26-12-2023, 07:47 | ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım

ABŞ-də yeni "JN.1" ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, "JN.1" ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.
Məlumata görə, "JN.1"in "Omikron" ştammının yarımnövü olduğu aydınlaşdırılır.
"Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri ("JN. 1" üçün) "Delta" dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük", - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin "Veksner" Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.
O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.
Respublica.Az
26-12-2023, 07:44 | “Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik” - Ərdoğan

"Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik".
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun Anım mərasimindəki çıxışı zamanı deyib.
"Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik. Sosial terror aktlarına qarşı hamımız daha dəqiq mövqe tutmalıyıq",- deyib.
Ərdoğan sözlərini belə davam etdirib:
"Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya olunan münasibətlə qarşılaşacaq. Demokratiyamızın imkanlarından istifadə edərək dövlətin, millətin və milli iradənin pusquya salınmasına heç vaxt icazə verməyəcəyik. Siyasi fəaliyyət göstərənlərə müraciət edirik, onlar millətin təmsilçisi olmaq əvəzinə separatçı təşkilatın uzantılarıdırlar. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır".
Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
Respublica.Az
26-12-2023, 06:47 | Belqradda iğtişaşlar davam edir: nazirliyə giriş bağlandı

Serbiyanın paytaxtı Belqradda iğtişaşlar davam edir.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb
Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib.
Qeyd edək ki, "Serbiya zorakılığa qarşı" müxalifət bloku ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edir.
Respublica.Az
26-12-2023, 06:46 | Putin elan etdi: Sədrlik Ermənistana keçir

Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına sədrliyi Ermənistana təhvil verəcək.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib.
"Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm", - deyə o vurğulayıb.
Putin "erməni tərəfdaşlara" kömək etməyə hazır olduqlarını qeyd edib.
Respublica.Az
26-12-2023, 06:39 | Pakistana girən SEPAH üzvü öldürüldü

SEPAH-ın Sistan və Bəlucistanın Səravan bölgəsindəki yerli üzvləri Pakistan ərazisində pusquya düşüblər.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Silahlı şəxslərə qarşı əməliyyat keçirmək üçün Pakistan ərazisinə daxil olan SEPAH üzvü Əli Qumşadzehi Maşkid şəhəri yaxınlığında bəluc silahlı qrupu tərəfindən öldürülüb.
Bununla yanaşı, onlarla SEPAH üzvünün yaralandığı və bölgəni tərk etməyə məcbur edildikləri bildirilib.
Məlumatda SEPAH üzvlərinin 14 hərbi maşınla Pakistana daxil olduqları deyilir.
Qeyd edək ki, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə 14 məmurun ölümü ilə nəticələnən hücum edilib.
Respublica.Az
26-12-2023, 06:37 | Rusiyada yumurtanın qiymətinin kəskin qalxmasının SƏBƏBİ

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yumurtanın kəskin bahalaşmasını tələbatın çox olması ilə izah edib.
Respublica.Az redaktor.az-a istinadən xəbər verir ki, Nabiullina yumurtanın qiymətinin kəskin bahalaşmasının təkcə inflyasiya ilə bağlı olmadığını qeyd edib.
O, 2021-ci ildə bu və ya digər növ malların kəskin şəkildə bahalaşdığı vəziyyətini xatırladıb.
Respublica.Az
25-12-2023, 06:42 | Bayden ABŞ prezidentlərinin mühakimə olunmasına icazə verdi

ABŞ prezidenti Co Bayden dövlət başçılarının mühakimə oluna biləcəyini deyib.
O, bu sözləri keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdi ilə bağlı toxunulmazlıq tələbləri fonunda deyib.
Bayden qeyd edib ki, prezidentlərə mütləq müdafiənin təmin edilməsi üçün heç bir əsas yoxdur. Trampın vəkilləri “prezident toxunulmazlığı”nın zəruriliyində israr edib, cinayət işinə xitam verilməsi üçün Ali Məhkəməyə müraciət etsələr də, məhkəmə bu mövqeyi rədd edərək, cinayət işinin araşdırılmasını davam etdirir.//Oxu.az
Respublica.Az
25-12-2023, 06:40 | Ukrayna Rusiyanın "Su-34" təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələri Odessaya hücum zamanı Rusiyanın "Su-34" təyyarəsini vurub.
Respublica.Az xəbər verirki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava komandanı Nikolay Oleşçuk bildirib.
"Mariupol istiqamətində zenit-raket kompleksi "Su-34"ü vurub. O, aerodroma qayıtmayıb", - Nikolay Oleşçuk qeyd edib.
Respublica.Az
25-12-2023, 06:38 | “Qalatasaray”dan İkardi ilə bağlı açıqlama

“Sadəcə özləri üçün ədalət istəyənlər bu gecə yenə hərtərəfli türk futbolunu manipulyasiya etdilər”.
Bu barədə "Qalataray" klubu “X” sosial şəbəkə hesabında məlumat verib.
"Biz hakim heyətinin, VAR otağının və 26 kameranın görə bilmədiyini göstəririk. Və onların yerinə utanırıq!”
Qeyd edək ki, Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib. İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. Matç zamanı İkardi gözündən xəsarət alıb, lakin bununla bağlı penalti təyin olunmayıb.
Respublica.Az
25-12-2023, 06:37 | Almaniya xəstəxanaları ağır yaralı ukraynalıları qəbul etməkdən imtina edir

Almaniya xəstəxanaları ağır yaralı ukraynalıları qəbul etməkdən imtina edir.
Belə ki, klinikaların 74%-i maliyyə vəsaiti çatışmazlığından şikayətlənir.
Alman Ortopediya və Travmatoloji Cərrahiyyə Cəmiyyəti isə federal hökuməti xeyriyyəçiliyi təşviq etməkdə, lakin “lazımi anda öz yaxasını kənara çəkməkdə” ittiham edib.
“Hakimiyyət özünü göstərdi və geri çəkildi, xərclər isə tibbi sığortaçıların və sosial təminatçıların çiyinlərinə düşdü”, - deyə təşkilatdan bildirilib.//Oxu.az
Respublica.Az


















