10-05-2022, 15:57 | SADƏLİKDƏ BÖYÜKLÜK

SADƏLİKDƏ BÖYÜKLÜK

EL arasında belə bir deyim var : "YA OLDUĞUN KİMİ GÖRÜN, YA DA GÖRÜNDÜYÜN KİMİ OL " !

Bu  ustad kəlamını hörmətli ƏLİYUSİF  ƏBDÜRƏHMAN oğlu ƏBDÜRƏHMANOVA Şamil etmək əsl insanlığa hörmətin və sədaqətin təcəssümü kimi də dəyərləndirmək olar. Rəfail müəllimin ürəyi ilə dili arasında çox qısa bir məsafə var ki, bu onun sözlə  bütövlüyün və şirin dilliyin insanda özünə qarşı bağlılığın bariz nümunəsidir.
Bir azca Onunla söhbət edəndə, görürsən ki, bu insanı keyfiyyətlər Onun daxili aləmindən süzülüb gələn saflığın əsl özüdür!
   O,elinin, obasının , bir sözlə millətinin yolunda şam kimi yanmaqdan, savab əməllər sahibi olmaqdan başqa heç nəyi fikirləşmir !!! Necə deyərlər, O, başqasının ömür yolunda əziyyətlərə qatlanmaq la, özünə əbədi bir xoşbəxtlik çələngi hörmüş olur. Fəqət Mən belə dərk edirəm ki, Onu zamanın amansız sınaqlarından alnıaçıq, üzüağ çıxaranda onun əsl insan kimi həyatda yaşamasıdır !
   Onu tanıyanlar  üçün düzlük, doğruçuluq, saflıq simvolu olan bu halal çörəkli insan hər ötən gününü yaratmaq, qurmaq və yaşatmaq eşqi ilə yola salır .....
   Elə buna görədə,belə insanlar tarixin səhifəsində öz layiq olduğu yeri müəyyən edib, öz ünvanını əbədi yaşatmış olurlar.
    Əliyusif müəllim 25 iyun 1949 cu ildə Şirvan elinin mərkəzlərindən sayılan Şamaxı rayonunun Məlhəm kəndində sadə bir kəndli aləsində dünyaya gəlib. Doğulduğu Məlhəm kəndində 8 illik məktəbdə təhsil alıb. Sonra isə təhsilini davam etdirmək üçün Şamaxı kənd təsərrüfatı texnikumunun aqronom luq və tərəvəzçilik fakultəsinə sənəd verirb,  qəbul olunur .
   Texnikumu müvəffəq qiymətlərlə başa vurduqdan sonra 1968-ci ilin payızında hərbi xidmətə çağrılır, ilk " korantin" müddətini Gəncə şəhərində keçdikdən sonra xidməti davam etdirmək üçün , o zaman ki, Varşava müqaviləsinə daxil olan,Demokratik Almaniyaya yola düşür. Xidməti dövründə baş çavuş  vəzifəsinə qədər yüksəlir.
    1970-ci ildə ordudan təxris olunub,doğma vətəninə qayıdır.
    1971-ci ildə isə kənd təsərrüfatı məhsullarının  təbii fəlakətdən mühafizə etmək üçün yaradılmış "KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ DOLUDAĞIDAN MÜHAFİZƏ DƏSTƏSİ" adlı idarədə texnik kimi işlə təmin    olunur. Həmsöhbətim 6 ay işlədikdən sonra, işində səliqə- sahmanı və səmərəliliyinin görən rəhbərlik onu baş texniki kimi işə dəvət edir. Bir müddət sonra isə işinə vicdanla yanaşdığına və yüksək təcrübəyə sahib olduğundan ONU artilleriya qurğuları üzrə mühəndis təyin edirlər!
