17-12-2020, 06:08 | Alimlər koronavirusla bağlı ən məşhur şayiələri yalanladı

Alimlər koronavirusla bağlı ən məşhur şayiələri yalanladı


Təl-Əviv Universitetinin mütəxəssisləri koronavirusun eşitmə itkisinə səbəb olması barədə şayiələri yalanlayıb.

Bu barədə araşdırmalar "EurekAlert" portalında yayımlanıb.

"Eşitmə itkisi eşitmə sistemindəki zədələnmədən qaynaqlanır və ya ümumiyyətlə soyuqdəymədə olduğu kimi orta qulağın maye ilə tıxanması nəticəsində ortaya çıxan müvəqqəti simptomdur".

Koronavirusun ilk dalğası zamanı mütəxəssislərin araşdırmaları nəticəsində məlum olmuşdu ki, virusun eşitmə pozğunluğuna heç bir təsiri yoxdur.

Alimlərin çox sayda iştirakçı üzərində apardığı yeni araşdırma bu məlumatı bir daha təsdiqləyib. Mütəxəssislər xəstələrdə eşitmə itkisinin müvəqqəti simptom olduğunu açıqlayıb. (publika.az)


17-12-2020, 05:58 | 900-ə yaxın erməni hərbçisinin meyiti tapıldı

900-ə yaxın erməni hərbçisinin meyiti tapıldı


"Noyabrın 13-dən Qarabağda həlak olmuş 892 erməni hərbçisinin meyiti aşkarlanıb".

Bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan "Sputnik Armenia"ya açıqlamasında deyib.

"Biz bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapdıq. Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər", - Tadevosyan deyib.

O, əlavə edib ki, işlər Zəngilanda da davam etdiriləcək. Hava xilasedicilərə ciddi maneçiliklər yaradır. Qısa dekabr günləri axtarışların effektivliyini əhəmiyyətli dərəcədə aşağı salır. Axtarışlarda əsasən erməni və Rusiya xilasediciləri iştirak edirlər.

İndi xilasedicilərə yeri yaxşı tanıyan hərbçilər, həmçinin itkin düşən əsgərlərin valideynləri qoşulublar.

"Bu onların arzusu idi, biz onları qarşılamağa getdik. Valideynlər öz aralarında razılaşırlar və bizimlə birlikdə axtarışda bir neçə insan iştirak edirlər", - dövlət qulluğunun əməkdaşı qeyd edib. (sfera.az)

16-12-2020, 06:40 | Peyvənd şirkətlərinin qazanacağı məbləğ açıqlandı

Peyvənd şirkətlərinin qazanacağı məbləğ açıqlandı


ABŞ-ın "Pfizer" və "Moderna", Almaniyanın "BioNTech" şirkətlərinin COVID-19 peyvəndindən qazanacağı məbləğ açıqlanıb.

2021-ci ildə şirkətlərin sadəcə peyvənddən əldə edəcəyi qazanc 32 milyard olacaq.

Bu barədə "The Wall Street" jurnalının iqtisadi analitikləri qiymətləndirmələr edib.

ABŞ-ın "Morgan Stanley" sərmayə bankının hesabatına görə, "Pfizer" peyvənddən 2021-ci ildə 19 milyard gəlir qazanacaq. Şirkətin bu istiqamətdə 2020-ci il üzrə gəliri hələ ki 975 milyon dollar təşkil edir. 2022-2023-cü illərdə isə bu rəqəm 9,3 milyard dollar olacaq. Şirkət bu məbləği ortağı olan "BioNTech" ilə bölüşəcək.

"Moderna"nın isə peyvənddən 13,2 milyar dollar gəlir əldə etməsi gözlənilir. "Morgan Stanley" 2021-2022-c illər üçün bu rəqəmin 10-15 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. (publika.az)

16-12-2020, 06:32 | Elon Mask ilk dəfə “Forbes”in milyarderlər siyahısında ikinci yerə yüksəlib

Elon Mask ilk dəfə “Forbes”in milyarderlər siyahısında ikinci yerə yüksəlib


"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri Elon Mask ilk dəfə "Forbes Real-Time" milyarderlərinin reytinqində ikinci yerə yüksəlib, bu halda o, hələ noyabrdan "Bloomberg Billionaires Index" (BBI) agentliyinin reytinqində ikinci yeri tutur.

"Forbes"in məlumatına görə, Maskın varidatı 1,6 milyard dollar artaraq 144,7 milyard dollar, "BBI"nin məlumatına görə, 1,84 milyard dollar artaraq 157 milyard dollar təşkil edib.

