Rəşad Məmmədova vəzifə verildi
Rəşad Məmmədova vəzifə verildi


Azərbaycan Mərkəzi Bankının sədrinə yeni müşavir təyin edilib.

Respublica.Az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Rəşad Məsim oğlu Məmmədov AMB sədrinin yeni müşaviri təyin edilib.

Qeyd edək ki, R. Məmmədov 2015-2017-ci illərdə "Paşa Bank" ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.


Respublica.Az

Tarix: 22-12-2023, 09:46