23-04-2021, 08:06 | “Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib

“Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib

Köhnəlmiş "Windows 7" əməliyyat sistemi (ƏS) üçün yeniləmə çıxarılıb. Bu haqda "Softpedia" nəşri məlumat verib.

"KB5001335" adlı yeniləmə paketi həm təhlükəsizlik, həm də əməliyyat sistemi üzrə kiçik yeniləmələri əhatə edir. Məsələn, onlardan bir neçəsi ƏS-də müəyyən səhvləri aradan qaldırır.

Jurnalistlərin sözlərinə görə, yeniləmə yalnız sözügedən ƏS-nin bu və ya digər səbəblərə görə "Windows 10"nun mövcud versiyasına kimi yeniləmək imkanına malik olmayan korporativ istifadəçiləri üçün əlçatan olacaq. Məlumata görə, indiyədək dünyadakı kompüterlərin təxminən 20%-i "Windows 7" sisteminin idarəetməsi altında işləyir.
( ted.az)

23-04-2021, 08:01 | Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti versiyasında bir sıra faydalı funksiyanı aradan qaldırıb. Belə ki, yaxın zamanda istifadəçilər hələ 3 il bundan öncə istifadəyə verilmiş Timeline funksiyasının bir çox imkanından istifadə edə biləyəcəklər. Qeyd etmək lazımdır ki, Windows 10-la çalışan noutbuk və kompüter sahibləri Timeline funksiyası vasitəsilə istənilən vaxt sistemdəki dəyişiklik xronologiyasını, fayllarla çalışmanı və həmçinin əlavə edilmiş yeni sənədləri izləyə bilirlər. Win+Tab kombinasiyası sayəsində işə düşən Timeline paneli axtarış prosesinə vaxt itirmədən sistemdə olmuş dəyişikliklərin sürətli izlənməsi imkanını verir.

İstifadəçinin son ay ərzində daxil olduğu saytlar ilə fayllar Timeline tarixçəsində qeydə alınır. Bunu hətta Android və iOS-də də etmək mümkün idi. Lakin təəssüflər olsun ki, keçən ilin noyabr ayında Android üçün olan Microsoft Launcher-dən Timeline yığışdırılmışdı. İndi isə sözügedən funksiya həmçinin tərtibatçılar üçün nəzərdə tutulmuş Windows 10 Insider-də də deaktiv edilib. Microsoft bu vəziyyətə fikir bildirib və qeyd edib ki, o, Timeline funksiyasını tamamilə deaktiv etmək niyyətində deyil. Sadəcə olaraq bu funksiyanın imkanları bir qədər məhdudlaşdırılacaq. Bir neçə müddət bundan öncə baxılmış saytlar ilə fayllara yenidən nəzər yetirmək imkanı olduğu kimi qalacaq. Lakin mobil cihazlarla sinxronlaşdırılma mümkün olmayacaq.


23-04-2021, 07:58 | Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...

Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...

Yaşla və ya səhhətinizdəki müxtəlif problemlər nəticəsində üzünüzdə qara ləkələr və piqmentlər yarana bilər.

Bu, qeyri-sağlam qidalanma, eləcə də günəş şüalarının mənfi təsiri ilə də bağlı ola bilər.

İstənilən halda problem dəridə öz izini qoyur.

Bu yazıda oxucuları piqment ləkələrinin öhdəsindən gəlməyə kömək edəcək səmərəli və təbii vasitələrlə tanış edibik.

1. Çiy kartof

Çiy kartofda bir çox faydalı maddələr, o cümlədən C vitamini var. Bu dəri hüceyrələrin yeniləşməsini sürətləndirir və təravətləndirir. Bunun üçün gecə yatmazdan əvvəl üzünüzü 10 dəqiqə çiy kartof dilimi ilə 3-4 dəfə silmək tövsiyə olunur. Əgər dəriniz həddən artıq qurudursa, kartof dilimini bir az su ilə islatmaq olar.

2. Təbii yoqurt

Təbii yoqurt üz dərisinin müalicəsi üçün gözəl vasitədir. Onda dərini yumşaldan, nəmləndirən və ləkəni təmizləyən süd turşuları var. Yoqurtun maksimum səmərəli işləməsi üçün onu üzün ləkəli hissələrinə sürtün və sadəcə, 20 dəqiqə saxlayın. Bir neçə prosedurdan sonra effektini görəcəksiniz.

3. Əzvay

Müalicəvi əzvay bitkisi təkcə yanıqlarda və digər problemlərə kömək etmir. O, həm də dəri üçün əla vasitədir. Onda ölü hüceyrələri təmizləyən, dərinin regenerasiyasını gücləndirən və piqment ləkələrdən xilas olmağa kömək edən fermentlər var. Mütəxəssislər hər gün əzvay yarpaqların şirəsindən istifadə etməyi məsləhət görürlər. Bunun üçün üzünüzə hər gün sadəcə əzvay şirəsi çəkin.

