26-08-2021, 13:51 | Türkiyəli həkim: “Peyvənd yox, koronavirus kişi sonsuzluğuna səbəb ola bilər” - VİDEO

Türkiyəli həkim: “Peyvənd yox, koronavirus kişi sonsuzluğuna səbəb ola bilər” - VİDEO

Koronavirusa qarşı peyvəndlə bağlı iddialardan biri də vaksinin kişilərdə cinsi funksiyaların zəifləməsinə, hətta sonsuzluğa səbəb olmasıdır.

Başakşəhər və Sakura şəhər xəstəxanaları urologiya bölmələrində çalışan professor, elmlər doktoru Əbdülmütəllib Şimşək məsələyə aydınlıq gətirib. Həkim hər şeyin tam əksinə olduğunu deyib.

"İki doza peyvənd olunanlarda cinsi funksiyaların vəziyyəti araşdırılıb və bir sıra parametrlərdə xeyli irəliləyiş qeydə alınıb. Məlum olub ki, iki doza peyvənddən sonra kişilərdə cinsi funksionallıq xeyli artır", - deyə professor bildirib.

Alim müvafiq araşdırmanın ABŞ-da aparıldığını və peyvəndin deyil, koronavirusun kişilər üçün təhlükə yaratdığını qeyd edib.

Onun sözlərinə görə, xəstəliyi ağır və yüksək hərarətlə keçirən xəstələrdə sağaldıqdan sonra cinsi funksiyaların zəifləməsi və ya ümumiyyətlə pozulması, həmçinin sonsuzluq kimi fəsadlar müşahidə olunub. oxu.az

26-08-2021, 13:41 | Azərbaycanda bu tarixdən yoluxmaların sayı azalacaq - AÇIQLAMA

Azərbaycanda bu tarixdən yoluxmaların sayı azalacaq - AÇIQLAMA


"Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir".

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.

O əlavə edib ki, sentyabr ayının ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq.

5-06-2021, 07:27 | Şəhid jurnalistlərin cənazəsi Bakıya gətirildi - FOTO

Şəhid jurnalistlərin cənazəsi Bakıya gətirildi - FOTO

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, "Azərtac" Xəbər Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib. M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə gətirilib.

Cənazələr ailə üzvlərinə təhvil verilib.

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. M.İbrahimov Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında, S.Abışov isə Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbə qəbirstanlığında dəfn ediləcək.
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Trend










4-06-2021, 08:42 | Hüseynbala Mirələmovun biədəb videosu hələ də dünya mediasında fırlanır

Hüseynbala Mirələmovun biədəb videosu hələ də dünya mediasında fırlanır

Azərbaycan parlamentinin keçmiş deputatı Hüseynbala Mirələmovun məlum biədəb videosu hələ də dünya mediasında fırlanır. Virtualaz.org xəbər verir ki, Mirələmovun zoom-konfrans zamanı köməkçisinin arxasını əlləməsi videosu sosial şəbəkələrin bir seqmentindən digərinə keçir, istifadəçilər isə bu videonun altına müxtəlif şərhlər yazırlar. Hindistanın “İndia Today” nəşrinin feyk xəbərlərlə mübarizə qrupu (Anti Fake News War Room (AFWA)) isə aşkar edib ki, istifadəçilərin bir çoxu Hüseynbala Mirələmovun kimliyini dəqiq bilmirlər, hətta onu “baş nazir” kimi təqdim edənlər də var.



Qəzetin xəbərində bildirilir ki, AFWA kadrlardakı yaşlı kişinin “Azərbaycanın baş naziri” olduğu haqda Facebook istifadəçilərinin qeydlərinin feyk olduğunu müəyyən edib. Azərbaycan mediasını araşdırmaqla müəyyənləşdirib ki, əslində həmin şəxs keçmiş deputatdır, universitetlərdən birində kafedra müdiri olub və bu biədəb kadrlar da kafedrada zoom-konfrans zamanı kameranın açıq unudulması nəticəsində qeydə alınıb.