     O zamanlar bu dolu dağıdan artilleriya qurğularından Qrta Asiyada, Pribaltika ölkələrində, Rusiyanın Rastov  vilayətində, Krasnoyarsk vilayətində və Zaqafkasiya ölkələrində çoxdan istifadə olunduğundan bizim ölkədə də istifadə olunması labüd idi.
   Onun işlədiyi sahədə texnikum təhsili yetərli olmadığından O, təhsilini davam etdirmək üçün sənədlərini MİLLİ HİDROMETROLOGİYA insitutuna vermək istəsədə, o zaman bu insitut bizim ölkədə Yox idi....
    Həmin təhsil ocağı ,  əski SSRİ-də ancaq iki ŞƏHƏRDƏ-LENİNQRAD da və UKRAYNANIN ODESSA şəhərində fəaliyyət göstərirdi.
    Qərarlaşıb, sənədlərini Odessa HİDROMETROLOGİYA insitutuna verən ƏLİYUSİF  müəllim imtahanlardan yaxşı qiymətlər alaraq, Hidrometiroloq fakultəsinə qəbul olunur  (1983-1987 ci illər)  və tam kursu "MÜHƏNDİS METİROLOQ" kimi başa vurur.
   Qayıdıb doğma Vətəninə gələn Əliyusif müəllim, işini öz doğma kollektivinə davam etdirməyə qərar verir. Rəhbərlik tərəfindən ona yüksək ehtimal göstərilir. Belə ki, idairənin elmi - tədqiqat insitutu Rusiyanın Nalçik şəhərində yerləşdiyindən ot idarənin  komandir və müavin heyətləri Nalçik şəhərində təstiq olunurdu.
   Rəhbərlik tərəfindən təqdimat alan Əliyusif müəllimdə elə komandir müavini kimi işini davam etdirmək üçün Nalçik şəhərində yerləşən Baş idarədə təstiq olunur və Şamaxı şəhərində yerləşən " Hərbiləşdirilmiş doluya qarşı mübarizə dəstəsin" də komandir müavini, eyni zamanda  buğaltır vəzifəsi olmadığından təcrübəsini nəzərə alaraq maddi- məsul şəxs kimi buğalteriya işlərini də   etibar edirlər.
    Beləliklə 2002-ci ilədək bu vəzifələri icra etdi hörmətli Əliyusif müəllim !
    Nəhayət ulu öndər HEYDƏR ƏLİYEV - İN sərəncamı
ilə bir neçə aidiyyatı qurumlar birləşdirilərək,2002-ci idə "EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ" yaradıldı.Elə həmin gündən də " Doluya qarşı Hərbiləşdirilmiş Mühafizə  Dəstəsi" də bütöv HEYYƏTLƏ " Ekologiya və Təbii Sərvətlər Nazirliyi"-nin tərkibinə verildi.
 --Ekologiya və təbii sərvətlər nazirliyin də neçə il çalışmısınız? Sualımızı Əliyusif müəllim belə cavablandırır....
     2014-cü ildə 65 yaşım tamam olduğuna görə,qanuna müvafiq şəkildə təqaüdə göndərildim.Təqaüdə çıxmağıma baxmayaraq, rəhbərlik çoxillik təcrübəyə malik birisi kimi bilik və bacarığını nəzərə alaraq,məni işdə saxlamağa qərar verdi. Məndə razılaşdım...2018-ci ilədək bu vəzifədə vicdan və şərəflə çalışdığından qürur duyuram !!!
 Ona na görədə həyatımdan çox razıyam!
    Əliyusif müəllim Mən bu sualı əvvəl verməli idim,amma, bilərəkdən sona saxladım.
    Ailədə neçə uşaq olmusunuz?
    Biz ailədə iki qardaş bir damcı olmuşuq. Qardaşım və bacım qəzavü-qədərdən dünyalarını dəyişiblər.Babam öz dövrünün yüzbaşı larından olub. Atam isə dinə yaxın olduğundan inanclı kimi həmişə eldə- oba da hörmətlə qarşılandığından  indinin özündə də onu tanıyanlar həmişə ehtiramla yad edirlər.
