18-12-2020, 05:38 | Nokia sərfəli smartfon təqdim etdi - QİYMƏT

Nokia sərfəli smartfon təqdim etdi - QİYMƏT


Nokia şirkəti yeni super büdcəli smartfonu təqdim edib.

Cihazın modelinin adı Nokia C1 Plus-dur.

Məlumata görə, smartfon Android 10 əməliyyat sisteminin Go versiyası ilə təchiz olunub. Bundan əlavə, cihazda iki ədəd 5 meqapiksellik kamera, 1 GB RAM və 16 GB daxili yaddaş, həmçinin 2500-lik çıxarıla bilən batareya quraşdırılıb.

Qeyd edək ki, yenilik Avropa ölkələrində əvvəlcədən sifariş üçün 69 avroya təklif olunur.(ted.az)

18-12-2020, 05:26 | “Zoox” robot taksisi nümayiş olunub

“Zoox” robot taksisi nümayiş olunub


"Amazon" şirkətinə məxsus "Zoox" startapı özüidarəolunan avtomobilin ilk kommersiya modelini nümayiş etdirib. Dörd nəfərlik sərnişin tutumuna malik elektromobil saatda 120 km sürətlə olmaqla 16 saat təkrar enerji toplamadan hərəkət edir.

"ağıllı" avtomobil tam avtonomdur: kabinədə sürücü üçün yer, sükan, pedal və arxa güzgü nəzərdə tutulmayıb. Kuzov elektromobilə yolda istiqaməti müəyyənləşdirməyə kömək edən, kamera, sensor və lidarlarla təchiz edilib. Hər ox üzərində quraşdırılan elektromotorlar sayəsində "Zoox" sürücüsüz avtomobili dönmədən istənilən istiqamətdə hərəkət edə bilir.

"Zoox" startapının rəhbəri Ayşa Evans bildirib ki, proqram vasitəsilə elektromobili çağırmağa imkan verən servisi ilk dəfə San-Fransisko və Las-Veqasda istifadəyə vermək planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün şirkət həm lazımi kapitala, həm də uzunmüddətli təsəvvürə malikdir.

Gələcəkdə "Zoox" servisinin digər ölkələrdə də işə salınması nəzərdə tutulur. 2022-ci ildə istifadəyə veriləcək yeni servisin qiyməti barədə məlumat verilməsə də, onun "Uber" və "Lyft" servisləri ilə müqayisədə ucuz və rəqabətqabiliyyətli olacağı bildirilir.

2014-cü ildə yaradılan "Zoox" startapı bu ilin iyununda "Amazon" tərəfindən satın alınıb. KİV-in məlumatına görə, sazişin dəyəri 1,2 milyard dollar təşkil edib və şirkət tarixində ən böyük sazişlərdən olub.(ictnews.az)

18-12-2020, 05:22 | İnsan il ərzində nə qədər plastmas yeyir?

İnsan il ərzində nə qədər plastmas yeyir?


Ümumdünya Təbiət Fondu tərəfindən aparılan araşdırmada, insanların yediyi qida məhsullarından orqanizminə daxil olan plastmasın miqdarı hesablanıb.

Bir insan ildə 250 qramlıq xilasetmə dəbilqəsi qədər plastik istehlak edir.

Plastik istehsalının sürətlə artdığı vaxtda insanların fərqinə varmadan istehlak etdiyi plastik miqdarını göstərən fotoları Sputnik-in qalereyasında görmək olar.

Ümumdünya Təbiət Fondunun araşdırmasına görə, insanlar ildə orta hesabla xilasetmə dəbilqəsi qədər plastik istehlak edirlər. Bu, ildə təxminən 250 qrama bərabərdir.

Ən çox plastik olan qidalar arasında dəniz məhsulları, xüsusən də xərçəngkimilər var. Tədqiqatların birində balıqların qaraciyərində mikroplastika aşkar edilib. Bu hal plastik hissəciklərin həzm toxumalarından bədənin digər hissələrinə ötürülə biləcəyini ağıla gətirir.

Qidalardakı mikroplastların otaqlardakı tozdan qaynaqlandığına dair dəlillər də var. Yeməyimizin üzərinə qonan tozlardan ildə orta hesabla 70.000 mikroplastik ala biləcəyimiz müəyyən edilib. Fotoşəkildə insanların 5 ildə istehlak etdiyi plastik miqdarına (1,3 kq) uyğun gələn plastik məhsullar göstərilib.

