29-12-2023, 06:06 | Dəhşətli zəlzələ, dağıdıcı müharibə, gözlənilməz qiyam - 2023-cü ilin əsas hadisələri

Dəhşətli zəlzələ, dağıdıcı müharibə, gözlənilməz qiyam - 2023-cü ilin əsas hadisələri


Bitməkdə olan 2023-cü il Azərbaycan üçün əlamətdar oldu. Bu ilk növbədə, 19-20 sentyabrda uğurla aparılmış və ölkəmizin ərazi bütövlüyünü tam bərpa edən antiterror tədbirləri ilə yadda qaldı.

Dünya miqyasında isə bu il qlobal qeyri-sabitlik dövrünə qədəm qoyduğumuz barədə bundan öncə səsləndirilən proqnozları təsdiqlədi. Ukraynada davam edən müharibə ilə yanaşı, dünya yeni çağırışlarla - dağıdıcı zəlzələlər və iqlim dəyişikliyi, Yaxın Şərqdə yeni müharibə, geosiyasi rəqabətin artması və nüvə gücləri arasında gərginlik ilə üz-üzə durdu.

Respublica.Az lent.az-a istinadən 2023-cü ili yekunlaşdırır və dünyada baş verən bəzi əsas hadisələri yada salır.

Türkiyə və Suriyada zəlzələ

2023-cü il fevralın 6-da səhər saatlarında Suriya və Türkiyə sərhədi yaxınlığında 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verdi və ardınca daha bir 7,7 bal gücündə növbəti təkan baş verdi.

Zəlzələ Türkiyənin 10 vilayətində, xüsusən Kahramanmaraş, Qaziantep, Hatay, Adıyaman, Malatya və Diyarbakırda hiss olundu. Suriyada isə zəlzələ Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağıntılara yol açdı.

Türkiyədə təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak oldu, 100 mindən çox insan isə yaralandı. Zəlzələ azı 25 min binanı dağıtmaqla yanaşı, seysmik cəhətdən aktiv regionda tikinti zamanı təhlükəsizlik tələblərinin kütləvi pozulması faktını ortaya qoydu.

Türkiyə hakimiyyət orqanlarının son məlumatlarına görə, zəlzələ nəticəsində dəyən ümumi zərər təxminən 110 milyard dollar təşkil edib.

Suriyada isə zəlzələ baş verən ərazilərin bəzisinin hökumət, digərlərinə isə müxalifətin nəzarət altında olması ölənlərin dəqiq sayını təxmin etməyə çətinlik yaratdı. Suriyada zəlzələ qurbanlarının təxmini sayı 10 mini keçib.

COVID-19 pandemiyasının sonu

Ümumdünya Səhiyyə Təşkilatı bu il mayın 5-də cəmi 3 il 2 aya yaxın davam edən COVID-19 pandemiyasının sona çatdığını elan etdi.

Pandemiya dövründə 765,2 milyon insanın koronavirusa yoluxma (hazırda 772,8 milyon) halı qeydə alınıb və 6,9 milyona yaxın insan dünyasını dəyişib. Lakin ÜST qurbanların real sayını 20 milyon nəfərdən çox olduğunu təxmin edir.

ÜST COVID-19-un pandemiya statusunu aradan qaldırsa da, onun mutasiyasının davam etdiyini və yoluxucu xəstəliyə çevrildiyini bildirir.

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi

2020-ci il sentyabrın 8-də Böyük Britaniya kraliçası II Yelizaveta 96 yaşında vəfat etdi. Ölümündən sonra onun böyük oğlu, şahzadə Çarlz növbəti kral elan olundu, lakin onun təntənəli tacqoyma mərasimi yalnız 6 may 2023-cü ildə baş tutdu.