    Özümdə ailəli yəm! Ömür - gün yoldaşım Kamilə xanım,o zamanlar Şamaxıda fəaliyyət göstərən Tibb texnikumunda təhsil alıb, təqaüd yaşına qədər Sabunçu rayonunda yerləşən 3 saylı klinik xəstəxanada 35 ilə qədər fasiləsiz və qüsursuz çalışıb.
    Üç uşaq atası yaman!  İkisi oğlandı birisi isə qız...!Qızım Könül xanım 1974-cü ildə dünyaya gəlib. İlk təhsilini birinci sinifdən  yeddinci sinifə qədər Şamaxı şəhərində oxuyub,səkkizinci sinifi isə dayısının yanında Türkmənistan şəhərində tamamlayıb. Sonra Şamaxı şəhərinə qayıdaraq yenidən doqquz və onuncu sinifləri oxuyaraq  elə Şamaxı şəhərində tamamlayıb.
   Ali təhsil almaq üçün yenidən Ukraynanın ODESSA şəhərinə yollanır. Sənədlərini Hidrometiralogiya institutunun " Hidrometiroloq" fakültəsinə verib, ali təhsil alır.
   Sonra doğma Şamaxı ya qayıdaraq bir müddət orada mühəndis METİROLOQ kimi fəaliyyət göstərir.
   Sonralar biz Bakı şəhərində yaşamağa üstünlük verdiyimiz dən, a ilə viza köçüb Bakı şəhərinə gəldik..
     Halhazırda qızım H. Əliyev adına Binə hava limanında Hidrometiroloq kimi baş mühəndis kimi çalışır.
    Oğlum Əbdürəhimov Rəhim 1975-ci ildə dünyaya gəlib.
    Təhsilini  Q. məmmədov adına Xəzərdən iz gəmiçilik məktəbində aldıqdan sonra 6 il Türk şirkətlərinin birində çalışıb. Təhsilə olan həvəsi onu yenidən Kiyev şəhərində olan Ali dənizçilik Akademiyasına sövq edir, sənədlərini verir və qəbul olunur. 
Halhazırda Türk şirkətlərinin birində çalışır.
    Kiçik oğlum Malik isə 1980-ci idə anadan olub,Kooperasiya insitutunu və Kiyev də dənizçilik institunun bitirib. Hal- hazırda Türkiyə dənizçilik şirkətində çalışır.
-- 44 günlük yenilməz qələbədən sonra Qarabağda,xüsusən də Kəlbəcər də, Laçın da və Şərqi Zəngəzurda "Hidrometiralogiya "qurğularının yerləşdirilməsi, d əqidə və dürüst hava məlumatlarının verilməsi haqqında nələri söyləyə bilərsiniz?Bu mümkündürmü ?
    Onu deyə bilərəm ki, Halhazırda işğaldan azad olunmuş rayonlarımızın əksəriyyətində hava məlumatlarını ötürən qurğular fəaliyyət göstərir.
    Azərbaycanda Amerika istehsalı olan 2 "Dopler"qurğusu fəaliyət göstərir. Onlardan biri Şamaxıda, digəri isə GÖY göl rayonunda quraşdırılıb. Aldığım məlumata görə üçüncü isə Şuşa şərində quraşdırılması planlaşdırılır.  Bu Dopler"qurğusu  elə bir sistemdir ki, ona insan əli dəymədən,bütün hava haqqında  məlumatları dəqiq və düzgün Ekologiya və təbii sərvətlər nazirliyin internet tərkibində olan sistemə ötürür.
Təşəkkür edirəm,kiçik bir şer parçası ilə sizinlə sağollaşıb,Xoş bir təəssüratla ayrılıram.

