15-12-2020, 04:21 | “Mənim üçün öncə Vətən, sonra ailədir” - Şəhid İmran Məmmədlinin həyatı - VİDEO

“Mənim üçün öncə Vətən, sonra ailədir” - Şəhid İmran Məmmədlinin həyatı - VİDEO


Düşmənə qan udduran "müəllim" ləqəbli kəşfiyyatçı, şəhid İmran Məmmədli. Hələ aprel döyüşlərindən düşmənin kabusuna çevrilən İmran, vətən müharibəsində də ermənilərə ağır zərbələr vurdu. Füzuli istiqamətində düşmən qüvvələrinin arxasına keçərək döyüşdü, və şəhidlik zirvəsini fəth etdi.

ARB TV-nin Xəbərlər komandası şəhid İmran Məmmədlinin evində olub və onun həyatı ilə bağlı sujet hazırlayıb.

"Müəllim" ləqəbli kəşfiyyatçı İmran Məmmədli qanı ilə tarix yazan şəhidlərimizin sırasında yer alır. Hələ uşaqlıqdan vətənpərvər olması ilə diqqəti çəkən İmran bunu döyüşdə sübut edir. İmran 4 il əvvəl də aprel döyüşlərində iştirakçısı olur. Düşmənə ağır zərbələrin vurulmasında onun da payı olur. Müddətli həqiqi hərbi xidmət qulluqçusu olan İmran vətən müharibəsində isə döyüşçü yoldaşları ilə birlikdə uğurlu tapşırıq yerinə yetirirlər. İmran həmin vaxt son gülləsinə kimi vuruşur.

Rəşad Məmmədov (Şəhidin qardaşı): "Qardaşım Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Onun iş yoldaşları deyir ki, sonuncu dəfə İmran və qrupu Füzuli rayon Kürdlər kəndi istiqamətində düşmən qüvvəsinin arxasına keçmişdi. Bir neçə post alıblar. İmran düşmənin xeyli canlı qüvvəsinə zərbə vururaq şəhid olub. Onun nəşi tapılanda bir dənə də olsun gülləsi qalmamışdı, çünki son gülləsinə qədər vuruşmuşdu".

İmran Vətəni dörd övladından və ümumilikdə ailəsindən üstün tutub. Ailəsinə sonuncu zəngini oktyabrın 26-da edən İmran Məmmədli qalib kimi qayıdacağını deyib.

Ayşən Məmmədli (Şəhidin həyat yoldaşı): "Mən ona bir neçə dəfə demişdim ki, bu işdən çıxsın. Mənə demişdi ki, mənim üçün ən birinci Vətəndir. Deyirdim ki, bəs biz? Deyirdi əvvəl Vətən, sonra ailə. Mənim üçün onun haqqında keçmiş zamanda danışmaq ağırdı amma mən onunla fəxr edirəm".


Rəşad Məmmədov (Şəhidin qardaşı): "Oktyabrın 26-sı axrıncı dəfə danışdım, dedi ki, tezliklə qələbə ilə qayıdacağam. Ondan sonra danışa bilmədim. Noybarın 25-i bizə xəbər şəhid xəbəri gəldi. 1 ay müddətində çox xəbər gözlədik, 29 gündən sonra biz bildik ki, İmran şəhid olub".

Qeyd edək ki, İmran Məmmədli 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gəlib. 35 yaşında isə şəhidlik zirvəsinə ucalıb.

14-12-2020, 07:27 | Məhət Vəkilov : Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Məhət Vəkilov : Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!



Qazax Suvarma Sistemləri İdarəsinin müdiri Məhəd Vəkilov
rəhbərliyin etimadını daim doğruldub - Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun əmrinə tabe olaraq Şanlı Ordumuz, şücaətli, qorxmaz əsgərlərimizin canı bahasına torpaqlarımız azad etdilər və bayrağımız Qarabağda dalğalandırılır. Xalq Sizinlədir, Ali Baş Komandan ! ALLAH Sizi və Şanlı Azərbaycan Ordusunu qorusun ! Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !




Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir,

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

14-12-2020, 07:15 | Həyatının 12 ilini Vətənə xidmət edən şəhid mayor: "Yaralı halda döyüşərək, yoldaşlarını tək qoymayıb" - FOTO

Həyatının 12 ilini Vətənə xidmət edən şəhid mayor: "Yaralı halda döyüşərək, yoldaşlarını tək qoymayıb" - FOTO



Vətən müharibəsinin unudulmaz qəhrəmanları, şəhidləri barədə dastanlar yazmaq olar. Onların şücaəti, döyüş meydanında göstərdikləri hünərləri barədə nə qədər danışılsa yenə də azdır.

