17-12-2023, 10:30 | Valideynin sözünə hansı hallarda itaət etməmək olar?

İslam dini valideyn haqlarını ciddi şəkildə qoruyur. Dinimizdə valideynin haqqı ən mühüm məsələlərdən biridir. Qurani-Kərimdə Allahdan sonra valideynə itaət etmək, ata-ananın sözündən çıxmamaq, onların üzünə ağ olmamaq, hətta onlara "uf" deməmək əmr olunur. Dünya və axirət cəzasına səbəb olan böyük günahlardan biri də ağvalideynlikdir. Amma valideynə itaətin də həddi-hüdudu vardır. Belə ki, valideyn haqqı Allahın haqqından üstün tutulmamalıdır. Əgər valideyn öz övladını Allaha itaətdən uzaqlaşdırırsa, Allahın əmr və qadağanlarını pozmağa məcbur edirsə, bu halda övladın ona qulaq asmamaq icazəsi vardır. Məsələn, öz övladını araq içməyə təhrik edən və araq almağa göndərən, hicabını açmağa məcbur edən, namaz qılmasına mane olan valideynin istəklərinə əməl etmək lazım deyil. Lakin bu itaətsizlik yalnız həmin məsələlərdə büruza verilməlidir. Digər məsələlərdə yenə valideynə ehtiram göstərmək övladın vəzifəsidir. Günah işlərdə valideynə itaətsizliyi də kobud şəkildə, onların qəlbini qıracaq formada etmək icazəli deyil.
15-12-2023, 13:44 | "Bu qədər müəllim 2000 manatdan çox maaş alır"

"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir".
Respublica.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O, bunun səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqələndirib: "Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir. Məzmun baxımından müəyyən dəyişikliklər baş verir.Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir".
Nazir əlavə edib ki, 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır. O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub: "32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əmək haqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əmək haqqı alır".
***
Emin Əmrullayevin sözlərinə görə, hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır. O bildirib ki, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: "2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır".
Respublica.Az
15-12-2023, 13:34 | Bu rayonlarda məktəblər istifadəyə veriləcək - Nazir

Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
O qeyd edib ki, azad olunan ərazilərə Böyük Qayıdış çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.
Respublica.Az
15-12-2023, 06:44 | Bakı qılınc kimi sərt gələn qışa HAZIRDIR? - Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!

Artıq havalar soyumağa başlayıb. Dünən axşamdan davam edən aramsız yağışın təsiri artıq paytaxtda özünü göstərir. Bildiyimiz kimi Azərbaycanda soyuq fəsillər o qədər də sərt keçmir. Lakin bir balaca qar, yağış yağan kimi fəsadlar ortaya çıxır. Halbuki xarici ölkələrdə insanlar daim sərt hava şəraitində normal həyat yaşayırlar.
Azərbaycanda bu cür fəsadların olmaması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? Şəhər infrastrukturunda hansı dəyişikliklər olmalıdır?
Respublica.Az referans.az-a istinadən xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, müxtəlif qurumların belə fövqəladə hadisələr üçün hazır tədbirlər planı olmalıdır.
Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.
"Dünyanın bütün ölkələrində gözlənilən və gözlənilməz hadisələr baş verir. Bunlara təbiət hadisələri, təbii fəlakətlər, fövqəladə hadisələri, uçqunlar, çay daşmaları və s. aiddir. Belə hadisələrin qarşısını almaq dünyanın heç bir yerində mümkün deyil, yalnız qarşısını almaq məqsədilə tədbirlər görülə bilər. Maddi-texniki bazanı genişləndirməklə, müasir texnologiyaların, müasir vasitələrin tətbiqi ilə müəyyən qədər əvvəlcədən xəbərdar olmaq olar".
Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.
Respublica.Az
14-12-2023, 14:22 | Bu gün Azərbaycanın Milli Qəhrəmanı -Əliyar Əliyevin doğum günüdür

[
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.
Respublica.Az xəbər verir ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunur. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.
Respublica.Az
14-12-2023, 13:29 | Koordinasiya Şurası yaradılır

Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında" 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
Şuraya Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.
Şuranın üzvləri xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, daxili işlər nazirinin müavini, Baş prokurorun müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, Auditorlar Palatasının sədri, Notariat Palatasının İdarə Heyətinin sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti, "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktorudur.
Respublica.Az
14-12-2023, 09:34 | Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil

Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?
Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.
"Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir", - deyə həkim bildirib.
A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:
"Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir".
Respublica.Az
14-12-2023, 09:21 | Elnur Hidayətoğluna yeni vəzifə verildi

Elnur Hidayətoğlu yeni vəzifəyə təyin olunub.
Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.
O faktı APA-ya təsdiqləyib.
Respublica.Az
14-12-2023, 09:18 | Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Heydər Əliyev prospekti mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Respublica.Az
14-12-2023, 08:52 | Daha 86 laçınlı doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.
Respublica.Az




