                   OLSUN
,:Nə gözəl bayramdır ey əziz dostum,
Kefin duru,ilin ayın var olsun!
Qoy gül açsın könül bağın hər zaman,
Düşmənlərin el içində xar olsun!

Dost-tanışın başbiləni- gözüsən,
Məclislərin söhbəti sən sözü sən!
Şir ürəkli, Pir kişisən düzü sən,
Bir zirvəsən, zirvən Müdam qar olsun!

İmkansıza qucaq açdın gərəklə,
Təmiz sevgi, təmiz arzu diləklə!
ƏL VER öpüm, səni dostum ürəklə,
Əməllərin el-obaya car olsun!

Şox dur sözüm,yazılası yazacam,
Xırda xırda yazacağam yaza can!
Məst etmədi səni nə var, nə də şan,
Çiçək açsın bağ-bağatın bar olsun!

            VAHİD  COŞĞUN

09 May 2022 -ci il.

10-05-2022, 08:42 | REAL FM radiosu əsas yayıma çıxıb

REAL FM radiosu əsas yayıma çıxıb


Bu gündən etibarən REAL FM radiosu əsas yayıma çıxıb.

Bunu REAL FM radiosunun direktoru Kəmalə Onur bildirib.

Onun sözlərinə görə, dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir:

"Radio səhər efirinə ötən gün və gecə saatlarında baş vermiş hadisələrin, gündəmin müzakirəsi ilə başlayır. Daha sonra dinləyiciləri hər saatın tamamında və yarısında xəbər buraxılışları, eləcə də qısa xəbərlər, reportajlar, müsahibələr vasitəsilə məlumatlandırır. Bundan başqa yaxın zamanda radionun efirində vətəndaşların müraciətlərini aidiyyəti qurumlara çatdıraraq onların problemlərinin həllinə, suallarının cavablandırılmasına şərait yaradacaq verilişin hazırlanması nəzərdə tutulur. Axşama doğru isə yekun xəbər buraxılışında gün ərzində baş verənlərin icmalı şərh ediləcək, rəsmi qurumların açıqlamaları təqdim olunacaq. Xəbərlərlə yanaşı efirin bir hissəni isə zövqlü musiqi bəzəyir. Dinləyicilər xəbərlər və verilişlər arasında müxtəlif zamanların ən sevilən hitlərini dinləyə biləcəklər".

Kəmalə Onur qeyd edib ki, REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM) qalib olub.


21-01-2022, 20:15 | Lerik camaatı Ölkə rəhbərindən imdad diləyir

Lerik camaatı Ölkə rəhbərindən imdad diləyir




Son günlər respublikamızın ərazisinə güclü qar yağmışdır. Bu ,bir sıra fəsadlara yol açmışdır.Belə fəsadlardan biri də Lerik rayonunda yaşanmaqdadır. Belə ki , yağan güclü qar rayonun bir sıra dağ kəndlərində ; Tülü,Conu, Kaqoy ,Vılıq kəndlərində əhalinin həyat şəraitini çətinləşdirmişdir. Belə ki , adı çəkiən kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilmiş , gediş- gəliş müşkülə çevrilmişdir. Yağan güclü qar , yollara tökülən qar uçqunları təmizlənmədiyindən vəziyyət olduqca acınacaqlıdır. İnsanalar vəziyyətdən çıxış yolu axtarır , bacardıqlarını , əllərindən gələni etməyə çalışırlar . Lakin , onların gücü və imkanları xaricində olduğu üçün heç nə edə bilmirlər . Camaatdan fərqli olaraq əlaqədar qurumlar isə üzərilərinə düşən vəzifənin öhdəsindən gəlmir , ya da gəlmək istəmirlər . Bu da insanların haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı Lerik rayon Yol İstismar İdarəsini dəfələrlə etdiyimiz müraciət cavabsız qalır. Hətta Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədova da müraciət etdik.Telefonumuza cavab vermədi. Köməkçisi ilə əlaqə saxladıq. O da öz növbəsində bu işin onların səlahiyyət və məsuliyyəti daxilində olmadığını bildirdi. Nəticədə adı çəkilən kəndlərdə yaşayan insanlar acınacaqlı vəziyyət yaşamaqda davam edirlər. Nəzərə alsaq ki , ərzaq , qida ehtiyacları , həkim qəbulu , təcili işlərlə bağlı kəndlərdən çıxmaq lazım olduğu halda bu mümükün deyilsə , insanlar nə etməlidirlər?!

Danılmaz faktdır ki , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncamları ilə ən ucqar dağ kəndlərinə belə asvalt yollar çəkilmiş , insanların əziyyətsiz hərəkət etmələri üçün hər cür şərait yaradılmış və bu davam etməkdədir. Lakin görünən odur ki , ölkə rəhbərinin milyonlar bahasına ərsəyə gətirdiyi yol infrastrukturu hər hansı bir təbii fəlakət zamanı nəzarətsiz və baxımsız qalır. Aidiyyatı orqanlar , məsul şəxslər öz işlərinin öhdəsindən gəlmirlər.

Məsələ ilə bağlı həmin ərazidə yaşayan sakinlər adından ölkə rəhbərinə müraciət edirik . Çətin vəziyyətlə üz- üzə qalan insanlara Cənab prezidentdən kömək istəyirik.İnanırıq ki , ölkə rəhbəri bu işlərə birbaşa məsuliyyət daşıyanlardan fərqli olaraq lazimi tədbirlər görəcək.

Müşfiq Kişiyev

31-12-2021, 08:43 | 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.  Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.  Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük


Gələn il fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.

Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında dəyişiklik edib.

Qeyd edək ki, 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

31-12-2021, 08:41 | Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür



31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub.

31-12-2021, 06:48 | HƏMRƏYLİYİMİZ ƏBƏDİ OLSUN ƏZİZ DÜNYA AZƏRBAYCANLILARI

HƏMRƏYLİYİMİZ ƏBƏDİ OLSUN ƏZİZ DÜNYA AZƏRBAYCANLILARI





Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Hər il qeyd etdiyimiz, bu il qalib ölkənin vətəndaşları kimi qarşıladığımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq.