Bu, Britaniya monarxının son 70 ildə ilk tacqoyma mərasimi idi. Media mərasimin dəyərini 50-100 milyon funt-sterlinq (124 milyon dollara qədər) qiymətləndirib. Kral ailəsinin demək olar ki, bütün üzvləri tacqoyma mərasimi üçün Londona toplaşsa da, şahzadə Harri və həyat yoldaşı Megan övladları ilə birlikdə mərasimə qatılmadı.

"Qiyamət saatı"nın dəyişdirilməsi

2023-cü ilin yanvar ayında Ukraynada genişmiqyaslı müharibənin fonunda qlobal fəlakətə qarşı həssaslığı simvolizə edən "Qiyamət Saatı"nın əqrəbləri daha on saniyə irəli çəkildi və qlobal fəlakətə 90 saniyə yaxınlıqda dayandı. Bu 1947-ci ildə yaradılan "Qiyamət saatı"nın qlobal fəlakətə ən yaxın olduğu vaxtdır.

Qeyd edək ki, 2020-ci ildən gecə yarısına 100 saniyə qalmışdı və 2021 və 2022-ci illərdə dəyişməz qalmışdı.

"Vaqner"in qiyamı və Yevgeni Priqojinin ölümü

2023-cü il "Vaqner" özəl hərbi şirkətinin və onun lideri Yevgeni Priqojinin nüfuzunun zirvəyə qalxdığı və tez də həmin zirvəni itirməkləri ilə yadda qaldı.

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə zamanı, Rusiya ordusunun uğursuzluqları fonunda "Vaqner" dəstələri Baxmut və Soledar şəhərlərini ələ keçirməklə medianın diqqətini cəlb etdi. Daha sonra Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunu "Vaqner"ə qəsdən hərbi sursat verməməkdə ittiham etdi.

Bu narazılıq fonunda Yevgeni Priqojin iyunun 23-də axşam qiyam qaldırdı. O, "Vaqner" muzdluları ilə birlikdə Rusiya hərbi rəhbərliyinin devrilməsinə nail olmaq üçün Moskvaya "ədalət yürüşü"nə başladığını elan etdi. Ertəsi gün "vaqnerçilər" Rostov-na-Donu şəhərini nəzarətə aldılar və Voronej və Lipetsk bölgələrindən Moskva istiqamətində bir neçə yüz kilometr yürüş etdilər.

İğtişaşlar zamanı Rusiya ordusuna məxsus bir təyyarə və bir neçə helikopter vurulub, hərbçi itkiləri olub.

İyunun 24-ü aparılan danışıqlar nəticəsində qiyam dayandırıldı. Priqojinlə Kreml arasında razılaşmaya əsasən, "Vaqner" muzdluları Belarus ərazisində yerləşdirilməli və Priqojinə qarşı cinayət işini bağlanmalı idi.

Qiyam cəhdindən 2 ay sonra Yevgeni Priqojin və "Vaqner"in rəhbərliyi Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak oldu.

ABŞ-da seçki kampaniyasının başlanması

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Hazırkı dövlət başçısı Co Bayden Demokratlar Partiyasından yazda namizəd olmaq niyyətini açıqladı.

Hazırda Respublikaçılar Partiyası namizədlik uğrunda mübarizə davam edir, lakin namizədliyə əsas namizəd keçmiş Prezident Donald Trampdır. Hazırda ona qarşı 4 cinayət işi üzrə 91 ittiham irəli sürülsə də, Tramp təqsirsizliyini sübiut edib, prezident olmağa iddialıdır.

Hətta, Tramp artıq bəzi seçkiqabağı sorğularda Co Baydenlə mübarizədə liderlik etməyə başlayıb.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı

2023-cü il yayında Ukrayna hərbçiləri cəbhənin cənub və şərq cəbhəsində Rusiyaya qarşı əks-hücum əməliyyatlarına başladı. Məqsəd Zaporojye vilayətindən irəliləyərək Melitopol və Berdyansk şəhərlərinə çıxmaq, sonra isə Rusiyadan Krıma gedən quru yolunu bağlamaq idi. Əks-hücum eyni anda bir neçə çətinliklə üzləşdi.