4. Alma sirkəsi

Alma sirkəsində dərinin yenilənməsinə və təmizlənməsinə kömək edən bütöv bir təbii maddələr kompleksi var. Onun tərkibindəki xassələr piqmentləri azaltmağa kömək edir. Alma sirkəsinə batırılmış pambıq diskin köməyi ilə ləkələri silin. Bunu bir ay ərzində mütəmadi olaraq edin. Əgər dəriniz çox həssasdırsa və qıcıqlanırsa, onda sirkənin təsirini zəifləşdirmək üçün içinə bir az su əlavə edə bilərsiniz.

5. Sarıkök

Sarıkök dəri üçün həm çox gözəl müalicə, həm də iltihab əleyhinə güclü vasitədir. Təbii kosmetika tərəfdarları onu maska şəklində hər həftə istifadə etməyi tövsiyə edirlər. Bu, nəinki dərinin ümumi vəziyyəti yaxşılaşdıracaq, həm də piqment ləkələri azaltmağa kömək edəcək.


23-04-2021, 07:46 | Xərçəngi müalicə edən məşhur Moerman pəhrizi

Xərçəngi müalicə edən məşhur Moerman pəhrizi

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir.

Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər. Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib.

Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.

Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər- yaşıl noxud, kartof, çəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr - portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir.

Ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür. AZƏRTAC


23-04-2021, 07:41 | Gecə pis yatanlar mütləq oxusun!

Gecə pis yatanlar mütləq oxusun!

Kolumbiya Universitetinin alimləri yuxu ilə bağlı olan çox maraqlı araşdırmalar aparıblar.

Alimlər yuxunun insanın qidalanması ilə əlaqəsini öyrəniblər. Araşdırmada 30-a yaxın orta yaşlarda olan insanlar iştirak ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, çoxlu miqdarda qidalı liflərlə zəngin olan qidaları (meyvə, tərəvəz, göyərti və s.) qəbul edən insanların gecə yuxusu daha yaxşı olur - onlar daha tez yuxuya gedir, daha rahat yatırlar.

Əksinə qidalanmasında az qidalı liflər və çoxlu yağlar və şəkər olan insanlar daha pis və narahat yatır, gecə tez-tez oyanırdılar.
Alimlərin fikirinə görə, qidalanmada müəyyən dəyişikliklər etməklə yuxunu tənzimək mümkündür. Bunun üçün qidalanmaya daha çox meyvə-tərəvəz əlavə etmək, yağlı və şirin qidaların miqdarını azaltmaq lazımdır.


23-04-2021, 07:37 | 20 qəpiyə insulin, viaqra, vitamin deposu, ürək, əzələ, sümük qüvvətləndirici

20 qəpiyə insulin, viaqra, vitamin deposu, ürək, əzələ, sümük qüvvətləndirici

Çəfəri: potensiyani yüksəldir, şişkinliyi azaldir..

Ürək ağrılarını yüngüləşdirir.
Sidikqovucudur.
Tərkibində insulin olduqu ucun diabetik xəstələrə də məsləhət görülür.
Bir kiçik dəstə çəfəridə (50q) vitamin C sutkaliq norması ,,gizlənib".
Əzələ və sümüklər ücün vaçib olan kalsi və fosfor da çəfəridə kifayət qədərdir.
Əsəb sistemini sakitləşdirir,yuxu pozqunluqunu aradan qaldırır.
Tərkibindəki selen ve flavonoid isə xərçəng xəstəliyinə qarşı profilaktikadır.
Lakin hamilə qadınların çəfərini az gəbul etmələri məsləhətdir. Bu bitki matkaya ağırlıq salır və arzuolunmaz hallarla qarşılaşmamaq ücün, raciona az salınmalıdır.
Sidik kanalinda və böyrəkdə probĺem olanla rda ehtiyatla istifadə etməlidirlər.


23-04-2021, 07:33 | Bel ağrılarından əzab çəkirsinzsə,bu resept sizin üçündür.

Bel ağrılarından əzab çəkirsinzsə,bu resept sizin üçündür.

Bel ağrılarından əzab çəkirsinzsə,bu resept sizin üçündür.Sadə və effektli resept üçün sadəcə

Bel ağrılarının səbəbi 80% osteoxondroz olur. Bel ağrılarından əzab çəkən insanalr üçün resept təqdim edir.

Reseptlər:

1) Dəfnə yağı. 1 x.qaşığı xırda doğranmış dəfnə yarpaqlarını1 stakan zeytun yağına tökmək və qaranlıq yerdə 15 gün saxlamaq lazımdır. Gecə ağrıyan yerlərə yağı sürtmək və sonra isti şalla bürünmək məsləhətdir.

