9-05-2021, 08:02 | Azərbaycanda bayram tətili başlayıb

Azərbaycanda bayram tətili başlayıb

Bu gündən Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır.

Tətil mayın 16-dək davam edəcək.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

9-05-2021, 00:00 | Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Bu gündən mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək.

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Qeyd edək ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Qeyri-iş günlərində ictimai nəqliyyat işləməyəcək.

8-05-2021, 09:48 | Tədris ilinin vaxtı uzadılacaq? - Nazirlikdən açıqlama

Tədris ilinin vaxtı uzadılacaq? - Nazirlikdən açıqlama


2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq:

“Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.

8-05-2021, 09:46 | Azərbaycanda 7 gün ictimai nəqliyyat işləməyəcək - Diqqət!

Azərbaycanda 7 gün ictimai nəqliyyat işləməyəcək - Diqqət!

Mayın 9-dan 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək.

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Qeyd edək ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Qeyri-iş günlərində ictimai nəqliyyat işləməyəcək.

8-05-2021, 08:58 | Müasir və müstəqil Azərbaycanın xilaskarı

Müasir və müstəqil Azərbaycanın xilaskarı


Millətlərin, xalqların mədəni yüksəlişində, dövlətlərin möhkəmlənməsində böyük şəxsiyyətlərin mühüm rolu olur. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının lideri, xalqımızın böyük oğlu Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə malik olan dahi bir şəxsiyyət idi. Tarixin yazılmasında tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində də tarixi şəxsiyyətlərin rolu böyükdür. Bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla məhz o şəxsiyyətlər gəlir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı ehtiva edə bilir. Azərbaycan və Heydər Əliyev adları əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu Öndər müdrikliyin təcəssümüdür.



Ümummilli liderimizin şəxsiyyəti və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azad və suveren Azərbaycan Ulu Öndərin “şah əsəri”dir.

Ulu Öndər dərin, hərtərəfli təfəkkürə malik bir insan idi. Heydər Əliyev fenomeninə, onun tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi dünya şöhrətli rəssam Nikos Safronov Ulu Öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuş və bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir. Dünya mətbuatı Heydər Əliyev ilə bağlı xəbərlər verərkən Türkiyə, İsrail və Almaniya qəzetləri Heydər Əliyevi “Canlı Qafqaz əfsanəsi”, “Qafqazın dev adamı” və “Mərkəzi Asiyanın danılmaz qüdrətli və ən böyük demokratı” adlandırıb. Bu da Ümummilli Liderin yalnız öz xalqının deyil, bütün dünya xalqlarıının hörmət və ehtiramını qazandığını deməyə əsas verir.

Ulu Öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

Tarixi təcrübə sübut edir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid bir qurumda birləşməsinə nail olmadan qarşıya qoyulmuş milli problemlərin həlli mümkün deyil. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətin diqtəsi idi.

Dahi şəxsiyyətlərin əməlləri bir tərəfdən onun öz zamanında gördüyü işlərin, həyata keçirdiklərinin əhəmiyyəti, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədası, hadisələrin gedişatına təsiri ilə müəyyənləşir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının timsalında milli məfkurəyə və milli dövlətçilik ənənələrinə söykənən siyasi məktəb yaratmağa, praqmatik “dövlət idarəçiliyi akademiyası” formalaşdırmağa nail olmuşdur. Ulu Öndər Heydər Əliyev Qafqazın ən böyük ictimai-siyasi hərəkatı olan Yeni Azərbaycan Partiyasının yaradıcısı olaraq ölkəmizdə demokratik hərəkatlara təkan vermişdir. YAP qısa zamanda öz sıralarına yetərincə üzv toplaya bilmişdir. Doğma partiyamız Azərbaycan cəmiyyətinin sosial müdafiəçisidir. Ulu Öndərin adına və xalqının qarşısında olan xidmətlərinə layiq siyasi davranışlar sərgiləyən doğma partiyamız hər zaman cəmiyyətimizə nümunə olmaqdadır. Dövlətçiliyimizin idarəçiliyində həyata keçirilən və müsbət nəticələr verən islahatlar kursu hakim partiyada da tətbiq edilməkdədir. Tətbiq olunan müasir, inkişafa meyilli islahatlar YAP-ın tərəqqisinə daha böyük təkan verəcəkdir.

Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışına qədər respublikamızda dərəbəylik hökm sürür, ölkəmizin əyalətlərə parçalanması prosesi gedir, vətəndaş müharıbəsi aparılırdı. Xarici təcavüzlərin və daxili çəkişmələrin qarşısında çıxış yolu tapa bilməyən o zamankı siyasi rəhbərlik çaşbaş qalmışdı. Xalqı və dövləti gözlənilən bədbəxt hadisələrdən xilas edə biləcək qüvvə isə Heydər Əliyev şəxsiyyəti və müdrikliyi idi. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə öz liderinə inanır, əminliklə öz liderinin ən mürəkkəb dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Dövlətimizin əldə etdiyi uğur və nailiyyətlərin əsası isə 1993-cü ilin iyununda qoyulmuşdu. Xalq o zaman qalib olur ki, qüdrətli rəhbəri, vahid dövləti və xalqın milli şüuru, təfəkkürü olur. Biz bu, ali məqsədlərə çata bilmişik.

Ağır vaxtda Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin dövlət müstəqilliyinin itirilməsi kimi olduqca real bir təhlükənin aradan qaldırılması və onun böhran vəziyyətindən çıxarılması kimi çox böyük problemlə üzləşmişdi. Heydər Əliyev qısa bir müddət ərzində ölkədə hərbi-siyasi sabitliyin bərqərar olunmasına, güclü dövlət quruculuğu, o cümlədən iqtisadi inkişaf ilə məşğul olmağa vaxt itirmədən başlamışdır. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən cəmiyyətin bütün sferalarında müstəqil dövlət quruculuğu, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın dünyaya tanıdılması istiqamətində apardığı çoxşaxəli siyasi xətt milli hədəflərin həyata keçirilməsinə hesablanmışdır.

Ulu Öndər Heydər Əliyevin fəaliyyəti bütün sahələri əhatə etmişdir. Müstəqillik illərində dövlətimizin dayaqlarının möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, “Əsrin Müqaviləsinin” imzalanması və əlbəttə, ordu quruculuğu əldə olunan bütün uğurların təməlində dayanan səbəblərdir. Əgər vaxtı ilə doğru strateji addımlar atılmasa idi, bugünkü qələbəmiz üçün hüquqi, hərbi və iqtisadi əsaslar olmazdı. Dünya ölkələrinin ölkəmizə və təbii ehtiyyatlarımıza olan maraqlarının düzgün proqnozlaşdırılması və doğru qiymətləndirilməsi bizə böyük mənfəətlər gətirmişdir. Yalnız iqtisadi mənfəətlər deyil, qüdrətli dünya dövlətlərinin maraqlarının milli maraqlarımıza tabe edilməsi, onların iqtisadi maraqlarının siyasi mövcudluğumuzu təmin etməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məhsuludur. Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, getdiyi hər ölkədə əlində Azərbaycan xəritəsi, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsninin doğru ifadəsi, tarixi torpaqlarımızın hüquqi sənədlərlə xalqımza məxsusluğunun sübutu Heydər Əliyev zirvəsinin diplomatik zəfərlərindəndir. Birmənalı olaraq, Ulu Öndər Heydər Əliyevin müxtəlif zirvə və görüşlərdə qəti mövqeyi bu gün əldə etdiyimiz qələbənin əsasını təşkil edir. Təsadüfi deyil ki, düşmən ölkənin rəhbərliyi dəfələrlə vaxtı ilə Ulu Öndərə uduzulan diplomatik “döyüşlərin” nəticəsində İkinci Qarabağ zəfərinin hüquqi bazasının formalaşdığını ifadə edirlər. Cənab Prezident İlham Əliyev Ulu Öndərdən aldığı zəfər bayrağını Şuşaya sancmışdır.

Ulu Öndər Heydər Əliyevin sərt sovet rejimi daxilində azərbaycanlı kimliyinin qorunub saxlanmasında, Azərbaycan dilinin mühafizəsində və milli özünüdərk prosesində müstəsna xidmətləri olmuşdur. Onlarla şair, alim, sənət adamı, din və dövlət xadimi sərt və ədalətsiz sovet rejiminin məngənəsindən xilas edilərək gələcək müstəqil Azərbaycan Respublikası üçün qorunmuşdur. Elə eyni dövrlərdə minlərlə Azərbaycan gəncinin ittifaqin müxtəlif ali təhsil ocaqlarına göndərilməsinin özü belə müasir dövlətçiliyimizin əsası üçün zəmin idi. Milli kadrların formalaşdırılması, onların ittifaq çərçivəsində irəliyə çəkilməsi gələcəyə qoyulmuş mənəvi kapital idi. Təsadüfi deyil ki, müasir dövlətçiliyimiz məhz o dövrdə Heydər Əliyev tərəfindən yetişdirilmiş gənclərin xidmətləri sayəsində bugünkü əzəmətinə nail ola bilmişdir.