Xatırladaq ki, Hüseynbala Mirələmov həmin qalmaqallı görüntülərə görə işlədiyi universitetdən çıxarılıb, habelə YAP-dan qovulub.

Virtualaz.org

3-06-2021, 18:26 | “Şəhid ailəsi, qazi adından sui-istifadə edənlər...”

“Şəhid ailəsi, qazi adından sui-istifadə edənlər...”

Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına 44 günlük müharibədə şanlı qələbəmizlə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı siyasət, dövlət başçısının nümayiş etdirdiyi qəti iradə və prinsipiallıq, igid oğullarımızın şücaəti, cəsarəti, böyük Vətən sevgisi öz bəhrəsini verdi. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi statusu qazandı.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Elə ilk günlərdən şəhidlərin dəfn edilməsi minlərlə sadə vətəndaşın iştirakı ilə keçirildi, günlərlə, həftələrlə hamı şəhidlərdən, onların qəhrəmanlığından danışdı, bu gün də danışılır, illər sonra da danışılacaq. Çünki qanı bahasına Qarabağı bizlərə qaytaran vətən oğullarının adı əbədi tariximizə həkk olunub. İllər keçəcək, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək, xalq öz qəhrəmanlarını əbədi qəlbində, yaddaşında yaşadacaqdır.

Dövlətimiz də onların adını əbədiləşdirir, muzeylər tikilir, abidələr ucaldılır, heykəllər qoyulur, küçələrə onların adları verilir. Əbədiyyata qovuşmuş şəhidlərimizin gözləri də arxada qalmadı desək yanılmarıq. Çünki dövlət onların ailələrinə, övladlarına, yaşlı valideynlərinə sahib çıxdı. Müavinətlər verildi, mənzil, işlə təminat kimi məsələlər həll olunur, onların hər bir probleminin həllinə dəstək göstərilir.

Eyni münasibət göstərilən və qayğı ilə əhatə olunan qazilərimizin çətinliklərinə hər cür köməklik göstərilir, onların müalicəsi, reabilitasiyası dövlət hesabına həyata keçirilir. Lakin o dəhşətli günləri unutmaq heç də asan deyil. Qazilərin pulsuz psixoloq xidmətindən yararlanması üçün reabilitasiya mərkəzlərində hər cür şərait yaradılıb. Əksər qazilər müharibəyə yollanarkən orta məktəb təhsili almışdılar və peşə hazırlığına malik deyildilər. Ancaq buna baxmayaraq, dövlət başçısının tapşırığı ilə onların işlə təminatına dəstək göstərilir və artıq çox sayda müharibə iştirakçısı işlə təmin olunub.

Bu gün bizi ağrıdan bir məsələ də var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Yüzlərlə fakt sadalama olar ki, döyüşdə yaralanan əsgərimiz tez sağalıb yoldaşlarının yanına qayıtmağa, torpaqlarımızı sonadək düşməndən təmizləməyə can atıb. Onları bu şücaətə bir amal aparıb - təmənnasız Vətən sevgisi. Lakin bəzi hallarda şəhid ailəsi, qazi adından sui-istifadə görəndə, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə...

Belə hallarla birinci Qarabağ müharibəsindən sonra da qarşılaşmışdıq. Bəzi qazilər yolları kəsər, piketlər edər, dövlətin verdiyi mənzil və avtomobilləri satıb yeniləri üçün aksiya keçirərdilər. Bəzi imkanlı şəxslər isə onlara verilən xüsusi statusdan, imtiyazlardan yararlanaraq adlarına obyekt açdırardılar. Bütün bunlar yaxın keçmişdə olub və heç də unudulmayıb. 2000-ci illərin əvvəllərində aksiyalardan birində qazinin dövlətin verdiyi avtomobili yandırmasını da ürək ağrısı ilə izləmişdik. Hələ birinci müharibədən ötən dövr ərzində nə qədər insan saxta əlillik dərəcəsi, veteran adı aldı. Bu gün də onlar dövlətdən pul və imtiyaz alaraq şəhidlərimizin, onların ailələrinin, əsl veteran və müharibə əlillərimizin haqqına girirlər.

