Putindən sonra müsahibə vermək üçün 1 milyon istədi
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson amerikalı jurnalist Taker Karlsondan müsahibə üçün 1 milyon dollar tələb edib.
Bu barədə məlumatı "Blaze" nəşrinə müsahibəsində T.Karlson açıqlayıb.
"Boris Conson məni "Kremlin aləti" və ya buna bənzər bir şey adlandırıb. Buna görə də onunla müsahibə üçün sorğu ünvanladım. Onun müşavirlərindən biri geri dönüş edərək dedi: "O sizinlə danışacaq, lakin bunun dəyəri 1 milyon dollar olacaq. Conson 1 milyonu ABŞ dolları, qızıl və ya bitkoinlə istəyir". Bu hadisə 1-2 gün əvvəl olub", - deyə amerikalı jurnalist qeyd edib.
Onun sözlərinə görə, Conson yalnız bu şərtlərlə onunla Ukrayna barədə danışmağa və öz mövqeyini izah etməyə razılıq verib.
"Mən Rusiya Prezidenti Vladimir Putindən sadəcə müsahibə almışam. Mən Putini müdafiə etmirəm, lakin o məndən 1 milyon dollar tələb etməyib", - deyə Karlson əlavə edib.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin fevralın əvvəli Taker Karlsona müsahibə verib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Putin bu müddət ərzində təqribən 60 suala cavab verib.
Tarix: 21-02-2024, 12:33