Biz qısa zamanda dövlətimizi inkişaf etdirərək regionun və dünyanın siyasətinə müəyyən mənada təsir imkanlarına malik beynəlxalq münasibətlərin faktoruna çevrilməyi bacarmışıq. Dünyanın müasir tələblərinə müasir menecment üsul-idarəetmə ilə cavab verən dövlətçiliyimizin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. Əsası illər öncə qoyulmuş bu siyasəti incələdiyimiz zaman görürük ki, bu siyasət çox aktualdır və günümüzün tələblərinə uyğundur. Bu amillər Ulu Öndər Heydər Əliyev fenomenini əbədiləşdirən başlıca məqamdır. Onun ideyaları, yanaşmaları və düşüncələri həmişə yaşardır.

Bizlərə Azərbaycan adlı bir dövləti bəxş edən Heydər Əliyevin cismani yoxluğuna hamı heyifislənir. Ancaq Azərbaycan xalqının bir təsəllisi var. Ulu Öndər özündən sonar xalqını və min bir əziyyətlə qurduğu dövlətini əmanət edəcəyi ən layiqli davamçısını yetişdirə bilmişdir. Ötən 17 ildən artıq bir dövr sübut etdi ki, vaxtı ilə Azərbaycan xalqı Ulu Öndər yadigarı olan İlham Heydər oğlu Əliyevə etimad göstərməklə müdrik qərar vermişdir. Tarix və hadisələr bir daha sübut edir ki, cənab İlham Əlyev ümummilli Lider Heydər Əliyevdən sonra bu xalqın nicatıdır.

Son illər ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılmaqdadır. İslahatlar kursu dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinin təzahürüdür. Hər sahədə aparılan islahatlar öz nəticələrini verməkdədir. Belə ki, atılmış addımlar büdrəyən sahələrin yenidən canlanmasına səbəb olur. Kadr və əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilmiş və nəzərdə tutulan islahatların müsbət nəticələri xalq-iqtidar birliyinin möhkəmlənməsinə və milli birliyimizin güclənməsinə xidmət edir. Müasir menecmentin tədbiq edildiyi dövlətçiliyimiz Heydər Əliyev siyasi kursuna sadiqdir və onun davamıdır. Ümummilli Liderimizin “Şah əsərim” dediyi Azərbaycan Respublikası forma olaraq öz idarəçilik üslübunu bugünün tələblərinə uyğunlaşdırsa da, məzmun olaraq Ulu Öndər Heydər Əliyevin yolundan bir addım belə kənara çıxmamışdır. Onun xilaskar missiyası hər zaman xalqımz tərəfindən böyük ehtiramla yad edilməkdədir.

Ulu Öndərin xalqımıza Müzəffər Ali Baş Komandan və rəşadətli ordu miras qoymuşdur. Cənab Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi zəfər çalmışıq. Biz dəmir yumruğumuzla erməni faşizminin başını əzmişik. Bundan sonra da milli müdafiəmizi və təhlükəsizliyimizi təhdid edən hər hansı bir cəhd olarsa, onun da qarşısı heç şübhəsiz alınacaqdır.

Ulu Öndərin mirası olan dövlətimiz və onun ən layiqli davamçısı olan cənab İlham Əliyev rəhbərliyi altında qısa zaman ərzində azad olunmuş ərazilərdə başlanılmış və artıq həyata keçirilmiş onlarla layihələr vardır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi artıq başlayıb. Növbəti Zəngilan və Laçın Beynəlxalq Hava Limanları isə artıq layihələndirilmişdir. Kəlbəcərin Murov dağlarından çox çətin şəraitdə elektrik xəttləri çəkilməkdədir. Şuşaya çəkilən “Zəfər yolu” artıq yekunlaşmaq üzrədir ki, bu yol bütün Qarabağda iqtisadi inkişafı təmin edəcəkdir. Bərdə-Ağdam, daha sonra Xankənkəndiyə qədər uzanacaq dəmiryolu xətti, Horadiz-Zəngilan-Zəngəzur avtomobil yolu və dəmiryolu xətti layihəsi, Şuşanı elektrik enerjisi ilə fasiləsiz təminatı regionda əsaslı işlərin getməsinə bariz sübutdur.