Budur, onlardan biri Məhəmmədəli Hacıyev adlı şəxs özünü yandırmağa cəhd etdi ki, "birinci Qarabağ müharibəsi veteranının hüququnu pozursunuz". Araşdırıldı ki, o, heç vaxt müharibəyə getməyib. İş o yerə gəlib çatdı ki, əsl döyüşçülər onu qazi adına ləkə gətirdiyinə görə döydülər.

2020-ci ildə müharibənin ilk günlərində minlərlə gənc Hərbi komissarlıqların önünə toplaşanda bir daha məlum oldu ki, dar gündə Vətənin oğulları ayağa qalxıb öz qəti sözlərini deməyi bacarırlar. Müsahibə verib deyərdilər ki, "biz yalnız Vətəni işğalçılardan təmizləmək istəyirik, bundan başqa arzumuz yoxdur". Onlar 30 ilə yaxın dövrdə işğal altında qalmış torpaqlarımızın azadlığı üçün müharibəyə yollandılar. Dediklərini etdilər, yalnız Vətəni müdafiə etməyə getdilər, qalib kimi qayıtdılar və öz əvvəlki həyatlarına qayıtdılar. Amma...

2021-ci il mayın 24-də saat 17:45 radələrində özünü "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin üzvü və Qarabağ müharibəsi qazisi kimi təqdim edən Cəbrayıl rayon sakini Həmzəyev Hicran Qənaət oğlunun rəhbərliyi ilə 15 nəfər Nizami bələdiyyəsinin inzibati binasına daxil olub. Mühafizəçi, Xətai rayon sakini, 1953-cü il təvəllüdlü Məmmədov Saleh Mirzağa oğluna fiziki güc tətbiq edərək xəsarət yetiriblər. Bələdiyyənin işçiləri tərəfindən baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edildikdən sonra polis əməkdaşları Nizami bələdiyyəsinə gəliblər. Lakin qeyd olunan şəxslər öz hərəkətlərini davam etdirərək, bələdiyyənin sədri, sədrin köməkçisinin ünvanına nalayiq sözlər işlədiblər, rayon ərazisində mövcud olan avtodayanacaqların onların istifadəsinə verilməsini və ofislə təmin olunmalarını tələb ediblər. Sadə oxucu özü söyləsin: rayondakı bütün avtodayanacaqların onların istifadəsinə verilməsi hansı məntiqə sığır? Qazi fiziki cəhətdən əziyyət çəkərsə, reabilitasiya üçün müraciət edər. Yaxud əlil arabası istəyər, müavinətin gecikməsi zamanı müraciət ünvanlayar, problemi varsa, dövlətdən onun həllinə yardım istəyər. Lakin bütün rayonun avtodayanacaqlarının onların istifadəsinə verilməsi, yenə də etiraf edək ki, qazi adına xələl gətirir. Yenə yadımıza 90-cı illəri salaq. Bakının az qala bütün marşrutları veteran təşkilatlarının istifadəsinə verilmişdi. Şəhərin nəqliyyatında xaos, özbaşınalıq baş alıb gedirdi. Yenə də o dövrə qayıtmalıyıq?

Digər bir fakt. Bir müddət əvvəl Gədəbəy rayonunun Çobankənd kənd sakini, Vətən müharibəsi şəhidinin atası Əliyev Əvəz Kamil oğlunun sahibkar Səfər Məmmədov tərəfindən ona yaşayış evinin tikilməsi təşəbbüsünə RİH başçısının maneçilik törətməsi barədə sosial şəbəkələrdə videomüraciəti yayıldı. Mayın 31-də rayonun başçısı onu qəbul etdi. Qəbulda iştirak edən S.Məmmədov yaşayış evinin tikintisi işlərini vəsait çatışmazlığı və həmin ərazinin başqa şəxsə məxsus pay torpağı olması səbəbindən dayandırdığını bildirir. Bu da səbəb. Axı başqa adamın torpağında necə ev tikmək olar?! Yaxud sahibkarın pulu yoxdursa, bunda məmuru günahlandırmaq nəyə lazım?!

