12-05-2021, 06:25 | BYD şirkəti Song Pro modelini yeniləyib - FOTO

BYD şirkəti Song Pro modelini yeniləyib - FOTO


BYD Song Pro krossoverinin ikinci nəsli Çin bazarına 2019-cu ildə daxil olub və dərhal alıcıların diqqətini cəlb edib. Hətta, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə, Nissan X-Trial və ya Mitsubishi Outlander modelləri ilə bənzər ölçülərə malik olan krossover 93 min nüsxədə satılıb. Bununla birlikdə, istehsalçı krossoveri yeniləmək qərarına gəlib.

4650 millimetr uzunluğunda malik olan yenilənmiş BYD Song Pro modeli zahiri cəhətdən demək olar ki, dəyişməyib. Yenilənmiş krossoveri genişləndirilmiş radiator barmaqlığı və yeni tərtibatlı bamperləri sayəsində tanımaq olar. Ancaq başqa maraqlı məqam var: modelin ön emblemi indi ayrı lövhədə deyil, radiator barmaqlığının yuxarı çubuğunda yerləşir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bununla belə, avtomobilin salonu tamamilə yenilənib. Bütün oturacaqlar və qapı tutacaqları da daxil olmaqla, salondakı hər şeyi demək olar ki dəyişdirilib. Havalandırma sisteminin mərkəzi deflektorları aşağı endirilib, mərkəzi konsolun altında USB konnektorları olan geniş "anbar" quraşdırılıb, habelə iki rəngli tərtibat təklif olunur.

Ən vacib yenilik - ənənəvi cihazlar panelindən imtinadır: onun əvəzinə, sükan sütununda ən vacib məlumatları əks etdirən kiçik ölçülü ekran yerləşidirilib. Eyni zamanda, məsələn, Wey avtomobillərində olduğu kimi, proyeksiya ekranı hələ də təklif edilmir: ətraflı məlumat almaq üçün mediasistemin böyük ekranına nəzər salmaq lazımdır. 12,8-düymlük ekranı həm üfüqi, həm də şaquli vəziyyətdə yerləşdirmək olar - displey əl ilə 90 dərəcə döndürülür.

Texniki dəyişikliklər də var: 1.5-litrlik benzin turbomühərriki təkmilləşdirilib. Əvvəllər 160 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən mühərrik, hazırda 185 at qüvvəsi və 288 Nm təklif edir. Altı pilləli preselektiv "robot" isə yerini daha davamlı iki muftalı yeddi pilləli transmissiyaya verib. Mexaniki transmissiya ümumiyyətlə olmayacaq. Benzin mühərriki ilə təchiz edilən modifikasiya ön ötürməlidir və 100 km/saat həddinə 10,8 saniyəyə sürətlənir. Bir qədər sonra, krossoverin tam ötürməli hibrid (324 və ya 473 at qüvvəli) və elektrik (163 və ya 184 at qüvvəli) versiyaları da yenilənəcəkdir.


Çində restaylinqdən əvvəlki BYD Song Pro modelinin qiyməti 13,700 dollardan başlayır, lakin yaya yaxın satışa çıxacaq yenilənmiş avtomobil daha bahalı olacaqdır. Çin markası Song Pro modelini digər ölkələrə ixrac etməyi planlaşdırmır.


11-05-2021, 08:01 | Soyuq barmaqlar bu təhlükədən xəbər verir

Soyuq barmaqlar bu təhlükədən xəbər verir

Barmaq uclarının həmişə soyuq olması damarların spazmını göstərir, ancaq səbəbi fərqli də ola bilər.

Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nevroloq Pavel Xoroşev danışıb. "Buzlu" barmaqların nəyə işarə edə biləcəyindən söz açan həkimin sözlərinə görə, spazm səbəbi soyuqdəyməyə və ya Reyno sindromuna patoloji reaksiya ola bilər:

"Müalicə olunmasa, barmaqların kəsilməsinə və ətraflarda daha ciddi fəsadlara səbəb ola bilər. Barmaqların soyuması bədənin qan təzyiqi və ya dərmanlara qarşı reaksiyası da ola bilər. Əgər hər hansı səbəbdən bir insanın təzyiqi düşübsə, bədən bir yerdə ciddi qan axması olduğunu düşünür. Daxildəki qan axışını məhdudlaşdırmaq üçün damarlarda spazm yaranır. Əllərin soyuması üçün spazm kifayət qədər güclüdür". (publika.az)

11-05-2021, 07:56 | Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir

Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir


Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir.

Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda - iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin - nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.

AZƏRTAC

11-05-2021, 07:52 | Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir

Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir

Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir.

Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin".

AZƏRTAC

11-05-2021, 07:50 | Prezident İlham Əliyev: Müxtəlif siyasi qüvvələrin revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir

Prezident İlham Əliyev: Müxtəlif siyasi qüvvələrin revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir

Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir.

AZƏRTAC Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, - çünki biz həmin ərazilərə gedə bilmirdik, - dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq".

11-05-2021, 07:48 | Prezident İlham Əliyev: Biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik

Prezident İlham Əliyev: Biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik

Hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik.

Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin".

AZƏRTAC

11-05-2021, 07:47 | Azərbaycana "Sputnik V" vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov

Azərbaycana "Sputnik V" vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov

Azərbaycana "Sputnik V" vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya XİN başçısı bildirib:

"Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir.

Bir daha vurğulamaq istəyirəm, biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik. Bu günlərdə Azərbaycana "Sputnik V" vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar".

AZƏRTAC

11-05-2021, 07:41 | Dil-udlaq sinirinin nevralgiyası

Dil-udlaq sinirinin nevralgiyası

Dil-udlaq sinirinin nevralgiyasına üçlü sinirin nevralgiyasından 100 dəfə çox rast gəlinir.Xəstəliyə ən çox 40 yaşdan yuxarı adamlarda rast gəlinir.Xəstəliyin 2 forması var:
- idiopatik
- simptomatik
Xəstəliyin etiolojiyasında vidacı dəliyin şişləri və osteofit,sinir kökünün çapığı,yuxu anevrizması,qırtlağın xərçəngi,körpü-beyincik bucağının şişi,yoluxucu xəstəliklər,intoksikasiyaların rolu böyükdür.
Xəstəlik özünü dilin kökündə,badamcıqlar və damaq qövsündə lokalizə olunan kəskin,dartıcı,yandırıcı,burucu ağrıların bir neçə saniyə davam etməsi ilə bildirir.Ağrılar tez-tez qulaq daxilinə,boğaza və alt çənənin arxa bucağına irradiasiya edir.Ağrı paroksizmaları bradikardiya və arterial təzyiqin enməsi fonunda huşdangetmə halı ilə müşayiət olunur.Bu dilin udlaq sinirinin tərkibində yuxu sinusundan damar-hərəki mərkəzə impuls daşıyan sinirin olması ilə əlaqədardır.Ağrının baş verdiyi yer dilin kökü,badamcıqlar və damaq qövsü olur.Ağrı zamanı xəstələr ünsiyyətdən qaçır,qidanı və suyu ağzının bir tərəfi üstə udmağa çalışır və duru yeməklər qəbul etməyə çalışırlar.Ağrılar isti və soyuq qida qəbul edən zamanı,öskürək,gülüş zamanı başlayır.
Diaqnoz zamanı dil-udlaq sinirinin nevralgiyasını üçlü sinirin nevralgiyasından fərqləndirmək lazım gəlir.Xəstəliyin proqnozu xoşxassəlidir.
Müalicə ağrı tutmalrının kəsilməsindən ibarətdir. Bu zaman dilin kökünə 20%-li kokain məhlulu sürtülür.Bu,ağrıları 6-7 saat müddətində dayandıraraq xəstəni sakitləşdirir.Kəskin və davamlı ağrılar zamanı dilin kökünə 1-2%-li novakain məhlulu yeridilir,novakainlə blokada aparılır.
Müalicə zamanı fizioterapevtik müalicə üsullarından istifadə edilir,xəstəyə B12,ATF,FİBS,jenşen və s.təyin edilir.
Müalicə təsir etmədikdə kəllə çuxuru səviyyəsində radikotomiya,traktotomiya və mezensefal xordotomiya tətbiq olunur.