2) Cövhər. 1 ç.qaşığı xırdalanmış yarpaq götürmək və 1,5 stəkan qaynar su tökmək lazımdır. Termosda 4 saat təkid etdikdən sonra, süzün. Bunu 12 saat ərzində kiçik qurtumlarla içmək lazımdır. Müalicə kursu 4 gündür.(saqlamhəyat.az)


23-04-2021, 07:29 | Azərbaycanlı idmançı bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb

Azərbaycanlı idmançı bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb

Gimnastımız İvan Tixonov İsveçrənin Bazel şəhərində keçirilən bədii gimnastika üzrə Avopa çempionatında çoxnövçülükdə finala çıxıb.

Çempionatın ikinci günündə kişilərin arasında təsnifat mərhələsi keçirilib, Azərbaycanı yarışda Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edib.

Çıxışların nəticələrinə görə, azərbaycanlı gimnast İvan Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib, onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal (sərbəst hərəkətlər - 13,400 xal, gimnastika atı üzərində hərəkət - 13,166 xal, gimnastika üzüklər üzərində - 14,200 xal, dayaqlı tullanma - 14,200 xal, paralel çubuqlar - 13,833 xal, turnik - 12,633 xal).

Ağamurad Qəhrəmanov sərbəst hərəkətinə görə 12,766 xal, dayaqlı tullanma üzrə nəticəsi 13.400 xal, hakimlər paralel çubuqlarda 9,108 xal, turnikdə hərəkətlərə görə 9,933 xal verib. A.Qəhrəmanovun dörd məşq üçün ümumi nəticəsi 45,207 xal təşkil edib.

Nikita Simonov yalnız bir növdə - gimnastika üzüklər üzərində hərətlərdə çıxış edərək 14,000 xal toplayıb.

Bədii gimnastika üzrə Avopa Çempionatı 21-25 aprel 2021-ci il tarixlərində Bazeldə keçirilir. Yarışda dünyanın 38 ölkəsindən 268 idmançı iştirak edir.

Xatırladaq ki, ötən gün qadınlar arasında azərbaycanlı gimnast Marina Nekrasova dayaqlı tullanma proqramında Avropa çempionatının finalına çıxıb. Trend


23-04-2021, 07:24 | Dünya koronovirusa qarşı mübarizə apararkən, daha bir qorxunc xəstəlik ortaya çıxdı

Dünya koronovirusa qarşı mübarizə apararkən, daha bir qorxunc xəstəlik ortaya çıxdı

Dünya koronovirusa qarşı mübarizə apararkən daha bir qorxunc xəstəlik ortaya çıxıb.

Qorxunc xəstəlik artıq Efiopiya ərzasizində yayılıb.
Müalicəsi tapılmayan "Xəstəlik X"-dən Efiopiyada ölüm sayı günü-gündən artmaqdadır.
Xəstəliyə tutulanlar ağız, qulaq və ən əsası gözlərindən qan gələrək ölürlər. Bəziləri koronavirusun "Xəstəlik X" olduğuna inansada bunun əsl cavabı Afrikadadır. 2018-ci ildə Sudan və Uqandada çoxsaylı insan qızdırma, göz qanamasıyla xəstəliyə tutulmuş və bunların çoxu həyatını itirmişdi.
İndi isə Efiopiyada bənzər səbəblərlə, əsasən qızdırma və göz qanaması ilə insan ölümü aşkarlanıb.


23-04-2021, 07:18 | 2 saat az yatmaq insana necə təsir edir? - ARAŞDIRMA

2 saat az yatmaq insana necə təsir edir? - ARAŞDIRMA

Sutkalıq yuxu normasının cəmi 2-3 saat az olması insanı qəzəbli, narazı və bədbin edir. Normasını yatmayan insan gündüz kiçik bir narahatlıq zamanı qıcıqlanır, özünü idarə edə bilmir, qəzəbini başqalarından çıxır.

ABŞ psixoloqlarının apardığı tədqiqatda yuxusuzluğun insan psixikasına təsiri araşdırılıb.

Təcrübədə 142 nəfər insan 2 qrupa ayrılır. Bir qrup gecələr 7 saat yuxu yatır, ikinci qrup isə hər gecə 2-3 saat az yatıb. Təcrübədən əvvəl və sonra bütün iştirakçılara bəzi tapşırıqlar verilir və otaqda qıcıqlandırıcı musiqi səslənir. İştirakçılara narahat, qəzəbləndirici və qıcıqlandırıcı şərait yaradılır.
"Sutkalıq normadan az yatan ikinci qrupun üzvləri qıcıqlara daha neqativ və sərt reaksiya verir, musiqini azaltmağı xahiş edirdilər. Birinci normal yuxu alan qrup isə daha stabil və rahat davranırdı".

Bu araşdırmanın nəticələri real həyatda da təsdiqini tapdı. 200 tələbə arasında aparılan aylıq sorğu göstərdi ki, sutkada daha az yatan tələbələr həmin gün çox qəzəblənir, hirslənir və tədrisdə geri qalırdılar.(medicina.az)


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.