4-12-2020, 13:18 | Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək - FOTO

Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Feysbuk hesabında yazıb.

Nazirliyin əməkdaşları ailə ilə görüşərək, yaşayış vəziyyətlərini öyrənib.

Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.

Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.
Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik!

( qafqazinfo)




4-12-2020, 13:11 | 15 günlük qapanma və "SMS icazə" sistemi ilə bağlı AÇIQLAMA

15 günlük qapanma və "SMS icazə" sistemi ilə bağlı AÇIQLAMA

Dünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Bununla bağlı fikirlərini sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etməyən insanlardır.

Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir.

15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".

4-12-2020, 13:09 | Vətən Müharibəsində şəhid olan DİN kapitanı - FOTO

Vətən Müharibəsində şəhid olan DİN kapitanı - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının kapitanı Şamil Babayev Vətən Müharibəsinin şəhidlərindədir.

Nazirlikdən milli.az-a verilən məlumata görə, 32 yaşlı Ş.Babayev Culfa rayonunun Camaldın kəndində doğulub.

O, Şuşa istiqamətində gedən döyüşlərdə həlak olub. Evli idi.


4-12-2020, 13:05 | Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin! Trend

3-12-2020, 12:33 | Polisdən əhaliyə XƏBƏRDARLIQ

Polisdən əhaliyə XƏBƏRDARLIQ

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu barədə oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə aktiv koronavirus xəstələrinin sərbəst hərəkətinə icazə verilmir:

"COVID-19 xəstəliyi ilə əlaqədar analiz nəticələri pozitiv çıxan bütün şəxslərlə bağlı ərazi polis orqanlarına dərhal məlumat verilir. Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı, ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Ötən gün tərəfimizdən küçədə 27 nəfər COVID-19 xəstəsi müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Və bu şəxslər polis tərəfindən ictimai yerlərdə müəyyən olunub ki, onların ünsiyyətdə olduğu hər bir şəxs istintaq araşdırmaları zamanı yoxlanılacaqlar. Görünən odur ki, tək bir gündə 27 nəfərin məsuliyyətsiz davranışı, cəmiyyət üçün nə qədər təhlükəlidir. Hər bir evin qarşısına bir polis postu qoyula bilməz, dünyada belə təcrübə yoxdur. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".

3-12-2020, 12:31 | Qarabağ Regional Ədliyyə İdarəsinin yaradılmasının səbəbi açıqlandı

Qarabağ Regional Ədliyyə İdarəsinin yaradılmasının səbəbi açıqlandı

Bizim bəzi rayonlarımız işğal altında olsa da, rayonların məhkəmələri fəaliyyətini davam etdirirdi. Bu rayonların məhkəmələrin işlərinin əlaqələndirilməsi, koordinasiya edilməsi, vətəndaşların Ədliyyə orqanlarına çıxış imkanın asanlaşdırılması, onlara hüquqi xidmət göstərilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb.

Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O bildirib ki, işğaldan azad edilən rayonların komendantları ilə artıq əlaqə saxlanılıb: "Onlarla çox sıx əməkdaşlıq edəcəyik. Biz ora səfərlərimizlə bağlı komendantlarla danışıqlar aparırıq".APA

3-12-2020, 12:16 | Bakıda parada hazırlıq işlərinə başlanıldı - FOTO

Bakıda parada hazırlıq işlərinə başlanıldı - FOTO

Yaxın günlərdə Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq işləri başlayıb.

Hazırlıq işləri ilə bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Qeyd edək ki, paradda Vətən müharibəsində düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnika nümayiş etdiriləcək.qafqazinfo







2-12-2020, 16:59 | Sərt karantin rejimi qaçılmaz ola bilər - TƏBİB

Sərt karantin rejimi qaçılmaz ola bilər - TƏBİB

Hər bir vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara riayət etməyə, diqqətli olmağa çağırıram.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

N.Mustafayeva həmçinin 65 yaşdan yuxarı insanları evdən çıxmamağa çağırıb. O qeyd edib ki, virusla bağlı vəziyyətə hər kəs diqqətlə yanaşmalıdır.

N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.

2-12-2020, 16:39 | Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq - PROQNOZ

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti dekabrın 3-də gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dekabrın 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

2-12-2020, 16:36 | Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi

Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi

Şuşa şəhərinə yeni tikilən yolun inşası davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, hazırda ərazidə torpaq işləri həyata keçirilir: "Yeni yol genişləndirilir, yol yatağı inşa olunur. Hazırda yol 5 hissə üzrə bölünərək inşa olunur. Həmin 5 hissə üzrə işlərə Türkiyənin 2 şirkəti və 1 yerli şirkət cəlb edilib. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları da yolun tikintisini həyata keçirir".

Qeyd edək ki, Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Yolun əsas hissəsi 4 zolaqlı olacaq. 2 hərəkət zolağı isə xidməti yol olacaq. Həmin 2 zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb. 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya nəzərdə tutulub. Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.