Prezident Vladimir Zelenski Ukraynanın yay əks-hücum əməliyyatı zamanı istənilən nəticəni əldə etmədiyini, lakin Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməməsindən məmnun olduğunu bildirib.

Rəsmi Kiyev və Qərb əks-hücum əməliyyatlarının ümidləri doğrultmadığını etiraf edib.

İsrail və HƏMAS arasında müharibə

Yaxın Şərqdə yenidən böyük müharibə başladı. Oktyabrın 7-də HAMAS yaraqlıları Qəzza zolağından İsrailə daxil oldu və sərhəd zonasında bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi.

Gözlənilməz hücum zamanı 1300-dən çox israilli həlak oldu və onlarla insan girov götürüldü. İsrail hökuməti ölkədə hərbi vəziyyət elan etdi və dərhal Qəzza zolağını blokadaya aldı, bura hava hücumları, sonra isə quru əməliyyatına başladı.

"Dəmir Qılınclar" adı alan əməliyyatda məqsəd girovların azad edilməsi və HAMAS-ın məhv edilməsi idi.

Bu günə qədər davam edən əməliyyatlar zamanı 20 mindən çox fələstinlinin həlak olduğu, Milyonlarla insanın Qəzzadan qaçqın düşdüyü bildirilir.

İqlim əleyhinə rekordlar

Alimlər bildirirlər ki, bu il tarixdə ən isti il ​​olub. İl ərzində orta qlobal temperatur sənayeləşmədən əvvəlki dövrlərlə müqayisədə 1,46°C, 2016-cı ilin eyni dövründən isə 0,13°C yüksək olub ki, bu da rekorddur.

Dünyanın bir çox ölkəsində, xüsusən də Avropanın cənubunda və Afrikanın şimalında həddindən artıq istilər olub.

Bundan əlavə, okeanlarda istiləşmənin davam etməsi və buzlaqların və buz təbəqələrinin əriməsi səbəbindən dəniz səviyyəsinin qalxması müşahidə olunur.

BMT-nin İqlim Dəyişikliyi Konfransı, bütün qalıq yanacaqların mərhələli şəkildə ləğv edilməsinə dair tarixi müqavilə imzaladı. COP28 iştirakçıları "elmi tərəqqiyə uyğun olaraq 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün bu kritik onillikdə irəliləyişi sürətləndirərək, enerji sektorunu ədalətli, nizamlı və ədalətli şəkildə qalıq yanacaqlardan uzaqlaşdırmağa" razılaşdılar. Onlar ümid edirlər ki, bu, 2030-cu ilə qədər külək və günəş kimi bərpa olunan enerji mənbələrindən istifadəni üç dəfə artıraraq kömür, neft və qazı əvəz edəcək.

Lakin, Beynəlxalq Enerji Agentliyi hesab edir ki, konfransdakı razılaşmalar qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün kifayət deyil.

Respublica.Az





29-12-2023, 06:04 | Oğlunu aclıqdan öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY

Oğlunu aclıqdan öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY



Kaluqada azyaşlı oğlan aclıqdan ölüb.

Respublica.Az lent.az-a istinadən xəbər verir ki, anası onu müalicə etmək məqsədilə ac saxlayıb.

Məlumata əsasən, Kaluqa Regional Məhkəməsi uşaqlarını müalicə etmək üçün yeməkdən məhrum edən qadına qarşı hökm çıxarıb. O, 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi azyaşlı övladlarını adekvat qidalanmadan məhrum etməkdə, nəticədə oğullarından birini qidalanmadan öldürüb, digər ikisinin səhhətinə orta ağır zərər vurmaqda ittiham edilib. O, ümumi rejimli koloniyada 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda qadın beynəlxalq axtarışdadır. O, ailəsini qoyub Azərbaycana qaçdığı üçün cinayət işinə təqsirləndirilən şəxsin iştirakı ilə məhkəmə tərəfindən baxılıb. O, həbs olunduğu andan cəzasını çəkməyə başlayacaq.