11-05-2021, 07:40 | Dil xərçəngi

Dil xərçəngi

Dil ağız boşluğunun çox hissəsini tutan, ucundan qırtlağa qədər uzanan bir orqandır. Dil əzələ toxumasından ibarət olmaqla, dadbilmə hissiyatının təminatçısıdır.
Dilin xərçəng xəstəliyi bədxassəli olur. Xərçəng dilin istənilən hissəsində əmələ gələ bilir. Amma ən çox dilin kənarında və alt hissəsində rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə hələ də məlum deyil. Dil xərçənginə ən çox 60 yaşından yuxarı kişilərdə rast gəlinir. Bunu nəzərə alaraq bəzi səbəblər dil xərçənginin risk faktorlarına daxil edilib:
* siqaret və spirtli içki qəbulu
* xroniki virus infeksiyaları
* zərərli maddələrlə kontakda olmaq (ağır metal duzları, radioaktiv şüalanma, neft tullantıları, asbest və s.)
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* uzun müddət dilin üstündə ağ və ya qırmızı yaralar
* daima boğazda zəif ağrı hissi
* dildə ağırlaşma hissinin olması
* udma aktının çətinləşməsi
* dilin əzələsinin qalınlaşması
* ağızdan gələn pis qoxu
* tüpürcəyi udqunanda ağrı
* nəfəsalmanın çətinləşməsi
* səsin dəyişməsi.
Sadalanan əlamətlər xəstəliyin dərəcəsindən asılı olaraq arta və ya azala bilər. Dil xərcəngi limfa düyünlərinə, qaraciyərə, ağciyərə metastaz verə bilir.
Xəstəliyə diaqnozun qoyulmasında histoloji müayinənin rolu əsas götürülür.
Dil xərçənginin müalicəsi xəstəliyin dərəcəsindən, şiş toxumasının yerləşdiyi yerdən və yayılmasından asılıdır. Xəstəliyə diaqnoz vaxtında qoyularsa, şüa müalicəsi ilə xəstənin vəziyyətini yüngülləşdirmk mümkün olur. Əksər hallarda xəstəlik dilin arxa tərəfini və yaxında yerləşən limfa düyünlərini zədələdiyi üçün şüa terapiyasının effekti olmur, xəstəlik ölümlə nəticələnir.(milli.az)

11-05-2021, 07:38 | Sağlamlığınız üçün 4 məsləhət

Sağlamlığınız üçün 4 məsləhət

Bu məsləhətlərə hər gün əməl etsəniz sağlamlığınızın qayğısına qalmış sayıla bilərsiniz. Bu 4 məsləhət hər səhər sizin cəmi 10 dəqiqənizi alacaq. Amma orqanizmə verdiyi fayda ölçüyə gəlməz. Prosedurları yerinə yetirmək əvvəlcə sizə çətin gələ bilər, ancaq hər gün təkrarlasanız faydasını görəcəksiniz. Bunun üçün sizə aşağıdakılar lazımdır:
- limon
- bal
- perekis
Prosedur №1 - Səhərlər dişlərinizi yuyan zaman dilinizin üstünü də yuyun. Bunu diş şotkası və ya dilin üstünü yumaq üçün istifadə edilən xüsusi vasitələrlə həyata çevirə bilərsiniz. Dilin üstünün yuylmasının sağlamlığa faydası barədə İbn Sinanın qədim kitablarında da yazılmışdır. Dilin üstünün yuyulmasının faydaları bunlardlr:
- ağız boşluğundakı mikroblar azalır
- mədə xəstəlikləri riski azalır
- ağız boşluğundan iy gəlmir
Prosedur №2 - Axşam yeməyindən qabaq qaynar suya 1 çay qaşığı limon şirəsi əlavə edib için. Bunun aşağıdakı faydaları var:
- həzmi normallaşdırır
- maddələr mübadiləsini yaxşılaşdırır
- qara ciyəri təmizləyir
- limon şirəsi ilə bərabər tərkibində olan vitaminlərin də orqanzmə faydası olur
Prosedur №3 - Səhər yeməyindən qabaq 1 çay qaşığı təmiz bal yeyin. Balın faydaları:
- immuniteti artırır
- antioksidant təsir göstərir
Prosedur №4 - Ağız boşluğunu hidrogen peroksidlə hər səhər yaxalayın. Bu prosedurun faydaları aşağıdakılardır:
- diş xəstəliklərinin, kariesin əmələ gəlməsi riskini azaldır
- dişləri ağardır
- ağızdan xoşagəlməz qoxunu yox edir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.