Çinlə nüvə sahəsində əməkdaşlıq etmək istəyirik - Orban
Macarıstan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Çinlə əməkdaşlıqda maraqlıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Çin sədri Si Szinpinlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı qeyd edib ki, Macarıstan təkcə Çindən əlavə investisiyaların axınına deyil, həm də qabaqcıl Çin texnologiyalarından istifadəyə maraq göstərir.
Tarix: 10-05-2024, 07:17