İFTİRA DAŞQINI ARDNŞ mənsubu Mahir Məmmədova böhtan atan şəxs çoxdanın dələduzudur
İFTİRA DAŞQINI ARDNŞ mənsubu Mahir Məmmədova böhtan atan şəxs çoxdanın dələduzudur

Hazırda blogger kimi başqalarının bostanına daş atmaqla məşğul olan Daşqın Gülməmmədov 2001-ci ildən Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının sədri olub. D.Gülməmmədov Gürcüstanda prezidentliyə namizəd olmağa hazırlaşan azərbaycanlı Fazil Əliyevin seçki qərargahının rəhbəri kimi Tbilisidə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq "Milli diskriminasiya salmaqda" təqsirli bilinərək barəsində cinayət işi açılmışdı.
2006-cı ildə isə D.Gülməmmədov Zöhrab Zeynalov adlı tanışını və daha bir neçə şəxsi Prezident Aparatında işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pullarını mənimsədiyinə görə üç il sonra Səbayel rayon Məhkəməsinin qərarı həbs olunmuşdu.
Dələduzluğu ifşa olunandan sonra daha Gürcüstan Azərbaycanlıları Milli Assambleyasında etimadı itirdiyini dərk etdiyindən, üzünü o vaxt Saakaşvilinin sığınmış olduğu Ukreaynaya üz tutdu və orada Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Rəyasət Heyətində özünə yer elədi.
Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə qızışandan sonra Ukraynada da rahat olmayan D.Gülməmmədov hazırda yuxarıda qeyd etdiyimiz kimi, şantajla, şər-böhtanla məşğuldur. Bu dəfə o, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədovu hədəf seçib. D.Gülməmmədov Tik-tok sosial platformasındakı səhifəsində Mahir müəllimin özünün və ailə üzvlərinin pulunu və əmlakını hesablamağa qərar verib və həmin pulların mənbəyinə şübhə ilə yanaşıb.
Dələduzların əslində bu cür üsullara əl atması təəccüblü görünməməlidir. Lakin D.Gülməmmədov yaydığı məlumatları heç də etibarlı mənbədən götürməyib. Üstəlik, onun Mahir Məmmədovun və ailə üzvlərinin halal qazanclarının kəmiyyəti barədə təsəvvürü də dəqiq deyil. Yəqin ona elə gəlir ki, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin baş direktoru vəzifəsini daşıyan adam minimum əmək haqqı almalıdır. Bundan başqa, vəzifəli şəxsin ailə üzvlərinin öz ölkəsində və ya xaricdə sahiblarlıq fəalioyyəti ilə məşğul olması, əmlaka yiyələnməsi qadğan deyildir.
Onu da yada salaq ki, 1962-ci il təvəllüdılü Mahir Ələsgər oğlu Məmmədov həm də Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir. Ali təhsilli inşaatçdır, aspirantura elmi dərəcəsi var. Hazırki vəzifəsinə qədər Gürcüstanda və Azərbaycanda montajçı usta vəzifəsindən başlayaraq öz əməyi, alın təri ilə karyera pillələrində ucalıb. O, üzərinə düşçən vacib vəzifələrin öhdəsindən layiqlə gəlməklə yanaşı, öz xeyirxahlığı, səxavəti ilə də tanınıb, ARDNŞ-nin sosial layihələri çərçivəsində Gürcüstaandakı soydaşlarımızın, şəhid ailələrinin və qazilərin qayğı və problemlərinin həllinə köməkliyini əsirgəmir.
Əlbəttə, Mahir məmmədov özü də, onu tanıyanlar da bu kimi qeyri-sağlam düşüncənin məhsulu olan böhtan və iftiraların, yalan ittihamların ayaq tutub yeriyəcəyinə inanmırlar. Çünki böhtançının, necə deyərlər, “dabbaqda gönünə bələddirlər”.

Hacı Pərviz HƏSƏNLİ
Tarix: 14-11-2024, 15:08