Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - YENİLƏNİB
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - YENİLƏNİB

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Trend bildirir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

----------
16:07

Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı Apellyasiya Məhkəməsi başlayıb


Trend bildirir ki, bu gün onun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Tarix: 18-09-2020, 15:25