Yayılan məlumata görə, Ə.Əliyev kənddə qeyri-sağlam həyat tərzi sürür, uzun müddət Rusiyada yaşayıb, ailəsi ilə əlaqə saxlamayıb, övladı şəhid olandan sonra isə həyat yoldaşı və qızını evdən qovub. O, sərxoş vəziyyətdə həmkəndlisinə, birinci Qarabağ müharibəsi şəhidinin oğluna bıçaqla xəsarətlər yetirdiyi üçün rayon polis şöbəsində barəsində araşdırma aparılıb, lakin imtiyazlı şəxs olduğu üçün ona aidiyyəti üzrə xəbərdarlıq etməklə işə xitam verilib. Və bütün bunlara baxmayaraq YAŞAT Fondu tərəfindən yaşayış evinin tikintisi məqsədilə Ə.Əliyevə 15 000 manat pul vəsaiti də verilib. Hazırda icra hakimiyyəti tərəfindən onun yaşayış evinə gedən 300 metr uzunluğunda avtomobil yolunda təmir işləri aparılır.

Gündəlik həyatımızda dost-tanışlarımızdan, sosial şəbəkələrdən eşitdiyimiz və oxuduğumuz məlumatlar həqiqətən də ürək ağrıdır. Sağlam qazi əlillik almaq istəyir, digəri isə başqasına məxsus torpağı, obyekti zəbt etməyə çalışır, başqası isə nə müharibə görüb, nə yaralanıb, amma özünü qazi kimi qələmə verib qanunsuz əməllərinə bəraət qazandırmağa çalışır... Belələri yüzlərlə, minlərlə qəhrəman qazimizin adına ləkə yaxır, onların halal haqqına sahib çıxmaq istəyirlər.

Vətəni müdafiə təmənnalı olmur. Onsuz da qazilər, dünya durduqca, Azərbaycan xalqının qəlbindən çıxmayacaq. Onsuz da gənc ömrünü şəhidlik adına bağışlayanların ruhu qarşısında and içirik. Dövlət də nə lazımdırsa, onu edir. Və bu gün haqsız tələb irəli sürənlər də fikirləşməlidirlər: bir tərəfdən cəbhədə barıtın qoxusu hələ çəkilməyib, ermənilərin sərhəddə təxribatları bitmir, pandemiya və onun ölkə iqtisadiyyatına vurduğu ziyanı uzun illər aradan qaldırmalı olacağıq, bir tərəfdən də qazi adından sui-istifadə edənlər...

Vaxt gələcək, yaşlananda Zəfər yolunu necə keçməyinizdən fəxrlə danışacaqsız. Vaxt gələcək, adınız tarix dərsliklərində çəkiləcək. Artıq indidən minlərlə gənc sizi öz idealı seçib, sizdən nümunə götürürlər. O gənclərə əsl qəhrəman qazi nümunəsi göstərmək lazımdır. Bu böyük ada ləkə yaxanlar da papaqlarını qarşılarına qoyub bir daha yaxşı-yaxşı düşünməlidirlər: Vətənə sevgi təmənnalı olmur.