Ulu Öndərin əməlləri ilə milyonların qəlbində yaşamağı bacaran dahi insan hələ sağlığında əbədiyaşarlıq qazanıb. O, yüz milyonlarla insanın qəlbində, sevgisində, duyğusunda bu gün də yaşayır, sabah da yaşayacaq. Onu sevənlər fenomenal fitri istedadı, xalqına və torpağına hədsiz sevgi ilə bütöv bəşəriyyəti heyrətləndirən böyük, əvəzsiz işlərini, ideyalarını yaşatmaqla Heydər Əliyevi dünya durduqca yaşadacaqlar.

Azərbaycan xalqı Ümummilli Lider, dahi rəhbər, Millət Atası Heydər Əliyevin ideyalarını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında yaşatdıqca, Heydər Əliyev də bizimlə yaşayacaq.


Rafael Mehrəliyev,
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi.




8-05-2021, 08:49 | Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...

Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...

Bir müddət əvvəl keçmiş deputatlarımızdan birinin heç bir əndazəyə sığmayan, tərbiyəsiz hərəkətləri barədə yayılan video ABŞ-ın məşhur telekanallarından birində nümayiş etdirildi.
Sosial şəbəkələrdə onunla bağlı nələr yazmadılar. Ki, özümüzdə yayılmağı cəhənnəm, hələ bir Amerikada da bizi “reklam” elədilər. Düzdür, sabiq deputat layiq olduğu “mükafat”ları aldı.
Bunu nə üçün yada saldıq ?
Allah qoymasa, Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov və polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə barəsində ölkə mediasında yazılanlar artıq Biləcəridən o yana keçib, qardaş Türkiyə mediasına yol tapıb. Deyilənlərə görə, bugün-sabah Yaxin Şərqə yayılacaq. Bu da oldu bizim növbəti “reklamımız”. Birini sabiq deputat elədi, birini də icra başçısı ilə oğlu.
Eyy, Rafil Hüseynov !
Dünya çox balacalaşıb ee. Uzaq Çində öskürəndə iyisi Amerikadan gəlir. Siz məmurlar da başınızı salmısınız kabinetinizə ətraf mühiti və cəmiyyəti korluyursunuz və elə bilirsiniz eşidən-bilən yoxdur. Dur, pəncərəni aç, qorxma, çəkən yoxdur.
Eyy Rafil Hüseynov !
Deyilənə görə, seyid, molla, falabaxan, cadugər-zad axtarırsan, kabinetində nəsə gəzirsən, deyirsən kabineti ovsunlayın, görən-çəkən olmasın.
Cənab başçı !
Lazım olanların hamısı çoxdan çəkilib ee.
Artıq gecdir. Polis zabiti olan oğlunun restoranlarda, barlarda, gecə klublarında çəkilən “kasset”ləri bir azdan dünyanı dolaşacaq.
Sən nəyi gizlədə bilərsən, ey Rafil Hüseynov ?
Novxanıdakı 60 sot ərazidə 5 milyon dəyəri olan 3 mərtəbəli villanı necə gizlədə bilərsən..? Bu iynə-zad deyil e.
Yadına düşürmü, Rafil Hüseynov, Novxanıdakı villanın damı deşilmişdi, su basmışdı, içəridə nələr olurdu hamısını görürdük..
Səndən bir gün soruşacaqlar ki, aldığın maaşla bu boyda villanı hansı pulla tikdirmisən ?
Maaş dedik yadımıza cibində gəzdirdiyin maaş kartları düşdü. Hamısı çəkilib, Rafil Hüseynov, dua-zad yazdırmağın faydası yoxdur.
Deyirlər, Ağcabədidəki fermalarındakı heyvanlara da “Qurd duası” yazdırmısan ki, qurd yeməsin.
Eyy, Rafil Hüseynov !
Atalar deyib ki, çaqqal var gödən dağıdır..
İndi bəzi məmurların yanında vallah yazıq çaqqal-çuqqal toya getməlidir. Həmən gödən dağıdan məmurlar indi içəridədirlər.
Hazır ol, Rafil Hüseynov !
Kamera-zad məsələsinə çox vaxt ayırma. Bir də gördün gəldilər. Çamadanını hazır saxla...
//gundelik-baku.com//

8-05-2021, 08:43 | Operativ Qərargahın üzvü toylara icazə verilə biləcəyini deyir: - Açıq havada və ya...

Operativ Qərargahın üzvü toylara icazə verilə biləcəyini deyir: - Açıq havada və ya...

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub. Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsiylə bağlı qərarın verilməsinə ümidi artırır. Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsiylə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçiriblər.

Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanı müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.

