25-11-2020, 13:18 | Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL

Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL


Sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, işğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi:

"Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı".

Deputatın sözlərinə görə, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır:

"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!".

25-11-2020, 13:16 | "Sivasspor"da koronavirusa daha 3 yoluxma

"Sivasspor"da koronavirusa daha 3 yoluxma

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un daha 3 nəfər koronavirusa yoluxub.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-sinin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcək. Noyabrın 26-da Başakşəhər Fatih Terim stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

25-11-2020, 12:50 | Yağış və qar yağacaq - HAVA PROQNOZU

Yağış və qar yağacaq - HAVA PROQNOZU

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında gecə 5-8, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

25-11-2020, 12:13 | Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Bunu "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan, ilk növbədə, ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq: "Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar k, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".(apa)

25-11-2020, 12:07 | TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub. Onun COVİD-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.

E.Baxış Trend-ə bildirib ki, hazırda ev şəraitində müalicə olunur.

25-11-2020, 11:16 | Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".










25-11-2020, 10:33 | Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi


Türkiyənin Azərbaycandakı səfirliyi Kəlbəcərin ölkəmizə təhvil verilməsi ilə bağlı xalqımıza təbrik ünvanlayıb.

Bu barədə səfirliyin “Facebook” hesabında qeyd olunur:

“Kəlbəcərin işğaldan qurtarılması və Azərbaycan torpaqlarına yenidən qatılmasına vəsilə olmasına görə Azərbaycan ordusunu və xalqını ürəkdən təbrik edirik”.


24-11-2020, 06:40 | Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır.

Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.

Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.

Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: "Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayacaq", - o qeyd edib. (publika.az)

17-11-2020, 06:05 | Şaftalı və ərik bu xəstəliklərə DƏRMAN İMİŞ



Şaftalı və əriyin kimlər üçün təhlükəli olduğu açıqlanıb.

Həkim-diyetoloq İnna Kononenko adıçəkilən meyvələrin kaloriliyi hər 100 qram üçün 45 kalori təşkil etdiyini deyib.

O söyləyib ki, ona görə də şaftalı və əriyi gündəlik 200-300 qramdan çox olmayaraq yemək lazımdır. Belə ki, şaftalı və əriyin həddindən artıq istehlakı artıq çəkiyə yola aça bilər.

Mütəxəssis bildirib ki, şəkər xəstələri, artıq çəkiyə malik, həmçinin mədəsində turşuluq dərəcəsinin yüksək olduğu insanlara bu meyvələri yemək tövsiyə olunmur. Bundan başqa, bunlar həm də pankreatit, qastritom və digər mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün zərərlidir.

Bununla belə, diyetoloq meyvələrin xeyirindən də bəhs edib. O vurğulayıb ki, ərik və şaftalıda böyük miqdarda maqnezium və kalium, həmçinin antioksidant və flavanoid mövcuddur. Birincilər stress və qıcolma, ikincilər isə onkoloji xəstəliklərlə mübarizəyə töhfə verir. (publika.az)

17-11-2020, 06:01 | Hansı vitamin çatışmazlığı saç ağarmasına səbəb olur?



Yaşlandıqca saç rənginizin ağarması normaldır. 20 yaşlardakı gənclərdə, hətta yetkinlik yaşındakılarda da qarşımıza çıxa bilər. Saç ağarmasının bir çox səbəbləri vardır. Bunlardan biri də vitamin çatışmazlığıdır.

Araşdırmanı təqdim edirik:

Hansı vitamin çatışmazlığı saçları ağardır?

B6, B12, biotin, D vitamini və ya E vitamini əksiklikləri saçların daha tez ağarmasına səbəb olur.

Saç ağarmasının qarşısını almaq olarmı?



Saç ağarmasının qarşısını almaq sadəcə səbəbə bağlıdır. Səbəb genetikdirsə, rəng dəyişikliyinin qarşısını almaq mümkündür. Əgər sağlamlığınızdan şübhələnirsinizsə, bunun əsas səbəbini mütəxəssislə araşdırmaq lazımdır.

Mütəxəssislər bildirirlər ki, saçın piqmentasiyası geri qayıda bilər, amma bunun da qarantisi yoxdur. (medicina.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.