27-11-2020, 09:30 | Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb



Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 555 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 574 562 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan daha 498 nəfər ölüb, ölənlərin sayı 57 031 nəfər təşkil edir.

27-11-2020, 09:25 | İbrahimoviç İsveç yığmasına qayıda bilər

İbrahimoviç İsveç yığmasına qayıda bilər

İsveçli futbolçu Zlatan İbrahimoviç baş məşqçi Yanne Andersson ilə yığmanın heyətinə dönməsini müzakirə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.

YşAndersson bildirib: "Zlatan milli komandaya qayıtması barədə düşünürdü və mənim üçün onunla ən qısa müddətdə görüşüb hər şeyi müzakirə etmək vacib idi. Görüşün bu qədər tez bir zamanda təşkil olunmasından məmnunam. Görüş çox məhsuldar keçdi, biz dialoqu davam etdirmək barədə razılığa gəldik".

Qeyd edək ki, Z.İbrahimoviç 2016-cı ildə milli komandada karyerasını başa vurmuşdu.

26-11-2020, 13:25 | Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.


Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

26-11-2020, 12:32 | Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

26-11-2020, 10:07 | Tubanın özündən 9 yaş kiçik sevgilisi

Tubanın özündən 9 yaş kiçik sevgilisi

İş adamı Umut Evirgen ilə 3 illik münasibətini sonlandıran türkiyəli aktrisa Tuba Büyüküstünün yeni eşqə başladığı iddia olunub.

Aktrisanın özündən 9 yaş kiçik həmkarı Ekin Mert Daymaz ilə münasibətini gizlətməyə çalışdığı deyilir.

Cütlük bu səbəbdən sosial şəbəkədə də biri-birini izləmir.(axşam.az)

26-11-2020, 10:02 | Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

UEFA qrup mərhələsinin IV turunda baş tutan matçlardan sonra ən yaxşı adına 4 namizədin adını açıqlayıb.

Bunlar Ceydon Sanço ("Borussiya" Dortmund), Bruno Fernandeş ("Mançester Yunayted"), Robin Qosens ("Atalanta") və Duşan Tadiçdir ("Ayaks").

Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra sabah bilinəcək.

26-11-2020, 09:58 | Pike əməliyyatdan imtina etdi

Pike əməliyyatdan imtina etdi

"Barselona"nın zədəli futbolçusu Jerar Pike əməliyyat olunmaqdan imtina edib.

Sağ dizindən xəsarət alan 33 yaşlı müdafiəçi ispaniyalı həkimlərin məsləhəti ilə müalicə olunmaq qərarını verib. O, 4 ay müddətinə sağalacağına ümid edir.

Qeyd edək ki, Pike La Liqanın 10-cu turunda "Atletiko" ilə matçda (0:1) zədələnərək, meydanı gözyaşları ilə tərk etmişdi.

25-11-2020, 14:38 | Bakıda dizel yanacaqlı avtobuslar istismardan çıxarılacaq

Bakıda dizel yanacaqlı avtobuslar istismardan çıxarılacaq

Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq.

Bunu "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə, həmçinin elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

25-11-2020, 14:34 | Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Dağlıq Qarabağ sözü hazırda rus dilinin təsiri altında "Nagorno-Karabakh" kimi yazılır, amma bu sözün belə variantda yazılışı düzgün deyil.

Bunu Trend-ə Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ rus dilində "Nagorno-Karabakh" kimi yazılır. Bu toponim ingilis dilində də səhv olaraq, rus dilinin təsiri altında "Nagorno-Karabakh" kimi təqdim edilir.

B.Məhərrəmli əlavə edib ki, artıq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilən "Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları"na əsasən, Dağlıq Qarabağın ingilis dilində də "Daghlig Garabagh" kimi yazılması təklif edilir. Yuxarı Qarabağ sözünün isə "Upper Garabagh" kimi deyil, "Yukhari Garabagh" kimi yazılması təklif edilib:

"Toponimin adı qorunub saxlanılmalıdır. Buna görə də Dağlıq Qarabağ toponiminin təklif edilən formada yazılması düzgün olardı".

25-11-2020, 13:43 | "Hakimlər güclülərin tərəfini tuturlar" - Luçesku "Barselona" ilə oyunu şərh etdi

"Hakimlər güclülərin tərəfini tuturlar" - Luçesku "Barselona" ilə oyunu şərh etdi

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında "Barselona" ilə oyundakı məğlubiyyəti şərh edib.

Qrup mərhələsinin IV turu çərçivəsində Kiyevdə baş tutan görüşdə katalonlar 4:0 hesabı ilə qələbə qazanıb.

"Artıq zəngin təcrübəm var. Bilirəm ki, bu cür oyunlarda hakimlər güclülərin tərəfini tuturlar. İncimirəm, çünki bilirəm ki, həmişə güclülərə kömək edirlər. Hakimlər bəzən böyük komandaların tərəfini tuturlar. Bu, yeni xəbər deyil", - Luçesku bildirib.

Onun fikrincə, "Barselona" layiqli qələbə qazansa da, belə bir hesabla məğlub olmağı xoşuna gəlməyib: "Axıra qədər mübarizə apardıq. Qapımıza təyin edilən penalti epizodunu nəzərdən keçirmək lazımdır".

Qeyd edək ki, "Barselona" 12 xalla G qrupunda liderdir. İkinci pillədə 9 xalla "Yuventus" qərarlaşıb. "Ferensvaroş" və "Dinamo" hərəyə 1 xal toplayıb.(matc.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.