Maraqlıdır, yay mövsümündə toylar keçirilə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, bu gün ölkə daxilində olan epidemioloji vəziyyət, əsasən də xəstəliyin dalğasının nəzarət altına alınması və rəqəmlərin getdikcə müsbət tendensiyaya görə yer dəyişdirməsi gələcək zaman içərisində ölkədə insanların daha rahat bir şəkildə hərəkət etmələrinə və qorxusuz bir şəkildə gələcək planlarını qurmağa imkanlar yaradacaq:

"Bununla yanaşı, cəmiyyət içərisində artıq bir ildən bəri hökm sürən və əfsuslar olsun ki, bu cəhətdən nikah bağlanmasına və ailə içərisindəki mərasimə hər hansı bir əngəl olmasa da, şadlıq saraylarında toyların keçirilməməsi, adət-ənənələrə uyğun bir şəkildə ailələrin övladlarına toy mərasimləri keçirə bilməmələrinin yaratmış olduğu çətinliklər dövlətə, hökumət və aidiyyəti qurumlara bəllidir”.

Səhiyyə ekspertinin fikrincə, koronavirusa yoluxma rəqəmləri bu şəkildə gedərkən, eləcə də son bir il içərisində həm dünya, həm ölkə həm bu xəstəliklə mübarizədə, eləcə də bu xəstəliyin yarada biləcəyi problemlərin proqnozlaşdırılmasıyla əlaqədar əldə edilən bilgilər daxilində gələcəkdə toy mərasimlərinə icazə verilə bilər:

“Əsasən də yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlard a verilə bilər”.

Rəşad Mahmudov bildirib ki, qərar Operativ Qərargah və aidiyyəti qurumlar epidemiolojik vəziyyətlə birlikdə, həm də ölkə içərisində bu xəstəliklə mübarizəyə təsir edə biləcək bir çox faktorlar analiz edildikdən sonra veriləcək:

“Biz inanırıq ki, ilk gündən etibarən dünyanı bürümüş bu bəla qarşısında Azərbaycan hökumətinin başda cənab Prezidentimiz olmaqla aparmış olduğu mübarizə sadəcə ölkəmiz üçün deyil, dünya üçün də çox gözəl bir nümunə idi. Bu nümunəni göstərə biləcək hökumət bundan sonraki gedişatda da həm əhalinin sağlamlığının qorunmasında üzərinə düşən məsuliyyəti, eləcə də gələcək mədəni, sosial, iqtisadi həyatımızın normala dönməsində lazım olan addımları atacaq”.

8-05-2021, 07:54 | Nurlana Əliyeva YOLA SALINIR... - İDDİA

Nurlana Əliyeva YOLA SALINIR... - İDDİA

Aprelin 29-da Azərbaycanın müxtəlif mətbu orqanlarında Bakı Slavyan Universitetində “140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı” sərlövhəli yazılar dərc edilib.

Bu informasiyaya cavab olaraq universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin “Əlavə və qiyabi təhsil şöbəsi”nin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Təhsil Nazirliyinə və ölkənin Baş Prokurorluğuna müraciət edib. Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
Dürdanə Əliyeva ölkədən qaçıb?

Əldə etdiyimiz bəzi məlumatlara görə isə Slavyan Universitetində baş verən olay keçən ilin hadisəsidir. Dürdanə Əliyeva hələ keçən ildən ölkəni tərk edib və bir daha geri qayıtmayıb.

140 min manat isə göstərilən kiçik məbləğdir. Şöbə müdiri təxminən 600 min manata yaxın pul ələ keçirərək Bakını tərk edib. Yığılan pullar isə tək təhsil haqqı deyil, şöbə müdirinin tələblərdən yığdığı rüşvət də daxildir. Rektorun bu vaxta qədər susmağı da buna görə imiş.

Ali təhsili olan hər kəs bilir ki, universitetin 140 min manat pul toplaması bir günün işi deyil. Çünki ali məktəblərdə “kommersiya maxenasiyaları” ya qəbul, ya imtahan, ya da müxtəlif müdafiələr zamanı reallaşdırılır. “Dəllal dekanlıqlar”ın kəsir şantajlı dilənçilikləri ən çox semestr sonlarına təsadüf edir. Yəni, yarımillik dövründə hansısa yollarla fakültə, kafedra, dekanlıq və universitet rəhbərləri olmuş bəzi insanların üzü gülməyə başlayır. Bura “qayıb dolya”ları da aiddir.

Rektor niyə indi prokurorluğa müraciət edib?