Bildiyimiz kimi 1991-ci ildə Naxçıvanda ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Ümummilli Liderimiz bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına əsaslı töhfə vermişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi.

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.

Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük.


KAMAL AXUNDOV
QAZAX, KƏMƏRLİ KƏNDİ

28-12-2021, 12:05 | Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar qazanacaq


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar qazanacaq

Azərbaycan Respublikasının müstəqilliyi olunanda ölkənin indiki dövlət başçısının cəmi 30 yaşı var idi. Bu günlərdə isə Prezident İlham Əliyevin 60 yaşı tamam oldu. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dövlət müstəqilliyimizin 30-cu ilində 60 yaşa çatan cənab İlham Əliyevin Prezident vəzifəsində 18 illik fəaliyyəti çağdaş siyasi tariximizə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın böyük dövlət xadimi İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.

Dünyanın ən qüdrətli superdövləti hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlar­la dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. Gənc siyasətçi kimi o, müstəqilliyimizin təməli qoyulan həmin dövrün, sadəcə, şahidi deyildi, həm də Prezident Heydər Əliyevin Azərbaycanın siyasi suverenliyinin möhkəmləndirilməsi, ölkədə sabitlik, milli birlik, sosial-iqtisadi inkişaf yaradılması və ərazi bütövlüyü­nün bərpası uğrunda mübarizəsinin fəal iştirakçısı idi.

Həlledici an isə 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğu­na inanaraq, məhz onu özünə prezident seçdi. Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi. Bu, həm də xalqımız üçün yeni bir həyata keçidin başlanğıcı idi. Bu keçidin ən yaddaqalan hadisələri, taleyüklü qərarları və addımları Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Belə ki, Sovet İttifaqının dağıl­masından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki, sovet keçmişindən ayrılma­mağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədəyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydın idi: ictimai-siyasi təfəkkürdən “post-sovet” qalıqları təmizlənməli idi ki, insan­lar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.

İlk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi: həmin illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlət başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innova­siyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.

İlk dəfə İlham Əliyev Azərbaycanın “Dördüncü Sənaye İnqilabı” proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında Azərbaycanın lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də ilk dəfə İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində milyonlarla Azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də belə qətiyyət və əzəmətlə ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi.

İlk dəfə məhz Ali Baş Komandan İlham Əliyev “Biz qalib xalqıq!” hökmü ilə xalqımızın milli öyünc və özünəgüvəncini yüksək bir səviyyəyə qaldırdı. Hər cümləsi xalqın yaddaşında silinməz iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan Prezident İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.

Ulu öndərin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O nəyi, necə və nə zaman etməli olduğumu­zu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.

Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli-mənəvi, dəyərlərimizin qorunması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialı olan ölkəsi kimi tanın­ması, etibarlı tərəfdaş kimi qəbul olunması və əsl müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.

Dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu konsepsiya qarşıya qoyulan hədəflərə çatmaq üçün xalqın intellektual potensialının səfərbər olunmasını, dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu.

Azərbaycanda bu konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və s. 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafına pillə-pillə təməl qoyul­du. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət proqramlarının uğurlu icrası İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.

Möhtərəm İlham Əliyevin prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siya­si praqmatizmin, rasional idarəetmənin və məqsədəyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlət başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir.

Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qo­rumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi uğurlu nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideolo­giyasına, Türk dünyası ilə bütövləşmə stra­tegiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən Prezident İlham Əliyev bu yolu heç kimin proqnozlaş­dıra bilmədiyi novatorluqla davam etdirdi. O, müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.

“Siyasətimiz işimizdir”, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyətcə dərin inam və etibar doğu­ran ifadələri də ilk dəfə siyasi leksikona gətirən İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruk­tivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan öz rəhbəri İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Nəhayət, müstəqilliyimizin 30-cu ildönü­mü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqti­sadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrü­nün ən böyük sınağına girdi və bu sınaq­dan möhtəşəm qələbə ilə, üzüağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbə qəhrəman Azərbaycan xalqının ikili stan­dartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi qələbəsi oldu. Bu qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.

