Cavid Qurbanov NƏDƏN ƏMLAKINI SATIR? - İDDİA
“Azərbaycan Dəmir Yolları“ QSC sədri Cavid Qurbanovun əmlaklarını satışa çıxarmasının səbəbləri məlum olub.
TİA.Az-a verilən xəbərə görə, C.Qurbanov dəyər-dəyməz qiymətinə satışa çıxardığı obyektlərin vəsaiti ilə kəsirləri kompensasiya etməyə hazırlaşır.
Baş dəmiryolçunun ayağında külli miqdarda yeyinti olduğu və maliyyə yoxlamaları zamanı aşkarlandığı üzə çıxıb. Bu mənimsəmələrin bədəlini ödəmək tələbi ilə sərt şəkildə qarşılaşan C.Qurbanov əmlaklarını satmağa məcbur olub.
Xatırladaq ki, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.
Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir.
Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.
C.Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” ASC-dir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.
“Süsən Aqro” MMC 2011-ci ildə “Baltech İnvestments” MMC, “S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur.
C.Qurbanovun biznes səltənətində 2014-cü ilin sentyabrında “Baltech Group JLT” və Hamit Karani 10%/90% nisbətində pay bölgüsü ilə “Baltech Makina Pazarlama Sanayi ve Ticaret A.Ş.” şirkətini yaradılması dayanır. 2016-ci ildə 28.400.000 lirə sərmayə qoyulmaqla sirkətin kapitalı 28.500.000 lirəyə qaldırılıb və H.Karanı şirkəti tərk edib. Həmin ilin dekabr ayında baş tutan növbəti yığıncaqda BƏƏ-dəki yeganə payçının adından Vüsal Aslanov iştirak edib. O zaman V.Aslanov artıq ADY-nin İH sədrinin müavini idi. Şirkətin 2017-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş son yığıncağında isə “Baltech Group DMCC” şirkətini ADY-nin digər rəsmisi – Fuad Səfərov təmsil edib
Tarix: 2-06-2021, 20:14