Bunları hamının bildiyi halda sual yaranır ki, “Şöhrət” ordeninin sahibi olan rektor həmsoyadı olan Dürdanə haqqında Baş Prokurorluğa niyə məhz indi müraciət etdi? Onun rəhbərlik etdiyi universitetin şöbə müdirinin 140 min manat mənimsədiyi barədə xəbərlərin sosial mediada yayıldığı tarixdə. Məgər rektor öz hazırkı, yaxud eks kollektivinin fəaliyyətindən xəbərsizdir?

Bir faktı da deyək ki, ali təhsil ocaqlarının rektorları hər dərs otağından tutmuş bufetə qədər bütün baş verənlərdən agahdırlar. Çünki çox vaxt pul dövr edən şöbələrə özlərinə yaxın insanları təyin edirlər. Azərbaycanda bu tendensiya təkcə universitetləri əhatə etmir. BSU rektoru isə təhsil sistemi ilə 2016-cı ildə tanış olmayıb. Belə ki, Nurlana Əliyeva 51 il öncə (1970) metodist, ardınca müəllim, kollec direktoru, 2004-cü ildə “Əməkdar müəllim” adına layiq görülüb və s.

Bundan dolayı, dosent Əliyevanın (Dürdanə) professor Əliyevaya (Nurlana) kələk gəlməsi inandırıcı deyil.

Slavyan Universitetində hansı rüşvət mexanizmi var?

Min tələbənin yarısının bir imtahan pulu 100 AZN, kurs işi 500, diplom işi 1000 manatdan hesablansa, 6 aya 800 minə yaxın pul edir. Bu üsulla “savad kağızı”na yiyələnənlərin sayını bir az da azaltsaq, yarımmilyon pul toplanır. “Məhsul yığımı”nda əziyyəti keçənlərin payını ayırmaqla da yığılan pul mənimsənildiyi deyilən məbləğdən qat-qat çoxdur. Həm də biz sadəcə 6 ayın toplamasını apardıq. 4 illik tələbəlikdə isə bu rəqəm hər kursda ikiyə vurulur. Hələ siyahıya təmir-tikinti, maddi-texniki bazaya dövlətdən ayrılan vəsaitləri daxil etmədik.

BSU-da da rüşvət ilə bağlı xəbərlər 2019-cu ildə yayılıb. Belə ki, tələbələrdən 60 min manat pul yığılıb. Hələ bu məbləğ əsassız illik ödənişləri borcu ilə bağlıdır. Sanki tələbəyə kreditə pul verilib.

Maraqlısı budur ki, belə xəbərlər BSU-nun əvvəlki rektoru Kamal Abdullanın dövründə elə də yox, məhz Nurlana Əliyevanın rektorluğunda nəzərə çarpıb. Çünki “Nurlana Əliyeva BSU-nu rüşvət yuvasına çevirdi” başlıqlı yazılar çoxdur.

BSU universitetlər arasında korrupsiya onluğuna necə düşdü?

Bir şey ki, 2016-cı ilin sonunda BSU adı rüşvətdə hallanan universitetlərin onluğuna da düşüb. Belə ki, həmin il Slavyan Universitetindəki rüşvətxorluq barədə 408 xəbər dərc olunub.

Qeyd edək ki, Nurlana Əliyevanın rektorluğunacan BSU korrupsiya beşlik və onluqlarında yer almırdı. Universitetin rəhbəri olan kimi isə Kamal Abdullanın dövründə çalışan kadrları uzaqlaşdırıb. Bəzilərinə bəhanə kimi “pensiya yaşının çatdığı”” göstərilib. Guya özünün neçə yaşı var…

Bütün faktlar və rüşvət elenentlərini nəzərdən keçirəndə bəlli olur ki, 140 min manat işin ancaq görünən tərəfidir. Şöbə müdirinə açılan cinayət işi, yaxud Dürdanənin istintaqı, hansısa əməkdaşların istefasında daha böyük kadr islahatlarını axtarmağa dəyər.