Bu tarix unudulmamalı, gənc nəsillərə miras qoyulmalıdır. Bu tarixin yazılmasında iştirak edən, Vətəninə layiqli xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizdən biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.

Yevlax şəhərində anadan olan 34 yaşlı şəhidimiz Vətənini hər şeydən əziz tutub.

2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmətə başlayıb.

Azərbaycanın bir çox bölgələrində xidmət aparan R.Budaqov əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb.

Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.

Onu tanıyanların sözlərinə görə, şəhid mayor çox mərd insan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb.


İkinci Qarabağ müharibəsi başlayandan ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.

Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, R.Budaqov yenidən döyüşlərə qatılıb.

Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək, ali zirvəyə, şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizdən Vətənə əmanət iki qız övladı qalıb.

Allah rəhmət eləsin! (ölkə.az)


14-12-2020, 07:07 | Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO


Azərbaycanın torpaqları işğaldan azad etmək üçün "Dəmir yumruq" adı altında keçirdiyi hərbi əməliyyatlar zamanı Vətən müharibəsində qəhrəmanlıqları ilə xalqın sevgisini qazananlardan biri də hərbi həkimlər oldu. Onlar çətin şəraitdə, döyüş zonasında yaralıları yenidən həyata və döyüşə qaytardılar. Hərbi həkimlərdən biri isə həm də döyüşərək şəhid olub. O, gizir Sadiq Feyziyevdir.

Qəhrəman həkim S.Feyziyev 1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub.

Hərbi Tibb Universitetini bitirərək 2013-cü ildən Tərtər rayonunda cəbhə zonasında yerləşən hərbi hissədə ön xəttdə hərbi həkim kimi 7 ildən çox xidmət edib. 2016-cı ildə "Aprel döyüşləri"ndə iştirak edib.

Atası Tahir Feyziyev deyir ki, şəhid oğlu Sadiq 4 il öncə baş verən döyüşlər haqda danışarkən deyib ki, erməni pilotsuz uçuş aparatları onların taborunu vurarkən bir neçə əsgər yaralanıb:

"Komandiri deyib ki, "getmə, səni vuracaqlar". Sadiq özünü qabağa ataraq atəş zərbələrinin altından yaralı əsgərləri çıxarıb, onlara tibbi yardım göstərib.

Bu vaxt isə özü ayağından xəsarət alaraq yaralanıb. Bu qəhrəmanlığına görə Sadiq Feyziyevi general Hikmət Həsənov mükafatlandırmışdı".

Vətən Müharibəsində "Qarabağ" ordeni alan polkovnik Teymur Məmmədov hərbi hissə komandiri kimi gizir Sadiq Feyziyevi bir neçə dəfə Fəxri Fərmanla təltif edib. Sadiqə Azərbaycan Ordusunun 100 illik yubileyilə bağlı medal verilib.

Sentyabrın 28-də atasına zəng edərək "set tutmayacaq yerə gedirəm, bir neçə gün danışa bilməyəcəyik, narahat olmayın" deyib. Lakin ondan sonra ailəsi ilə bir də heç vaxt danışa bilməyib.

Şəhid olandan sonra isə neytral zonada qaldığı üçün bir müddət cəsədini götürə bilməyiblər. Noyabrın əvvəlində şəhid gizirin cəsədi götürərək DNT test edilib və ailəsinə təhvil verilib. Sadiq doğulduğu kənddə dəfn edilib.

Döyüş yoldaşları deyir ki, Sadiq Feyziyev irəli hücuma keçən dəstə ilə getməyə bilərdi, arxada qalıb yaralıları qəbul edə bilərmiş.

Tahir Feyziyev bildirir ki, oğlu bu təkliflə razılaşmayıb: "Sadiq deyib ki, mən yoldaşlarımdan arxada qala bilmərəm. Onlarla birgə irəli gedib və döyüşərək həm də yoldaşlarına tibbi yardım göstərib. İlk olaraq Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak edib. Sadiq xüsusi təyinatlı dəstə ilə yanaşı irəliləyib, qərargah rəisi də onlarla birgə olub. Suqovuşandan sonra Ağdərə istiqamətində irəliləyərkən snayper Sadiqi vurub və yaralanıb. Ondan sonra qərargah rəisi də vurulub. Sadiq özü yaralı olduğu halda qərargah rəisinə tibbi yardım göstərib. Bu zaman onların olduğu yer raket zərbəsi ilə vurulub, qəlpədən həm Sadiq, həm də qərargah rəisi bir yerdə şəhid olublar".

