15-12-2023, 06:44 | Bakı qılınc kimi sərt gələn qışa HAZIRDIR? - Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!

Bakı qılınc kimi sərt gələn qışa HAZIRDIR? - Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!


Artıq havalar soyumağa başlayıb. Dünən axşamdan davam edən aramsız yağışın təsiri artıq paytaxtda özünü göstərir. Bildiyimiz kimi Azərbaycanda soyuq fəsillər o qədər də sərt keçmir. Lakin bir balaca qar, yağış yağan kimi fəsadlar ortaya çıxır. Halbuki xarici ölkələrdə insanlar daim sərt hava şəraitində normal həyat yaşayırlar.

Azərbaycanda bu cür fəsadların olmaması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? Şəhər infrastrukturunda hansı dəyişikliklər olmalıdır?

Respublica.Az referans.az-a istinadən xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, müxtəlif qurumların belə fövqəladə hadisələr üçün hazır tədbirlər planı olmalıdır.

Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.

"Dünyanın bütün ölkələrində gözlənilən və gözlənilməz hadisələr baş verir. Bunlara təbiət hadisələri, təbii fəlakətlər, fövqəladə hadisələri, uçqunlar, çay daşmaları və s. aiddir. Belə hadisələrin qarşısını almaq dünyanın heç bir yerində mümkün deyil, yalnız qarşısını almaq məqsədilə tədbirlər görülə bilər. Maddi-texniki bazanı genişləndirməklə, müasir texnologiyaların, müasir vasitələrin tətbiqi ilə müəyyən qədər əvvəlcədən xəbərdar olmaq olar".

Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.

Respublica.Az


14-12-2023, 14:22 | Bu gün Azərbaycanın Milli Qəhrəmanı -Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı -Əliyar Əliyevin doğum günüdür



[
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.

Respublica.Az xəbər verir ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Milli Qəhrəmanımız yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunur. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.


Respublica.Az

14-12-2023, 13:29 | Koordinasiya Şurası yaradılır

Koordinasiya Şurası yaradılır


Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında" 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.

Şuraya Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Şuranın üzvləri xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, daxili işlər nazirinin müavini, Baş prokurorun müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, Auditorlar Palatasının sədri, Notariat Palatasının İdarə Heyətinin sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti, "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktorudur.

Respublica.Az



14-12-2023, 09:34 | Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil

Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil



Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.

"Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir", - deyə həkim bildirib.

A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

"Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir".

Respublica.Az




14-12-2023, 09:21 | Elnur Hidayətoğluna yeni vəzifə verildi

Elnur Hidayətoğluna yeni vəzifə verildi



Elnur Hidayətoğlu yeni vəzifəyə təyin olunub.

Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.

O faktı APA-ya təsdiqləyib.

Respublica.Az

14-12-2023, 09:18 | Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI


Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Respublica.Az



14-12-2023, 08:52 | Daha 86 laçınlı doğma yurduna qayıtdı

Daha 86 laçınlı doğma yurduna qayıtdı



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.

Respublica.Az



14-12-2023, 08:15 | Benzin qiymətləri ilə bağlı sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR - UCUZLAŞACAQ

Benzin qiymətləri ilə bağlı sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR - UCUZLAŞACAQ



Hesablama Palatası Dövlət Neft Fondunun (DNF) gələnilki büdcəsi barədə rəyini yayımlayıb. Büdcə göstəricilərinə görə, gələn il DNF-yə 12 milyard 73 milyon manatın daxil olması, 12 milyard 900 milyon manatınsa xərclənməsi nəzərdə tutulur. Açıqlanan göstəricilərdən aydın olur ki, DNF-nin gələnilki gəlirləri bu ilin gözlənilən gəlirləri ilə müqayisədə (18.8 milyard manat) xeyli az olacaq.

Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60 dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6 dollar olub.

Bəs neft gəlirlərinin azalması ölkədə hansı sahələrdə mənfi təsirini göstərəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, Dövlət Neft Fondunun gəlirlərinin azalması gözlənilən idi:

“Son zamanlar neft hasilatı kəskin düşüb. Neft hasilatının hər il düşməsi və neft qiymətlərinin də gözlənilənin altında qalması mümkündür. Çünki keçən il neft qiymətləri ortalama çox yüksək oldu. Bu il aşağı oldu, gələn il isə ümumiyyətlə daha da aşağı olması gözlənilir. Gələn il neftin qiymətinin 70 dollar civarında olması böyük şeydir. Hətta 70-60 dollardan da aşağı qiymətlər proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, bizdə benzinin qiymətini dövlət tənzimlədiyinə görə, bunun neft qiymətləri ilə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, benzinin qiyməti də tarif şürası tərəfindən tənzimləndiyin üçün neftin qiyməti dünyada 40 dollar olanda da bizdə benzinin qiymətini bəzi hallarda qaldırıblar: “Buna görə də bunun benzinlə birbaşa əlaqəsi yoxdur. Benzin də, neft də öz istehsalımızdır. Sadəcə biz premimum markalı benzini xaricdən gtiririk. Bu zaman əksinə qiymət ucuzlaşacaqsa, premium markalı benzinin də qiyməti ucuzlaşmalıdır. Zatən indi də Azərbaycanda bu benzinin qiyməti olduqca bahadır”.

Premium markalı benzin dünyada daha da uzuclaşıb, buna görə də Azərbaycanda da ucuzlaşması gözlənilir. Ona görə də bizdə benzinin qiyməti hökumətdən asılıdır. Hökumət nə qərar versə, o olacaq – deyə Natiq Cəfərli əlavə edib.




14-12-2023, 07:36 | Bu rayonda 100 nəfər qızılcaya yoluxdu

Bu rayonda 100 nəfər qızılcaya yoluxdu



Cəlilabadda bu günə qədər 100 qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Respublica.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onlardan 74 nəfəri 18 yaşdan kiçiklər, 26 nəfəri isə 18 yaşdan böyüklərdir.

Qeyd olunub ki, rayonda qızılcadan ölüm halı qeydə alınmayıb.

Hazırda rayonda qızılcaya qarşı peyvənd işləri aparılır.

Xatırladaq ki, bir müddətdir Azərbaycanda qızılca virusu yayılıb. Xəstəlikdən ölüm halları da qeydə alınıb.

13-12-2023, 14:34 | Aynur Poluxova və Nüşabə Pənahovaya yeni vəzifə verildi - FOTO

Aynur Poluxova və Nüşabə Pənahovaya yeni vəzifə verildi - FOTO



Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr izalayıb.

Əmrə əsasən, t.ü.f.d.,dos. Aynur Poluxova institutun direktoru t\yin olunub.

Nazirin digər əmri ilə isə t.e.d. Nüşabə Pənahova direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyinat alıb./milli.az

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.