Bir vaxtlar heç kimin ağlına gəlməzdi ki, Abel Məhərrəmov BDU rektorluğu ilə vidalaşar… //aktualxeber.az//

8-05-2021, 07:18 | “Daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkürümü bildirirəm”

“Daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkürümü bildirirəm”

Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan, həmçinin “Polis haqqında” Qanununa əsasən Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. “Polis haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini, mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmçinin bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində də qeyd olunub ki, polis üzərinə düşən vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

Faktdır ki, ötən ilin əvvəllərindən başlayaraq bəşəriyyəti ağuşuna alan, həmçinin ölkəmizdə geniş yayılan koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Daxili İşlər nazirliyinin əməkdaşları operativ fəaliyyət göstərdilər. Yəni, belə bir vaxtda Azərbaycan polisi hər kəsin tibbi maskalardan istifadə etməsinə, sosial məsafə saxlmasına, küçəyə çıxmaq üçün icazənin olub-olmamasına, paralel olaraq ictimai asayişin qorunub saxlanmasına çalışdılar. Bir sözlə, xüsusi karantin rejimi qaydalarının tətbiq olunduğu vaxtlarda Azərbaycan polisi üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacardı. Bütün bunlar onu sübut edir ki, polis əməkdaşları hər zaman ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunub saxlanmasında, qanun-qaydanın bərpasında və s. xüsusi rola malik olurlar. Adicə bir faktı qeyd edim ki, bir neçə gün bundan öncə üz-üzə qaldığımız olayın varlığı, məhz yuxarıda qeyd etdiklərimi bir daha sübuta yetirir. Belə ki, azyaşlı övladım Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığımız evdən küçəyə çıxır və o, yolu azaraq başqa istiqamətə üz tutur. Bir neçə saat qonşularla birlikdə azyaşlı övladımızın axtarışını həyata keçirsək də, son anda nəyəsə nail ola bilmədik. Nəhayət, bir qədər vaxt keçdikdən sonra bizə xəbər çatdırdılar ki, ərazidə xidməti vəzifələrini yerinə yetirən Abşeron RPİ post-patrul xidmətinin əməkdaşları Mikayıl Məmmədov, Rəvan Qarayev və Əli Quliyev azyaşlı uşağın hərəkətlərində şübhəli davranışları hiss edirlər və dərhal ona nəvazişlə yaxınlaşıb uşağı yaxınlıqdakı dükana aparırlar. Hətta azyaşlını sakitləşdirmək məqsədilə, ona mağazadan istədiyi hər şeyi alacaqlarını da vəd edirlər. Çox keçmədi ki, post-patrul xidmətinin əməkdaşları uşağı bizə təhvil verdilər və sevincimizin üstünə yeni bir sevinc hissi qatdılar. Belə bir sevinc hissini ailəmizə yaşadan və yuxarıda adlarını hallandırdığım post-patrul xidmətinin hər üç əməkdaşına şəxsən minnətdarlığımı bildirirəm.

Hörmətli Vilayət müəllim! Şəxsən Sizə də minnətdarıq ki, bu gün xidməti borcunu şərəflə yerinə yetirən və hər an ayıq-sayıqlıq nümayiş etdirən belə bir polis əməkdaşlarımız var. Bundan əlavə, Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyyətin hər bir üzvünə də, məhz dərin minnətdarlığımızı çatdırırıq. Baş verən olay bir daha onu sübut etdi ki, bu gün Abşeron polisi də xalqın keşiyində şərəflə, vicdanla xidməti borcunu yerinə yetirməkdədir. Biz bir daha əmin olduq ki, hər cür çətin və anlaşılmaz hallarda tək deyilik və bu gün bizi güclü, ayıq-sayıq Azərbaycan polisi qoruyur. Bir sözlə, bu gün daşıdığı adına, tutduğu mövqeyinə, milli dövlətçilik idealogiyasına sadiq qalan, xalqının daha çox etimadını qazanan, Vətəninə, xalqına ləyaqətlə, şərəflə xidmət edən polis əməkdaşlarımız var. Odur ki, eşq olsun Azərbaycan Polisinə!


Arif Məmmədov
Nyus.Az saytının təsisçisi və baş redaktoru.



8-05-2021, 07:12 | "Ata, biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" - FOTO


"Ata, biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" - FOTO

Zəfər yürüşünün qəhrəmanlarından olan şəhid Məhəmmədəli İsmayıllının doğum günü - 25 yaşı qeyd edilib. Atası ilə danışanda "Biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" demişdi.

Azərbaycan tarixinin şanlı səhifəsinə adları yazılan qəhrəman şəhidlərimiz öz qısa ömürlərini Vətən uğrunda fəda etsələr də, daim qəlblərdə yaşayacaqlar. Belə qəhrəmanlarımızdan biri də əslən Füzuli rayonundan olan İsmayıllı Məhəmmədəli Elxan oğludur. Məhəmmədəli hələ dünyaya gəlmədən öncə ailəsi Füzuli şəhərindən didərgin düşmüşdü. Onun ailəsi Horadiz əməliyyatlarında azad edilən 22 kənddən biri olan Yuxarı Kürdmahmudluda məskunlaşmışdı. Məhəmmədəli 1996-cı ildə bu kənddə dünyaya göz açıb.