Araşdırmanın nəticələrinə görə, insanlar hər həftə bir kredit kartı ölçüsündə plastik yeyirlər.

Plastikin istehlak sahələri gündən-günə genişlənsə də, son 50 ildə istehsalı tamamilə artmışdır.

4 il ərzində insanlar tərəfindən istehlak edilən plastik miqdarı demək olar ki, 1 kiloqrama çatır.

Bir insanın orta hesabla bir gündə istifadə etdiyi plastik miqdarı 0,7 qram olaraq göstərilir(deyerler.org)

18-12-2020, 05:19 | Twitter "Squad" tətbiqini satın aldı


Twitter "Squad" tətbiqini satın aldı


Twitter ekran görüntüsünü bölüşmək imkanı yaradan "Squad" tətbiqini satın alıb.

Twitter şirkətinin satın alması ilə "Squad" tətbiqinin hansı formada yoluna davam edəcəyi də dəqiqləşib. Belə ki, şirkətin həmtəsisçiləri CEO Esther Crawford və CTO Ethan Suting öz komandaları ilə birlikdə Twitter-in dizayn, məhsul və mühəndislik şöbələrində çalışacaqlar. Bu alqı-satqı sayəsində Twitter platformasının sözügedən tətbiqə aid audio və video vasitələrdən istifadə edəcəyi iddia edilir.

Sosial media nəhənginin "Squad" tətbiqini satın almaq üçün nə qədər ödədiyi isə açıqlanmayıb.

Qeyd edək ki, "Squad" tətbiqi vasitəsilə insanlar real vaxt rejimində bir-birləri ilə ekran görüntüsünü bölüşə bilirlər. Bununla yanaşı, tətbiq vasitəsilə video zəng də həyata keçirmək mümkündür.(milli.az)

18-12-2020, 05:14 | A videooyun istehsalçısı Britaniyanın Codemasters şirkətini alır

A videooyun istehsalçısı Britaniyanın Codemasters şirkətini alır

ABŞ-ın videooyun istehsalçısı Electronic Arts (EA) şirkəti Böyük Britaniyanın Codemasters şirkətini 1,2 milyard ABŞ dollarına almaqla bağlı razılıq əldə edib.

ted.az bildirir ki, EA hər səhmə görə 6,04 funt sterlinq ödəyəcək.

Sövdələşmə gələn ilin I rübü ərzində reallaşacaq. Bununla bağlı xəbərlər yayıldıqdan sonra Britaniya şirkətin səhmlərinin qiyməti tədavüldə olduğu London Fond birjasında 18,7 % artaraq 6,38 funt sterlinqə çatıb.

Xatırladaq ki, Codemasters-in səhmlərini EA-nın ABŞ-dan olan əsas rəqibi, Formula 1 video oyununun yaradıcısı Take-Two Interactive Software şirkəti də maraq göstərirdi. O, britaniyalılara hər səhm üçün 4,85 funt sterlinq təklif etmişdi.

18-12-2020, 05:12 | Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib


Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib

ABŞ hökuməti Huawei-yə qarşı sanksiyalar tətbiq edəndən sonra şirkət HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. Bu əməliyyat sisteminin ilk versiyası artıq aktiv şəkildə smart televizorlara və müxtəlif məişət texnikasına inteqrasiya edilir. İndi isə Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman inteqrasiya ediləcəyini açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib.

Huawei şirkətinin təmsilçisi bu məsələ ilə bağlı elanı Weibo sosial şəbəkəsində verib. Onun sözlərinə əsasən HarmonyOS 2.0-ın beta versiyası artıq sabah tərtibatçılar üçün təqdim olunacaq. Bundan əlavə olaraq əməliyyat sisteminin beta versiyasının təqdim olunacağı gün şirkət xüsusi konfrans keçirdəcək və həmin konfransda HarmonyOS 2.0 əsasında tərtibatçılıq alətləri və yenilənmələrin nə zaman təqdim olunacağı üzrə məlumatlar verəcək.

