 | Məşhur aparıcımıza yüksək vəzifə verildi

Məşhur aparıcımıza yüksək vəzifə verildi

"Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair may ayının 7-də keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib. Beləliklə, "Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

Salmanov Elçin Fikrət oğlu;

İbrahimli Qorxmaz Əbülfəz oğlu;

Hüseynov Eyyub Mahmud oğlu;

Bəşirov Xəyal Kamil oğlu;

Əliyev Mayis Nəbi oğlu;

Məmmədov Sahib Məlik oğlu;

Nəsirov Şaban Fəxrəddin oğlu;

Quliyev Rəşad Xasay oğlu;

Quliyev Zaur Yunis oğlu;

Azərtaş Lalə Qabil qızı;

Rəhimzadə Vüqar Gəncəli oğlu.

Qeyd edək ki, təkrar seçkilərdə səsvermə hüququ olan təmsilçilərin 86,7 %-i iştirak edib. Bundan öncə aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 faiz səsini toplaya bilməyib. Ona görə də Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. İkinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiliblər.(milli.az)


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.