21-12-2020, 06:39 | DİN vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır:
"Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar, Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".
21-12-2020, 06:35 | Salah "Liverpul"dan gedir?

"Liverpul"un ulduzu Məhəmməd Salah klubdan ayrılacağı ilə bağlı xəbərlərə cavab verib.
Misirli futbolçu açıqlamasında bildirib:
""Real Madrid" və "Barselona" dünyanın ən yaxşı klublarıdır və gələcəkdə nə olacağını bilə bilmərəm. Hələlik belə fikrim yoxdur. Sadəcə "Liverpul"la birlikdə Premyer Liqa və Çempionlar Liqasını qazanmağı düşünürəm".
Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm 21 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürməyə imza atıb.
18-12-2020, 06:54 | Rusiya sülhməramlıların Qarabağda olduqları ərazilərin xəritəsinə düzəliş edilib

Qarabağda Rusiya sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib.
Trend-in Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.
Xatırladaq ki, əvvəlki xəritə 15 dekabr tarixində yayımlanıb.
Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.
18-12-2020, 05:55 | İlin ən gözəl qolunun müəllifi bəlli oldu

FİFA ilin ən gözəl qolunun müəllifini açıqlayıb.
Püşkaş mükafatına "Tottenhem"in yarımmüdafiəçisi Son Hın-Minlayiq görülüb.
Cənubi korekoralı futbolçunun İngiltərə Premyer Liqasında "Bernli"yə vurduğu qol ən yaxşı seçilib.
O, digər iki qolun müəllifləri - Giorgian de Arraskaeta ("Çeara" - "Flamenqo" oyunu) və Luis Suaresi ("Barselona" - "Malyorka" oyunu) arxada qoyub.
18-12-2020, 05:49 | FİFA ilin rəmzi komandasını açıqlayıb

2020-ci ilin rəmzi yığması açıqlanıb.
FİFA və FİFPro birgə səsverməsi ilə müəyyənləşən rəmzi "11-lik" İsveçrənin Sürix şəhərindəki onlayn tədbirdə elan olunub.
Qapıçı: Alisson Bekker
Müdafiəçilər: Trent Aleksander Arnold, Vircil van Deyk, Serxio Ramos, Alfonso Deyvis
Yarımmüdafiəçilər: Cosua Kimmix, Kevin de Breyne, Tyaqo Alkantara
Hücumçular: Lionel Messi, Robert Levandovski, Kriştiano Ronaldo
18-12-2020, 05:46 | Robert Levandovski ilin futbolçusu seçilib

FİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Mükafatın sahibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında koronavirus pandemiyası üzündən onlayn təşkil olunan tədbirdə elan olunub.
Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Robert Levandovski (Polşa, "Bavariya") olub. O, Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus") və Lionel Messi (Argentina, "Barselona") qabaqlayıb.
Qeyd edək ki, ötən il ən yaxşı adına Lionel Messi layiq görülüb.(apasport.az)
18-12-2020, 05:43 | Hər 27 milyon ildən bir canlıların kütləvi məhvinə səbəb olan hadisə təkrarlanır

Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin alimləri, Yerdəki heyvanların, o cümlədən amfibiyalar, sürünənlər, məməlilər və quşların kütləvi şəkildə məhv olmasının tsiklik baş verdiyini aşkar ediblər.
Bu proses hər 27 milyon ildən bir baş verir və qlobal təbii fəlakətlərlə üst-üstə düşür.
Tədqiqat göstərir ki, Yer tarixində yox olma böyük asteroid təsirləri və geniş lava axını ilə müşayiət olunan vulkan püskürmələri nəticəsində baş verir.
"Daşqın bazalt vulkanizmi yaradan böyük cisimlərin düşməsi və Yerin daxili fəaliyyətinin impulsları, Qalaktikadakı orbitin sönməsi ilə birlikdə 27 milyon illik dövrdə baş verə bilər", - deyə araşdırma müəllifləri qeyd ediblər.
Belə ki, 66 milyon il əvvəl planetdəki bütün həyatın 70 %-i asteroid zərbəsindən sonra tükənib. Sonradan, paleontoloqlar belə kütləvi sönmələrin təsadüfi bir hadisə olmadığını, müəyyən bir dövriyyəyə sahib olduğunu kəşf ediblər.
Yeni elmi əsərin müəllifləri quru heyvanlarının kütləvi şəkildə məhv olması barədə məlumatları araşdıraraq, okean həyatının yox olması ilə üst-üstə düşdüyü qənaətinə gəliblər.
Onlar yeni statistik təhlillər apararaq, bu hadisələrin təxminən 27,5 milyon illik bir dövrü əhatə etdiyini hesablayıblar.
Kütləvi məhv olma yeganə dövri hadisə deyil. Yer səthinə düşən asteroidlər və kometlərin yaratdığı toqquşma kraterlərinin yaşı da həmin vaxt çərçivəsinə uyğundur.
Astrofiziklər Günəş sistemində hər 26-30 milyon ildən bir komet yağışlarının baş verdiyini, planetlərə çırpıldığını və kütləvi şəkildə yox olmaya səbəb olduğunu irəli sürüblər.
"Artıq məlumdur ki, quruda və dənizdə növlərin üç dəfə kütləvi məhv olması son 250 milyon ildəki üç ən böyük kosmik təsirlə eyni vaxtda baş verib", - deyə alimlər bildiriblər.
Yeni məlumatlar sübut edib ki, fəlakətlərin səbəbi yalnız kosmosda deyil. Qurudakı və okeanlardakı səkkiz kütləvi yox olma bazalt püskürmələri ilə üst-üstə düşüb. Bu püskürmələr buz dövrləri, turşu yağışı, ozon tükənməsi və radiasiya səviyyəsinin artması ilə müşayiət olunmalı idi.(ted.az)
18-12-2020, 05:40 | İnsayderlər iPhone 13 modellərinin hansı ekranlara sahib olacaqları barəsində məlumat veriblər