Bu günlərdə ölkə əhalisi, xaricdəki soy­daşlarımız və dostlarımız Prezident İlham Əliyev 60 illik yubileyini müdrik dövlət başçısı, bütün dünya Azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdənin ömür yolu­nun təntənəli məqamı kimi qeyd etdi. Öz xalqının ən müqəddəs arzusunu – Qara­bağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Xalq bu mi­silsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

Qarabağ Zəfərindən 1 ay sonra – 2020-ci il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.

Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bü­tün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Ötən il ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumu­zun düşmən üzərində tam və birdəfəlik qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgi­sinin təzahürü idi.

İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yal­nız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.

Prezident İlham Əliyevin ikionillik liderlik fəaliyyətinin tarixə yazılmış uğur­ları təkcə bu zəfərlə bitməyib həyatımızın bütün sferalarını əhatə edir:

– Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qoru­nub saxlanması;

– ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətədavamlı iqtisadiy­yatın yaradılması;

– Azərbaycanın bir çox istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi;

– ölkəmizin Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi;

– cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması;

– Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü hərbi qüvvələrdən birinə çevrilməsi;

– Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropa­nın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi;

– Azərbaycanın mədəniyyətlərarası dia­loq məkanı kimi tanınması, Bakının dünya­nın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə evsahibliyi etməsi,

– davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi.

Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə heyrət etməmək mümükün deyil. Bu tarixi nailiyyətlər Azərbaycan xal­qının gözləri qarşısında baş verən reallıq­dır, çağdaş tariximizdir.

2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyaca­ğına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. Ötən illərdə həmişə Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. Ardıcıl olaraq işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. Hər yerdə, savaş meydanında olduğu kimi, beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqla­rını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. Fasiləsiz olaraq Vətənin hər bir qarışını düşmən tapda­ğından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yol­larla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz ordu yaratdı.

Qarabağ zəfərinə baş verənlər və bütün bunlara necə bir əzmkarlıqla nail olunduğu heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezident­lik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.

Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş “dəmir yumruq” müzəffər ordumuzun timsalın­da düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi möhtəşəm zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.

Prezident İlham Əliyev son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü– dövlət müstəqilliyimizi və suveren­liyimizi əbədi etdi, ölkəmizin ərazi bütövlü­yünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bü­töv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqı­nın başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.

Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu günlərdə Azərbaycan xalqının ən xoş arzuları və ən səmimi duyğuları qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyevə ünvanlanıb.

Ramil Bayramov ,
Azərbaycan: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
29 saylı Yol İstismar idarəsinin rəisi.

28-12-2021, 09:37 | Koronavirusa yoluxan tələbələr imtahanı hansı qaydada verəcək?

Koronavirusa yoluxan tələbələr imtahanı hansı qaydada verəcək?


Təhsil Nazirliyi koronavirusa yoluxan tələbələrin imtahanlara hansı qaydada cəlb olunacağı məsələsinə aydınlıq gətirib.

Trend-ə istinadən xəbər verir ki, bu, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili" qaydalarında əksini tapıb.

Belə ki, üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir.

27-12-2021, 06:28 | "Düzgün" turizm agentliyini necə seçmək olar - VACİB MƏSLƏHƏTLƏR

"Düzgün" turizm agentliyini necə seçmək olar - VACİB MƏSLƏHƏTLƏR


Aldadılmamaq üçün təlimatlarımıza əməl edin

Son iki ildə planetimizdə tüğyan edən amansız COVID-19 pandemiyası bütün ölkələrin turizm sektoruna ciddi zərbə vurdu. Lakin 2021-ci ilin yazından etibarən dünyanın bir çox yerlərində səyahət məhdudiyyətlərinin yumşaldılması və peyvəndləmənin artması fonunda, sektorda minimal da olsa, müəyyən bərpa əlamətləri var.

Və buna görə də arzu olunan səfər üçün istiqamətin düzgün seçilməsi məsələsi yenidən aktuallaşdı. aviatravel.az-a istinadən bildirir ki, bu vəziyyətdə riskləri minimuma endirmək üçün səyahət agentliyinin düzgün seçiləməsi əsas məsələyə çevrilir. Əlbəttə ki, tətilinizi şəxsən təşkil etməyə üstünlük vermirsinizsə.

Beləliklə, "doğru" səyahət agentliyini necə müəyyənləşdirmək olar?