"Tesla" şirkətinin səhmlərinin təxminən 21%-i Elon Maska məxsusdur, ilin əvvəlindən səhmlərin dəyəri 7 dəfədən çox artıb.

"Forbes Real-Time" və "BBI" reytinqlərində ilk beşlik, demək olar ki, fərqlənmir. Birinci və ikinci yerləri indi müvafiq olaraq "Amazon"un qurucusu Ceff Bezos və Elon Mask tuturlar, beşinci yerdə "Facebook"un qurucusu Mark Zukerberq qərarlaşıb.(ictnews.az)

16-12-2020, 06:17 | SpaceX-in Starship gəmisi sınaq zamanı partladı

SpaceX-in Starship gəmisi sınaq zamanı partladı


SpaceX Starship gəmisinin prototipi Texasdakı növbəti sınaq uçuşu zamanı partlayıb. Gəmi 12,5 km yüksəkliyə qalxıb, sönüb və sonra mühərrikləri yenidən işə salıb, lakin yüksək sürət səbəbiylə eniş zamanı partlayıb.

Elon Musk testləri uğurlu adlandırdı. "Mars, biz gəlirik!" - deyə Twitter-də yazdı və SpaceX komandasını təbrik etdi. SpaceX rəhbəri sınaq uçuşu zamanı "bütün lazımi məlumatlar" əldə edildiyini vurğuladı.

Partlayış yanacaq çənindəki təzyiqin azalması səbəbindən meydana gəlib.

Starship hazırda inkişaf mərhələsində olan yeni kosmik gəmidir. Elon Musk bildirir ki, Starship, "dünyanın indiyədək hazırlanmış ən güclü raket aparatına" sahib olacaq".

Bundan əvvəl Elon Musk, Mars Society Convention 2020-dəki video konfrans zamanı Starship raketinin 2024-cü ildə Marsa uça biləcəyini bildirmişdi.(techland.az-)

16-12-2020, 06:14 | iOS 14.2 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər

iOS 14.2 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər


Yeni iOS 14.2 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra Apple cihazlarının istifadəçiləri öz smartfonları ilə planşetlərində ortaya çıxmış problemlərdən şikayətlənməyə başlayıblar. Belə ki, istifadəçilərin verdikləri məlumata əsasən yeni iOS 14.2-nin istifadəyə verilməsindən sonra onların cihazlarında enerji sərfiyyatı daha sürətlə baş verir. Bu barədə 4pda saytı xəbər verib. iOS 14.2-ni öz iPhone və iPad modellərinə yükləmiş istifadəçilər bir neçə gündən sonra aşkar ediblər ki, cihazların enerjiləri daha tez bitir.

iOS 14.1-də isə belə hal müşahidə olunmurdu. Ayrı-ayrı hallarda iOS 14.2-yə sahib cihazlarda enerji səviyyəsi 30 dəqiqə ərzində 100%-dən 50%-ə düşüb. İstifadəçilərin şikayətlərinə əsasən demək olar ki, bu problem iPhone 11, iPhone XR, iPhone 7 və iPhone SE (2020) modellərini əhatə edir. Lakin bəzi hallarda yeni iPhone 12 modellərinin istifadəçiləri də bu problemdən şikayətçidirlər. Eyni vəziyyət həmçinin iPad Pro (2018) modellərində də müşahidə edilir. Apple rəsmi olaraq bu vəziyyətə bir şərh bildirməyib.(milli.az)

16-12-2020, 06:01 | ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır


ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır


40-dan çox general prokuror və ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşırlar. Məlumata əsasən bu artıq bugün baş verməlidir. Bu barədə The Washington Post xəbər verib. Məlumata əsasən ABŞ hökumətinin fikrincə Facebook bazardakı mövqelərini gücləndirmək üçün rəqiblərini "öldürür". Məlumatda qeyd edilib ki, şirkətə qarşı məhkəmə iddiasının qaldırılması üzrə tarix dəyişə də bilər. Şikayətdə əsasən Facebook tərəfindən Instagram ilə Whatsapp-ın alınmasına baxılacaq. ABŞ hökumətinin fikrincə bu öz növbəsində Facebook şirkətini bazar liderinə çevirib və istifadəçiləri alternativ variantlardan məhrum edib.