İnsayderlərin çoxsaylı proqnozlarına baxmayaraq bu il təqdim olunmuş iPhone 12 smartfonlarından heç biri 60 Hz-dən yuxarı təsvir yenilənməsinə sahib ekran əldə etmədi. The Elec saytının yeni hesabatı isə gələn ilki iPhone 13 modellərinin ekranları barəsində məlumatı özündə birləşdirir. Görünür, 2021-ci ildə Apple şirkəti öz pərəstişkarlarına sürprizlər edəcək. Beləliklə jurnalistlərin verdikləri məlumata əsasən gələn ilki iPhone 13 üçün OLED ekranların böyük hissəsi (130 milyona yaxın OLED ekran) Samsung Display tərəfindən istehsal olunacaq. Apple şirkətinin keyfiyyət testindən keçəcəkləri halda 30 milyon OLED ekran LG tərəfindən, 10 milyon OLED ekran isə BOE tərəfindən istehsal olunacaq.
Bununla belə LTPO texnologiyası üzrə hazırlanacaq Samsung ekranlarının bir hissəsi yüksək təsvir tezliyini və Always on Display funksiyasını dəstəkləyəcək. LTPS texnologiyasından fərqli olaraq LTPO texnologiyası əsasında hazırlanan OLED ekranlarda enerji sərfiyyatı 20% aşağı endirilə bilər. Gözləntilərə əsasən 120 Hz-lik təsvir yenilənməsi ilə Always on Display funksiyasını yalnız iPhone 13 Pro və iPhone 13 Pro Max modelləri əldə edəcəklər. Çox güman ki, iPhone 13 Pro modeli 6.67 düym ekran, iPhone 13 Pro Max modeli isə 6.06 düym ekran əldə edəcək. Adi iPhone 13 modelinə gəldikdə isə onun 5.42 düym ekran ilə təchiz olunacağı gözlənilir.(milli.az)
18-12-2020, 05:38 | Nokia sərfəli smartfon təqdim etdi - QİYMƏT

Nokia şirkəti yeni super büdcəli smartfonu təqdim edib.
Cihazın modelinin adı Nokia C1 Plus-dur.
Məlumata görə, smartfon Android 10 əməliyyat sisteminin Go versiyası ilə təchiz olunub. Bundan əlavə, cihazda iki ədəd 5 meqapiksellik kamera, 1 GB RAM və 16 GB daxili yaddaş, həmçinin 2500-lik çıxarıla bilən batareya quraşdırılıb.
Qeyd edək ki, yenilik Avropa ölkələrində əvvəlcədən sifariş üçün 69 avroya təklif olunur.(ted.az)
18-12-2020, 05:26 | “Zoox” robot taksisi nümayiş olunub

"Amazon" şirkətinə məxsus "Zoox" startapı özüidarəolunan avtomobilin ilk kommersiya modelini nümayiş etdirib. Dörd nəfərlik sərnişin tutumuna malik elektromobil saatda 120 km sürətlə olmaqla 16 saat təkrar enerji toplamadan hərəkət edir.
"ağıllı" avtomobil tam avtonomdur: kabinədə sürücü üçün yer, sükan, pedal və arxa güzgü nəzərdə tutulmayıb. Kuzov elektromobilə yolda istiqaməti müəyyənləşdirməyə kömək edən, kamera, sensor və lidarlarla təchiz edilib. Hər ox üzərində quraşdırılan elektromotorlar sayəsində "Zoox" sürücüsüz avtomobili dönmədən istənilən istiqamətdə hərəkət edə bilir.
"Zoox" startapının rəhbəri Ayşa Evans bildirib ki, proqram vasitəsilə elektromobili çağırmağa imkan verən servisi ilk dəfə San-Fransisko və Las-Veqasda istifadəyə vermək planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün şirkət həm lazımi kapitala, həm də uzunmüddətli təsəvvürə malikdir.
Gələcəkdə "Zoox" servisinin digər ölkələrdə də işə salınması nəzərdə tutulur. 2022-ci ildə istifadəyə veriləcək yeni servisin qiyməti barədə məlumat verilməsə də, onun "Uber" və "Lyft" servisləri ilə müqayisədə ucuz və rəqabətqabiliyyətli olacağı bildirilir.
2014-cü ildə yaradılan "Zoox" startapı bu ilin iyununda "Amazon" tərəfindən satın alınıb. KİV-in məlumatına görə, sazişin dəyəri 1,2 milyard dollar təşkil edib və şirkət tarixində ən böyük sazişlərdən olub.(ictnews.az)


