Ondan başlayaq ki, ölkədə nisbətən kiçik bazar olduğuna görə özləri turizm məhsulu yaradan, yəni çarter reysləri və mehmanxana otaqları alan, çoxlu işçi heyəti, bələdçiləri olan minimum sayda turoperator var. Azərbaycanda əksər hallarda turoperatorlarla turistlər arasında vasitəçilik edən kiçik turizm agentliklərinə üstünlük verilir. Onlar isə öz məhsullarının yaradılması ilə məşğul olmurlar, müəyyən faizlə başqalarını təbliğ edirlər.

Praktik məsləhətlərimiz və fəndlərimiz:

1. Təklif olunan səfərdən bir neçə ay əvvəl sosial şəbəkələrdə (Facebook / Meta, İnstagram, Telegram) bir neçə tanınmış turizm agentliklərinin və turoperatorların səhifələrində abunə olun və yenilikləri mütəmadi olaraq izləyin. Bu müddət ərzində ölkədə turizm dünyasında baş verən bütün xəbərlər və tendensiyalar haqqında aydın şəkildə məlumatlandırılacaqsınız.

2. Dostlar və həmkarlar tərəfindən tövsiyə olunan turizm şirkətləri ilə əlaqə saxlamaq daha yaxşıdır. Təbii ki, bu şirkətlərin bazarda nə qədər müddət fəaliyyət göstərdiyini və tanışlarınızın bu və ya digər satış ofisinin xidmətlərindən nə dərəcədə razı qaldıqlarını öyrənməyə dəyər.

3. Səyahət agentlikləri çox vaxt son nəticədə paketin son qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək kiçik hiylələrə əl atırlar. Bilin ki, əksər turizm agentliklərinin reklam etdiyi tur paketlərində qeyd etdiyi qiymətlər qeyri-müəyyəndir. Bu, çox vaxt bir çox amillərdən və ilk növbədə uçuş tarixindən, qalma günlərinin uzunluğundan, oteldən, mövsümdən, ekskursiyaların mövcudluğundan və turizm obyektlərinə giriş qiymətlərindən və çox vaxt viza və viza qiymətlərinin daxil edilməsindən asılıdır.

Hətta viza məsələsi turpaketin son dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, Dubaya viza 110 dollara, Səudiyyə Ərəbistanına (birbaşa uçuşlar yaxın vaxtlarda açılıb) 150 dollar və ya daha çox, Şengen ölkələrinə 120 avroya və s. Səyahət agentlikləri vizanın yüksək qiymətini nəzərə alaraq çox vaxt (həmişə olmasa da) onun alınması xərclərini turpaketin qiymətinə daxil etmirlər. Çoxları yalnız sonunda, xoşagəlməz bir sürpriz olaraq, qarşıdan gələn səfər üçün əhəmiyyətli əlavə xərclər haqqında məlumat əldə edir və tez-tez bu və ya digər agentliyin xidmətlərindən imtina edirlər.


Bundan əlavə, ekskursiya səfərlərində turist yalnız gəldikdən sonra proqramda göstərilən müəyyən bir attraksiona baş çəkməyin yüksək qiyməti, yemək üçün əlavə xərclər, bələdçilər və ya sürücü xidmətləri haqqında hər hansı məhdudiyyətləri öyrənir. Buna hazır olmaq lazımdır, məsələn, Dubayda reklam edilən əyləncə komplekslərinə və su parklarına giriş ən azı 90 dollara başa gəlir və Gürcüstana qış səfərləri zamanı (Bakuriani, Qudauri) mehmanxanalarda Yeni il yeməkləri baha ola bilər. Həmişə turun və səfərin gizli xərclərinə baxın.

4. Tətil paketi almaq istədiyiniz turizm agentliyinin rəsmi sertifikatlı olub olmadığını öyrənməyə çalışın.

5. Səyahət agentliyinin sağlamlıq sığortasını paketə daxil edib-etmədiyini mütləq yoxlayın. Pandemiya zamanı bu xüsusilə vacibdir, çünki səyahət zamanı xəstələnmək ehtimalı yüksəkdir və bu halda xaricdə 2-3 həftəlik müalicənin qiyməti sizə kifayət qədər baha başa gələ bilər. Məlumatlı insanlar deyirlər ki, məsələn, Türkiyədə konservativ hesablamalara görə, koronavirusun xəstəxanada müalicəsi 10 min manat və ya daha çox xərc tələb edə bilər.