Gözləntilərə əsasən HarmonyOS 2.0-ın beta versiyası sabah Mate 40 seriyasında aktiv olacaq. Bu əməliyyat sistemi perspektiv cəhətdən Kirin 9000, Kirin 990 5G, Kirin 990, Kirin 985, Kirin 980, Kirin 820, Kirin 810 və Kirin 710 prosessorları vasitəsilə çalışan smartfonlarda aktiv ola bilər. Daha əvvəllər şirkət qeyd etmişdi ki, prioritetdə EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarıdır.(milli.az)

17-12-2020, 06:50 | Xoruldamağın təbii yollarla müalicəsi

Xoruldamağın təbii yollarla müalicəsi


Xoruldamaq əksər insanlarada yatan zaman xoşagəlməyən gur səsin olmasıdır. Bu həm xoruldayan adamın, həm də onun yaxınlığında yatan adamın problemi sayılır.
Xoruldamaq zərərsizdir və əksər hallarda burun yollarının tutulması səbəbində ağız vasitəsilə nəfəs aldıqda meydana çıxır.
Xoruldamaqdan azad olmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
* yab btərəfi üstündə yatmaq
* arıqlamaq
* spirtli içki qəbul etməmək
* əlaməti əmələ gətirən səbəbi həkimin müayinsi vasitəsilə araşdırıb aradan qaldırmaq.
Yatmazdan əvvəl uzun müddət aşağıdakı qarışımı içsəniz xoruldamaqdan xilas ola bilərsiniz.
Lazım olanlar:
Alma - 2 ədəd
Yerkökü - 2 ədəd
Limon - ¼ ədəd
Zəncəfil kökü - 1 ədəd
Tərəvəzlərin hamısı blenderdə üyüdülür və yatmazdan əvvəl qəbul edilir.(milli.az)

17-12-2020, 06:48 | COVID-19-un şiddətli keçməsinin səbəbləri


COVID-19-un şiddətli keçməsinin səbəbləri


Alimlər koronavirus xəstələrində qeyri-adi immunitet xüsusiyyəti aşkar edib. Bu da ifraz olunan antikorların viral hissəciklərə hücum etməməsinə, insan bədənini hədəf almasına gətirib çıxarır.

Bu barədə "The Guardian" məlumat yayıb.

"Bu cür təsir ciddi fəsadlara səbəb ola bilər və koronavirus infeksiyasının uzun müddət davam etməsinə gətirib çıxara bilər", - nəşrdə yazılıb.

Mütəxəssislər sağlam insanlarda və COVID-19 xəstələrində immunitet reaksiyalarını müqayisə edib. İkincisində antiviral müdafiəni bloklayan, faydalı immun hüceyrələri məhv edən və bədənə hücum edən bir çox otoantikor tapıblar.

Sübut edilib ki, qanda nə qədər çox otoantikor olarsa, xəstəlik o qədər ağırlaşır. Koronavirus xəstələrində otoantikor otoimmun xəstəliyi olan insanlardan daha çox olur. (publika.az)

17-12-2020, 06:44 | Koronavirusu yüngül, yoxsa orta keçirirsiz? - Necə bilməli?

Koronavirusu yüngül, yoxsa orta keçirirsiz? - Necə bilməli?


Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.

Evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.

Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.

Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:

Yüngül forma - hərarət 37,2- 38 arası dəyişir

Saturasiya - yəni qanda oksigenin miqdarı - 97-98 faiz

Tənəffüs tezliyi - yəni nəfəslma say dəqiqədə - 20-ə qədər

Orta forma - hərarət 38-dərəcədən yuxarı

Hədsiz halsızlıq

Saturasiya - 93-95

Tənəffüs sayı - 22-dən yuxarı

Təngnəfəslik

Kt müayinədə ağciyərlərin zədələnməsi - 10-20 faiz

Qanda C reaktiv zülal göstərici - 10 mq -dan yuxarı

Ağır forma

Hərarət - 39-40

Tənəffüs sayı - dəqiqədə 30-a çatır

Saturasiya - 93 və daha aşağı

Təzyiq 90-60a düşür və ya çox qalxır

Ağciyərlərin zədələnməsi - 30-40%

Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq. (medicina.az)

17-12-2020, 06:41 | Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir


Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir


Pasiyentlər koronavirusdan sağaldıqdan bir neçə ay sonra müxtəlif problemlərlə həkimlərə müraciət edirlər.

Bu barədə allerqoloq-immunoloq Vladimir Bolibok danışıb. Onun sözlərinə görə, vətəndaşlar zəiflik, yüksək qan təzyiqi, başgicəllənmə və həzm sistemi xəstəliklərilə qarşılaşdıqlarını bildiriblər. Bundan əlavə, kişi cinsiyyət orqanı xəstəliklərinin müşahidə olunduğu iddia edilir.

Həkim vurğulayıb ki, bu cür müraciətlər əsasən birinci dalğa zamanı koronavirusa yoluxan insanlardan daxil olur. Xəstələrin sayı xüsusilə 30-dan yuxarı yaş dövrünü əhatə edir. (publika.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.