Sadiq Feyziyev evli olub, 2 yaşlı bir oğlu var. Onun həkim kimi hərbi xidmətdə olduğu müddətdə həyat yoldaşı və övladı da cəbhə zonasında, Ağdam rayonunun Təzəkənd kəndinə yaşayıbla











qafqazinfo

14-12-2020, 07:01 | Şəhid kapitan ağır yara alsa da, döyüş zonasından əvvəlcə yaralı əsgərlərin çıxarılmasını əmr edib - FOTO


Şəhid kapitan ağır yara alsa da, döyüş zonasından əvvəlcə yaralı əsgərlərin çıxarılmasını əmr edib - FOTO


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də şəhid taqım komandiri Elçin Tağıyevdir.

Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. İgid döyüşçümüz 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Sonra isə zabit kimi hərbi xidməti fəaliyyətə başlayır.

Əsgərləri onu qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi. Döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini ölümdən qurtarar, özünü düşünməzdi. Bir neçə uğurlu əməliyyatda iştirak edən 31 yaşlı şəhid kapitan Elçin Tağıyev 17 nəfərlik düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.

Hərbi həkim olan qardaşı Yalçın Tağıyev deyir ki, Elçinlə eyni istiqamətdə döyüşüblər: "Hər gün bir-birimizdən xəbər tuturduq. Sonuncu dəfə oktyabrın 1-də danışmışdıq. Sonra Elçinin taboru Talış istiqamətində gedən döyüşlərə qatıldı. Həmin döyüşlər zamanı yaralansa da, ilk növbədə, yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında isə kapitan Elçin Tağıyev şəhid olub.

Elçinin anası Ayna Tağıyeva iki hərbçi oğlundan birini, böyüyünü müharibədə itirsə də, övladının igidliyi ilə fəxr etdiyini bildirib: "Oğlum üzümü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Ölümündən qabaq ona mayor hərbi rütbəsi verilmişdi, taxmaq nəsib olmadı. Özündən sonra isə iki oğlu olmaqla, üç övladı onun şərəfli ömrünü davam etdirir".

Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə hərbi qulluqçuların bir qrupu "Qarabağ" ordeni ilə təltif edilib. Onların arasında şəhid kapitan Elçin Tağıyevin də adı var. Allah rəhmət eləsin!





AZƏRTAC

14-12-2020, 06:41 | Bakı və daha 16 şəhər-rayonda fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir

Bakı və daha 16 şəhər-rayonda fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir


Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək 5 şəhər və 12 rayonda hərəkət məhdudiyyəti tətbiq edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) vətəndaşların hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

14-12-2020, 06:38 | SMS icazə bu hallarda veriləcək - QAYDA


SMS icazə bu hallarda veriləcək - QAYDA


Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Yeni qaydalara əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir.

Operativ Qərargahdan verilən məlumata görə, SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

-ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

14-12-2020, 06:31 | Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI

Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI



Sərtləşdirilmiş karantin rejiminidə fəaliyyəötinə icazə verilən fəaliyyət sahələrinin siyahısı açıqlanıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

1. Səhiyyə və sosial xidmət sahələri üzrə:

1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər
üçün baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:


2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı,
enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:


3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat sahələri üzrə:


4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
4.3. neft avadanlıqları və qurğularının istehsalı;
4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.6. kimyəvi məhsulların istehsalı;
4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.8. əkinçilik və məhsul yığımı;
4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.13. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.15. qablaşdırma məhsullarının istehsalı;
4.16. daş, metal və taxta məhsullarının istehsalı;
4.17. mebel istehsalı və təmiri;
4.18. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
5.2. apteklər;
5.3. yanacaq doldurma məntəqələri;
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. heyvan sığınacaqları;

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:


8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:


9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

11. Otellərin fəaliyyəti.

12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.

14-12-2020, 06:18 | Bu şəxslərin xidməti vəsiqə ilə hərəkətinə icazə verilir


Bu şəxslərin xidməti vəsiqə ilə hərəkətinə icazə verilir


BUgündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiqi edilir.

Sərt karantin dövründə aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə icazə verilir:

2.1.1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2.1.2.Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

2.1.3.mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.4.Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında); 2.1.5.dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.6.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.7. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; 2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları.

Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;



2.2.2."icaze.e-gov.az" portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);

2.2.3.fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

2.2.4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.

2.3. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.

2.4. "ASAN Könüllüləri" İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri" Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.

12-12-2020, 04:03 | Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il ötür


Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il ötür


Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb.

Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla, Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib.

Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynayıb.

Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin fevralında keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırıb.

“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ­ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”, - deyə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında demişdi.

Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək, “Azərbaycan Respublikası” adlandırılıb və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiqlənib.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək, namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.

Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.(virtualaz.org)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.