Azər Qismət

3-06-2021, 11:04 | Təhsil Nazirliyinin "yandırdığı" milyonlar – FAKTLAR

Təhsil Nazirliyinin "yandırdığı" milyonlar – FAKTLAR


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibləri "Broaden-SR" MMC və “Mennom Ltd” MMC olub. Bu şirkətlər 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan Lənkəran şəhəri, Lerik və Astara rayonları üzrə ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 3 905 kub metr peçlik odun üçün "Broaden-SR" MMC və “Mennom Ltd” MMC şirkətlərinə 176 min 758 manat ödəyəcək.
- Lənkəran şəhəri üzrə ümumtəhsil məktəblərinə 94 min 813 manat dəyərində 1 607 kub metr peçlik odun alınacaq (1 kub metr 59 manat)
- Lerik rayonu üzrə ümumtəhsil məktəblərinə 75 min 222 manat dəyərində 1 260 kub metr peçlik odun alınacaq (1 kub metr 59,7 manat)
- Astara rayonu üzrə ümumtəhsil məktəblərinə 60 min 723 manat dəyərində 1 038 kub metr peçlik odun alınacaq (1 kub metr 58,5 manat)
Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətlər cəmi 2-3 ay əvvəl dövlət qeydiyyatına alınıblar.
"Broaden-SR" MMC 17.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ev 133-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəsul Salam oğludur.
Mennom Ltd” MMC 12.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamaə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Sabunçul rayonu, Bakıxanov ŞTQ, Gənclik küçəsi ev 23, m.65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nurulu Rüstəm Aftandil oğludur.
Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2-3 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.



Xatırladaq ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərini odun yanacağı ilə təmin etmək üçün mütəmadi olaraq tenderlər keçirir. Alınan odun yanacaqlarının qiymətləri arasında kəskin fərqlər olur. Eyni zamanda qazlaşma səviyyəsinin 100 faiz olduğu rayonlarda belə məktəblər üçün odun yanacağı alınır.


3-06-2021, 10:03 | Daha 5 şəhid övladının adına hesab açılacaq

Daha 5 şəhid övladının adına hesab açılacaq



"YAŞAT" Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Şəhidlərimiz Rusif Kazımovun övladı Nuranyusifin, Xəqani Fətiyevin övladı Xəqaninin, Elvin Məmmədovun övladı Zəhraxanımın, İbrahim Rüstəmlinin övladı İbrahimin, Əlisahib Ələkbərovun övladı Əlisahibin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidlərimizə rəhmət etsin!


Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Milli.az

3-06-2021, 08:13 | Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO

Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO


Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Bu barədə şəhidin qardaşı məlumat verib.

Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

APA

2-06-2021, 20:14 | Cavid Qurbanov NƏDƏN ƏMLAKINI SATIR? - İDDİA

Cavid Qurbanov NƏDƏN ƏMLAKINI SATIR? - İDDİA


“Azərbaycan Dəmir Yolları“ QSC sədri Cavid Qurbanovun əmlaklarını satışa çıxarmasının səbəbləri məlum olub.
TİA.Az-a verilən xəbərə görə, C.Qurbanov dəyər-dəyməz qiymətinə satışa çıxardığı obyektlərin vəsaiti ilə kəsirləri kompensasiya etməyə hazırlaşır.
Baş dəmiryolçunun ayağında külli miqdarda yeyinti olduğu və maliyyə yoxlamaları zamanı aşkarlandığı üzə çıxıb. Bu mənimsəmələrin bədəlini ödəmək tələbi ilə sərt şəkildə qarşılaşan C.Qurbanov əmlaklarını satmağa məcbur olub.
Xatırladaq ki, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.
Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir.
Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.

C.Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” ASC-dir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.

“Süsən Aqro” MMC 2011-ci ildə “Baltech İnvestments” MMC, “S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur.
C.Qurbanovun biznes səltənətində 2014-cü ilin sentyabrında “Baltech Group JLT” və Hamit Karani 10%/90% nisbətində pay bölgüsü ilə “Baltech Makina Pazarlama Sanayi ve Ticaret A.Ş.” şirkətini yaradılması dayanır. 2016-ci ildə 28.400.000 lirə sərmayə qoyulmaqla sirkətin kapitalı 28.500.000 lirəyə qaldırılıb və H.Karanı şirkəti tərk edib. Həmin ilin dekabr ayında baş tutan növbəti yığıncaqda BƏƏ-dəki yeganə payçının adından Vüsal Aslanov iştirak edib. O zaman V.Aslanov artıq ADY-nin İH sədrinin müavini idi. Şirkətin 2017-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş son yığıncağında isə “Baltech Group DMCC” şirkətini ADY-nin digər rəsmisi – Fuad Səfərov təmsil edib

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.