Məhkəmə iddiasını qaldırmış tərəflər məhkəmədən Facebook-un öz biznesinin bir hissəsini satmağı və gələcək müqavilələr barəsində dövləti məlumatlandırmağı tələb edrlər.
Ştatların prokurorları məhkəmə prosesini Federal ticarət komissiyası (FTC) ilə koordinasiya edir. FTC-nın istintaqı final mərhələdədir və o artıq bugün məhkəmə iddiasını qaldıra bilər. Facebook bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd etmək lazımdır ki, oktyabr ayında antimonopoliya üzrə məhkəmə komitəsi Facebook-u monopoliyada günahlandıran istintaq sənədini təqdim etmişdi. Sənəddə deyilir ki, rəqabətin olmaması səbəbilə Facebook-un keyfiyyəti dəfələrlə aşağı düşüb. Bu səbəbdən də istifadəçilərin konfidensiallıqları və məlumatların etibarlıqları zərər çəkiblər. ABŞ konqressində çıxışı zamanı Mark Zuckerberg bildirmişdi ki, Instagram ilə Whatsapp-ın alınması sosial şəbəkələrin keyfiyyətlərini yüsəldib. TikTok kimi sürətlə inkişaf edən sosial şəbəkələrin ortaya çıxması isə sağlam rəqabətin olduğundan xəbər verir.

16-12-2020, 05:59 | “Nokia” şirkəti kiçikölçülü smartfonunu təqdim edəcək

“Nokia” şirkəti kiçikölçülü smartfonunu təqdim edəcək


"Nokia" şirkəti dekabrın 15-də kiçikölçülü smartfonunu təqdim edəcək. Bu haqda "GicmoChina" nəşri məlumat verib.

Jurnalistlər Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin (TENAA) məlumat bazasında aparat haqda məlumat aşkar ediblər. Təsvirə və şəkillərə görə, plastik korpusa malik olacaq qurğu 1440x720 piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir.ictnews.az-

Cihazın ölçüsü yığcamdır. "TENAA"nın məlumatına görə, smartfonun korpusunun uzunluğu 149 mm təşkil edir. Həmçinin qurğu 5 mp-lik kamera, "Wi-Fi" dəstəyi, 2500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. "Nokia"nın telefonu, çox güman ki, "Android"in yüngül "Go" versiyasının idarəetməsi altında işləyəcək.

16-12-2020, 05:56 | Türkiyə istehsalı tam yeni PUA

Türkiyə istehsalı tam yeni PUA


HAVELSAN şirkəti ilin sonuna qədər hazırlayacağı pilotsuz uçuş aparatlarının xüsusiyyətlərini açıqlayıb.

HAVELSAN pilotsuz uçuş aparatının yüksüz halda çəkisi 450, ümumi çəkisi isə 650 kiloqramdır. 7.62 millimetr uzaqdan idarə olunan silah sisteminə malikdir. CBRN silah sensoru ilə təhlükəni aşkarlaya bilən PUA-nın bir robot qolu da var.

HAVELSAN şirkətinin rəsmi tvitinə görə, digər xüsusiyyətlər yaxın vaxtlarda açıqlanacaq.

PUA-nın qarlı, palçıqlı, yağışlı havalarda testdən uğurla keçdiyi, seriyalı istehsala sayılı günlər qaldığı qeyd edilib.techland.az-

15-12-2020, 05:00 | Pandemiya şəraitində evdə hansı dərmanlar saxlanılmalıdır? - professor AÇIQLADI

Pandemiya şəraitində evdə hansı dərmanlar saxlanılmalıdır? - professor AÇIQLADI


Rusiyanın Xaqlar Dostluğu Universitetinin Ümumi və Kliniki farmakologiya kafedrasının rəhbəri, professor Sergey Zıryanov pandemiya zamanı koronavirusla bağlı ehtiyat görməyin lazım olduğu preparatların adlarını açıqlayıb.

"Hər şeydən əvvəl bədənin hərarətini azaldan preparatlar əlinizin altında olmalıdır", - Zıryanov deyib. o, əsasən "parasetamol"u məsləhət görüb.

Həkim əlavə edib ki, həmçinin buruna damızdımaq üçün nəzərdə tutulan dərmanları da almaq olar.

Bu halda mütəxəssis antibiotikləri almaqdan çəkinməyi məsləhət görüb. O, qeyd edib ki, antibiotiklərdən istifadə üçün həkim tərəfindən göstəriş olmalıdır.

Sergey Zıryanov həmçinin antivirus preparatlarını özbaşına qəbul etməməyə çağırıb. Çünki onlar "bir çox arzu edilməyən reaksiyalara malikdirlər".

Həkim eləcə də D vitaminindən də lazımsız yerə istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, D vitamininin orqanizmdə normadan artıq olması damarların zədələnməsinə, böyrək çatışmazlığına və başqa problemlərə gətirib çıxara bilər. (ölkə.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.