"Bu qədər müəllim 2000 manatdan çox maaş alır"
"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir".
Respublica.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O, bunun səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqələndirib: "Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir. Məzmun baxımından müəyyən dəyişikliklər baş verir.Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir".
Nazir əlavə edib ki, 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır. O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub: "32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əmək haqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əmək haqqı alır".
***
Emin Əmrullayevin sözlərinə görə, hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır. O bildirib ki, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: "2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır".
Respublica.Az
Tarix: 15-12-2023, 13:44