Şəhidin atası Elxan Quliyev qəhrəman övladı haqqında qürurla danışaraq bildirib ki, hələ uşaq yaşlarından cəbhə bölgəsində yaşa dolan Məhəmmədlinin bir arzusu vardı - ailəsinin ata-baba yurduna qayıtması. Bu arzu uğrunda yaşayan Məhəmmədli həm istedadlı, həm də idmançı kimi böyüdü. Hələ yeniyetmə yaşlarında karate üzrə peşəkarlaşan Məhəmmədəli Azərbaycan çempionatında və beynəlxalq yarışlarda qalib olub. O, beynəlxalq turnirlərdə 38 dəfə çıxdığı döyüşdə bircə dəfə də olsun, məğlubiyyət nədir bilməyib. 2011-ci ildə respublika çempionu , Gürcüstanda keçirilən Beynəlxalq turnirin qalibi, Türkiyədə isə Dünya çempionu adını qazandı. 2013-cü ildə həqiqi hərbi xidməti Hərbi Dəniz Qüvvələrində keçdikdən sonra mülki həyatda mühafizə xidmətinin leytenantı olaraq işinə davam edib. Lakin uşaqlıqdan hərbçi olmaq istəyirdi deyə, müddətdən artıq hərbçi kimi Vətənə xidmət etməyə başladı. Beləcə Məhəmmədli ömrünün son iki ilini Vətən keşiyində dayandı.

Vətən müharibəsinin ilk günündən cəbhəyə atılan Məhəmmədli hərbi tibb maşını idarə edirdi. O, gecə-gündüz demədən vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün çalışıb, yüzlərlə yaralını döyüşün ən qaynar nöqtələrindən çıxararaq xilas edib. Son telefon danışığında isə ailə üzvlərindən halallıq alıb. Məhəmmədəlinin yaddaşlara həkk olan cümləsi isə atasına dediyi ifadə olub: "Ata müharibə başlayacaq və biz qalib gələcəyik, torpaqlarımız azad olacaq. Mən şəhid olsam da, siz öz ata-baba yurdunuza qayıdacaqsınız".

Şəhid anası Arzu Quliyeva Məhəmmədəlinin doğum günündə gözləri yaşlı danışsa da övladının qəhrəmanlığı ilə qürur duyduğunu söyləyir: "Məhəmmədli çox cəsur, qorxmaz övlad idi. O, elə bir ürəyə sahib idi ki, Vətəni ilə anasını eyni sevgi ilə sevirdi. O, bir an tərəddüd etmədən cəbhədə gecə-gündüz döyüşlərdə öz xidmətini yerinə yetirdi. İstəmirdi ki, döyüşçü yoldaşları şəhid olsun, yoldaşlıqda da hər zaman sadiq biri idi. Hətta hərbidə çalışan zaman bayram günlərində növbələrdə özü qalardı ki, ailəli olan iş yoldaşları övladları ilə bayramlarını qeyd etsinlər. Vətən deyə yaşayırdı, Vətən uğrunda da canını fəda etdi".

Şəhid Məhəmmədəlinin indi onsuz keçən ilk doğum günü qeyd edilir. Ailəsi ilə birlikdə onun döyüşçü yoldaşları da Məhəmmədlinin xatirəsini əziz tuturlar.


Məhəmmədlinin qəhrəman döyüşçü olduğunu söyləyən hərbi tibb bacısı Elnarə Səfərova bildirib ki, onun haqqında danışmaq nə qədər çətindirsə, bir o qədər də qürurvericidir: "O, ölümü heç zaman özünə yaraşdırmırdı, lakin bir arzusu vardı - torpaqlarımız azad olsun, bu yolda lazımdırsa canını fəda etsin. Məhəmmədlinin çox arzuları vardı, lakin ən böyük arzusu Vətənlə bağlı idi. Məhəmmədəli yüzlərlə döyüşçümüzün həyatını xilas etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəhidin hərbçi yoldaşı Hilal Eminov isə bildirib ki, Məhəmmədəlini əvəz edə bilməsələr də, daim onun ata-anası üçün bir övlad olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazırdırlar.

Məhəmmədəli oktyabrın 26-da Füzuli rayonu ərazisində gərgin döyüşlər zamanı atəş xəttindən yaralıları çıxaran zaman özü də düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Doğulub boya-başa çatdığı Yuxarı Kürmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. //AZƏRTAC//




























������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.