11-11-2020, 15:38 | Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib

Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib

Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib.

Bunu Trend-ə Xocavənd icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Hadrutda komendatura yaradılıb və komendant da Xocavənd rayon polis şöbəsinin rəisidir.

E.Hüseynov bildirib ki, Hadrutda müvafiq dövlət orqanları su, işıq, əmlak inventarlaşdırılması və digər məsələlər həyata keçirilir, yəni Prezident İlham Əliyev tərəfindən imzalanan işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmana uyğun olaraq hər bir dövlət orqanı öz tapşırığını yerinə yetirir.

11-11-2020, 12:07 | DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım - VİDEO

DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım - VİDEO

Xalqımız Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevincini, qürurunu yaşayır. 30 ilə yaxındır erməni faşizminin əsarətində olan doğma torpaqlarımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı öz torpaqlarına sıx bağlılığını və o torpaqlarının əzəli-əbədi sahibi olduğunu, gücünü, sarsılmaz iradəsini, düşmənin başına yumruq kimi enərək mütləq Qələbəni təmin edən dəmir kimi möhkəm birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm tarixi zəfər günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST könüllüləri də ölkədə yaşanan ümumxalq qalibiyyət ruhuna və bayram əhval-ruhiyyəsinə uyğun maraqlı addım atdılar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə bildiriblər ki, onlar tarixə qızıl hərflərlə yazılan Qalibiyyətin bitib-tükənməz fərəhi ilə "QƏLƏBƏ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" deyiblər.

DOST könüllüləri tərəfindən təşkil olunan fləşmobun videoçarxını təqdim edirik:

11-11-2020, 12:06 | Hər gün qatıq yesəniz...

Hər gün qatıq yesəniz...

Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız.
Mütəxəssislər hər gün qatıq yeməni məsləhət bilir və bunun aşağıdakılara səbəb olduğunu söyləyirlər. Hər gün qatıq yesəniz bədəninizdə bəzi dəyişikliklər baş verəcək:
* Çəkiniz azala bilər.
Qatığın tərkibi proteinlə zəngin olduğuna görə o bədəndə olan artıq piylərin əriməsinə yardım edir. Qatıq insanı uzun müddət tox tutur, onun şirniyyata olan həvəsini azaldır və iştahanı azaldır. Qatıq metobolizmi sürətləndirir və ən çox qarında yığılmış piylərin əriməsinə səbəb olur.
* Dİşləriniz sağlam olar.
Tərkibində olan protein və kalisum sayəsində gündəlik qatıq yeyən adamın dişləri sağlam olur.
* Həzm sisteminiz normaya düşür.
Qatıq həzm prosesini sürətləndirərək qəbizliyi aradan qaldırır. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək insan orqanizmi üçün çox faydalıdır. Bu bağırsağın işini sürətləndirir.
* Şirniyyata olan həvəsiniz azalar, şəkər aşağı düşər.
Əgər siz tez-tez acırsınızsa və ya diabet xəstəliyiniz varsa, qatıq sizin ən yaxın dostunuz olmalıdır. Hər gün qatıq yeyən adamlar arasında aparılan araşdırmalar qatığın qanda şəkəri düşürə bilmək qabiliyyətinə malik olduğunu sübut etmişdir. Bundan əlavə qatıq yemək insanın sirniyyata olan həvəsini də azaldır ki, bu da kökəlməyə meyilli adamların xeyrinədir.
* Göbələklərə qarşı təsir edir.
Qatıq təbii bir göbələk dərmanıdır. Belə ki, qatıq göbələk səbəbli meydana gələn mədə-bağırsaq xəstəliklərinin aradan qalxmasına səbəb

11-11-2020, 12:04 | Premyer Liqada koronavirusa daha 4 yoluxma

Premyer Liqada koronavirusa daha 4 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

2-8 noyabr aralığında 1646 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 4 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 52-yə çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.

8-11-2020, 18:06 | Döyüş təyyarəmizin vurulmağı və ermənilərin Xocavənd istiqamətində irəliləməsi iddialarına RƏSMİ CAVAB

Döyüş təyyarəmizin vurulmağı və ermənilərin Xocavənd istiqamətində irəliləməsi iddialarına RƏSMİ CAVAB


Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.

8-11-2020, 13:52 | Qəhrəman Azərbaycan Xalqını təbrik edirik - Türkiyə MN

Qəhrəman Azərbaycan Xalqını təbrik edirik - Türkiyə MN


Qəhraman Azərbaycan Ordusu ciddi önəmə sahib olan Şuşa şəhərini işğaldan azad edib.

Bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

"Bu münasibətlə qəhrəman Azərbaycan Xalqını təbrik edirik. Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı xarıbülbül çiçəyinin çiçəklənməsini izləyəcə, qoxulayacaqlar", - qeyd olunub.

8-11-2020, 13:32 | Siti" 20 yaşlı futbolçusunun maaşını 3 dəfə artırır

Siti" 20 yaşlı futbolçusunun maaşını 3 dəfə artırır


"Mançester Siti" yarımmüdafiəçi Fil Fodenlə müqaviləni yeniləyəcək.

Bu barədə "Daily Star" nəşri məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə imzalanan müqaviləyə əsasən, 20 yaşlı futbolçu həftədə 25 min funt sterlinq alır. Klub yeni müqavilə ilə ingilis oyunçunun maaşını üç dəfə artırmağı planlaşdırır.

Britaniyanın 90min qəzeti isə Fodenlə 4 illik yeni müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Foden bu mövsüm 10 matçda 3 qol və 2 qolun ötürməsini verib.

22-10-2020, 13:30 | ""Qarabağ" üçün Türkiyə variantının üzərində təkid edirik” - Elxan Məmmədov

""Qarabağ" üçün Türkiyə variantının üzərində təkid edirik” - Elxan Məmmədov

"Qarabağ" klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkə seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi bildirib ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ev oyunlarını Türkiyədə davam etdirməsi üçün qitə futbol qurumuna təkid edirlər: "UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib. Danışıqlarda AFFA olaraq Türkiyə variantının üzərində təkid edirik. Apardığımız təhlillərə görə, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA tərəfindən hələ ki, yekun qərar qəbul olunmayıb. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq".

Qeyd edək ki, İ qrupunda yer alan "Qarabağ" ilk ev oyununu oktyabrın 29-da İspaniya klubu "Vilyarreal"a qarşı keçirəcək. Azərbaycan çempionu bu gün Təl-Əvivdə İsrail təmsilçisi "Makkabi"nin qonağı olacaq.


22-10-2020, 12:55 | General-mayor Artur Vanetsyan: yalanı, tost qaldırmağı, informasiya boşluğu yaratmağı dayandırın

General-mayor Artur Vanetsyan: yalanı, tost qaldırmağı, informasiya boşluğu yaratmağı dayandırın

Ermənistanın keçmiş xüsusi xidmət rəisi, "Vətən" partiyasının rəhbəri general-mayor Artur Vanetsyan cəbhədəki ağır vəziyyət barədə danışıb və əhalini ümumi səfərbərliyə çağırıb.

Bu barədə Artur Vanetsay Facebook səhifəsindən müraciət edən zaman bildirib.

“Gənclər, vətən təhlükədədir. Yalnız üç həftə ərzində tamamilə mümkün olmayan arxa xidmətlə məşğul olanların olduğunu bilirəm. Lakin biz bir daha zərbələr endirməliyik. Bizim ön cəbhədə yağışda, soyuqda dayanan dostlarımızın dəstəyinə və dəyişdirilməsinə ehtiyac var".

Vanetsyanın sözlərinə görə, “hazırkı məqamda yalanlar, tostlar və məlumat boşluğu reallığı əks etdirməyən sakitlik yaradır”.

“Ancaq inanın ki, həqiqətən nəyinsə üzərində işləmək üçün çox şey var. Gəlin, birlikdə vətəni qoruyacağıq, gənclərə ehtiyacımız var. Hamını gözləyirəm, vaxt çox qiymətlidir", - o deyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı Ermənistan ordusunun əhəmiyyətli hissəsi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı məğlub olub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri artıq döyüşə getməkdən imtina edir və mövqelərini tərk edir. Azərbaycan Ordusu sürətlə irəliləyir, işğal olunmuş kəndləri bir-birinin ardınca azad edir.(Virtualaz.org)

10-10-2020, 10:04 | Azərbaycanla oyunöncəsi böyük hesabla uduzdu


Azərbaycanla oyunöncəsi böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda növbəti oyun keçirilib.

apasport.az-bildirir ki, Gürcüstan liderlər qrupunda qərarlaşan İsveçrəni qəbul edib.

Qoridəki Tengiz Burjanadze adına stadionda baş tutan qarşılaşma qonaqların üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız top keçirən İsveçrə xallarının sayını 21-ə yüksəldib və yenidən liderliyi ələ keçirib. Gürcüstanın isə aktivində 9 xal var.

Qeyd edək ki, 2-ci qrupda Azərbaycan millisi 6 xalla 5-ci pillədə qərarlaşır. Dünən Slovakiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız oktyabrın 13-də Gürcüstanın qonağı olacaq.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.