6. Operatordan pulsuz ləğv etmə imkanı olan bir otel sifariş edib-etmədiklərini yoxlayın. Pandemiya zamanı həm agentlik (mümkünsə), həm də özünüz otel xidmətlərinin haqqını vaxtından əvvəl deyil, yerində ödəməyə razılaşsanız daha yaxşı olar. Biletləri internet resurslarından deyil, aviaşirkətlərin öz saytlarında almaq məsləhətdir. Biletinizi birbaşa aviaşirkətdən almısınızsa, onu geri qaytarmaq və ya dəyişdirmək daha asan olacaq.

Hazırda parlamentdə müzakirə olunan "Turizm haqqında" qanun layihəsinə əsasən, turoperatorlar və turagentlər yazılı razılaşma əsasında turistlərə turist zərfi və ya turizm xidmətləri satmalı olacaqlar. Ancaq əsas odur ki, müqavilədə mütləq təkcə turist zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixləri, müqaviləyə xitam verilməsi şərtləri, müqavilənin bağlanması şərtləri və mülki məsuliyyət sığortası deyil, hətta istehlakçılara dəyən zərərin ödənilməsi də əksini tapmalıdır.

Bütün bu sadə konvensiyalara riayət etməklə səfərdə xoş vaxt keçirə və "gözlənilməz" xərclərə görə məyus olmaya bilərsiniz.

Həmişə gəzməkdə!


24-12-2021, 05:37 | Nazir məktəbə görə pul yığılması məsələsinə - Aydınlıq gətirdi

Nazir məktəbə görə pul yığılması məsələsinə - Aydınlıq gətirdi


"Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları və ya təhsili idarə edən hər hansı şəxslərin məktəbdə pul yığması, hansısa maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

"Biz "Məktəblərə resurs cəlb oluna bilər və bu, könüllü əsasda olmalıdır" dedikdə, bu, məktəb direktoru tərəfindən, yaxud hansısa məmur tərəfindən olmalıdır deyə başa düşülməməlidir", - nazir qeyd edib.

O bildirib ki, könüllülük çox vacib məsələdir:

"Bu, o demək deyil ki, kimsə buna məcbur edilə bilər. Bu, sadəcə olaraq, istəyə bağlıdır. Həqiqətən, kimsə öz oxuduğu məktəbə, məzun olduğu məktəbə, həyətində yerləşən məktəbə, övladlarının oxuduğu məktəbə hər hansı bir şəkildə, qanunazidd olmadan, könüllü şəkildə maddi resurs vermək istəyirsə, bunun mexanizmi olmalıdır".

Təhsil naziri Valideyn-Müəllim Assosiasiyalarından da danışıb:

"Bəzən yanlış olaraq bu assosiasiyaları nazirliyin qurumu kimi başa düşürlər. Amma bu, belə deyil. Bu, valideynlərin öz idarəetmə qurumudur. Burada təmsil olunmağa valideyn özü qərar verməlidir. Bu mexanizmlər cəmiyyət üçün yenidir".

E.Əmrullayev mövzudan yayınma hallarından da söz açıb:

"Müzakirələri izləyirəm, mənə görə, mövzudan əsas yayınma odur ki, məktəb direktoru uşaqlardan pul yığsa, nə olacaq?

Yenə deyirəm, söhbət məktəbin pul yığmasından getmir. Söhbət məktəbə görə dövlətin ayırdığı vəsaitdən əlavə vəsaitlərin könüllü olaraq, şəffaflıq prinsipləri əsasında şagirdlərin və Azərbaycan uşaqlarının inkişafı naminə toplanıb xərclənməsində bir problem varmı?

Müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır. Bu risklidirmi, hansı riskləri var, nəyi pisdir?

Bütün vergilərinizi ödəyəndən sonra əlinizdəki əlavə vəsaiti məktəbə vermək istəyirsinizsə, ya arqument olmalıdır ki, bu çox pisdir, bunu etməməlisiniz, ya da pis deyilsə, cinayət deyilsə, biz bunun mexanizmini qurmalıyır. Bu, növbəti addımdır".

"Hələlik fikirləri toplayırıq. İctimaiyyətin rəyini öyrənirik. Düşünürəm ki, növbəti ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək", - o əlavə edib.

Nazir vurğulayıb ki, yeni modellərdən qorxmamalıyıq.




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.