Respublica.Az





29-12-2023, 05:50 | Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!

Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!


Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" Rusiya vətəndaşlarını təcili olaraq vəsaitlərini birjadan çıxarmağa çağırıb.

Respublica.Az musavat.com-a istinadən xəbər verir ki, şirkət Rusiya müştərilərinə tezliklə rubl əməliyyatlarını dəstəkləməyi dayandıracağına dair xatırlatmalar göndərib. İstifadəçilərə 29 dekabr 2023-cü il tarixinə qədər vəsaitlərini çıxarmaq tövsiyə olunub - cümə günündən etibarən birjada açıq mövqelər bağlanmağa başlayacaq. Şirkət qeyd edib ki, vəsaitlər məhdudiyyətsiz şəkildə CommEX birjasına və ya hər hansı digər kripto platformasına köçürülə bilər.

"Binance" nümayəndələri xəbərdarlıq ediblər ki, platforma 31 yanvar 2024-cü ildən etibarən Rusiya rublu ilə əməliyyatları dəstəkləməyi dayandıracaq. Kriptovalyuta birjası öz p2p platformasında rublu dəstəkləməyi dayandıracaq və onu ticarət cütlüklərinə daxil etməyəcək. Bununla belə, istifadəçilər hələ də CommEX platformasında rus valyutası ilə əməliyyatlar etmək imkanına malik olacaqlar - onlar "Binance" hesablarını platforma hesabına birləşdirərək rubl aktivlərini köçürə bilərlər: "Bundan əlavə, istifadəçilər 31 yanvar 2024-cü il saat 0:00-a (UTC) qədər Binance fiat partnyorları vasitəsilə rus rubllarını çıxara, konversiya alətindən istifadə edərək rus rublunu kriptovalyutaya çevirə və ya Binance spot bazarında rus rublunu kriptovalyutaya dəyişə bilərlər".

2023-cü ilin sentyabrında Binance Rusiyadan tamamilə çıxdığını və biznesini CommEX-ə satdığını elan etdi. Birjanın baş uyğunluq mütəxəssisi Noah Perlmanın sözlərinə görə, ölkədə fəaliyyət göstərmək "Binance"in "uyğunluq strategiyası" ilə ziddiyyət təşkil edir. 26 avqust 2023-cü il tarixindən kriptovalyuta birjası ruslara rubldan başqa hər hansı valyuta əməliyyatı aparmağı qadağan edbi və noyabrın 15-dən rubl əmanətlərini dəstəkləməyi dayandırıb.

Respublica.Az



28-12-2023, 06:39 | Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə

Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə



İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail baş nazirinin Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində deyib.
Ətraflı

"İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur", - F.Altun bildirib.

Respublica.Az







28-12-2023, 06:38 | Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...

Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...


Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.

Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.

Respublica.Az





28-12-2023, 06:35 | Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü

Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü


Yunanıstanda "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda Peloponnes yarımadasında yerləşən Kalamata aerodromu yaxınlığında baş verib. Yerə düşməzdən əvvəl təyyarədə partlayış olub.

Təlim təyyarəsinin pilotunun öldüyü təsdiqlənib. Bildirilib ki, ölən pilot eskadron rəhbəri 40 yaşlı Epaminondas Kostasdır.

Qeyd olunub ki, "Т-2 Buckeye" adıçəkilən aerodromda Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus yeganə təlim təyyarəsi olub.

Respublica.Az

28-12-2023, 06:31 | KİV: Rusiyanın Krımda vurulan hərbi gəmisinin 33 dənizçisi itkin düşüb

KİV: Rusiyanın Krımda vurulan hərbi gəmisinin 33 dənizçisi itkin düşüb


Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının Feodosiya limanında "Novoçerkassk" desant gəmisini vurması nəticəsində ən azı 33 dənizçi itkin düşmüş hesab olunur.

Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Astra" "Telegram" kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçi də yaralanıb.

Krımın hazırkı rəhbəri Sergey Aksenov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirib.

"Astra"nın məlumatına görə, ölən şəxs 64 yaşlı liman mühafizəsi işçisi Nadejda Tolşinadır.
Məlumatda, həmçinin qeyd edilib ki, hücum yerində "Storm Shadow" raketinin fraqmentləri tapılıb.

Zərbə zamanı "Novoçerkassk" gəmisində dənizçilərin olması faktı daha əvvəl "Agentstvo" nəşri və "VÇK-OQPU" anonim "Telegram" kanalı tərəfindən də bildirilmişdi.

Xatırladaq ki, dekabrın 26-na keçən gecə Ukrayna HHQ Feodosiya limanında "Novoçerkassk" desant gəmisini məhv edib. Daha sonra sosial şəbəkələrdə desant gəmisinin son görüntüləri yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində, həmçinin Feodosiya dəmiryol vağzalına da ziyan dəyib.

Respublica.Az





28-12-2023, 06:28 | İrəvan təhlükəli oyunlara cəlb edilir - Zaxarova

İrəvan təhlükəli oyunlara cəlb edilir - Zaxarova


Biz xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara necə cəlb etməyə çalışdığını görürük. Görürük ki, erməni xalqının taleyi Qərb üçün qətiyyən maraqlı deyil. Onlar ermənilərin hisslərindən, tarixi yaddaşlarından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat kofnransında deyib.

O bildirib ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanda sülhün, sabitliyin və firavanlığın olmasını hər cür dəstəkləməyə hazırıq:

"Bu, bir sıra səbəblərə görə bizim üçün həqiqətən vacibdir. Bu, bizim ümumi tariximiz, xalqların qarşılıqlı anlaşması və mədəniyyətidir. Bu, həm də regional sabitlik, ümumi çağırışlar və problemlərdir ki, onları birlikdə həll etmək daha asandır. Rusiya və Aİİ ilə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatında əhəmiyyətli artım qeydə alınıb. Biz İrəvanla Bakı arasında üçtərəfli sazişlər əsasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda gərginliyin azaldılmasında və regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıyıq ki, buna da "3-3" formatı sayəsində əməkdaşlığın genişləndirilməsi kömək edə bilər".

Respublica.Az




28-12-2023, 06:18 | Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir

Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir


Amerika və Avropa rəsmiləri tədricən diqqətlərini Ukraynanın Rusiyaya qalib gəlmək məqsədini dəstəkləməkdən münaqişəyə son qoymaq üçün potensial danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldirlər və bu barədə strategiyasını dəyişirlər.

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, Vaşinqton və onun avropalı müttəfiqləri Ukrayna ilə bağlı "sakitcə strategiyanı dəyişir" və ölkənin şərqində daha müdafiə mövqeyinə keçməyi müzakirə edirlər.

Məqalədə deyilir: "Bu cür danışıqlar çox güman ki, Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi demək olacaq. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Ukraynanın Belarusla şimal sərhədi boyunca istehkamların, tank əleyhinə maneələrin və səngərlərin tikintisi müzakirə edilir.

Bayden administrasiyası həmçinin Kiyev lazımi silahları özü istehsal edə bilsin deyə Ukraynanın hərbi-sənaye kompleksini tez bir zamanda bərpa etmək niyyətindədir".

Respublica.Az




28-12-2023, 06:15 | Qərb Rusiyaya ərazi güzəştləri edəcək - "Politiko"

Qərb Rusiyaya ərazi güzəştləri edəcək - "Politiko"


ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalı siyasətçiyə istinadən yazıb.

Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar.

"İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq", - nəşr bildirib.

Vurğulanıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyi açıq elan edə bilməyəcək:

"Bu müzakirələr (sülh danışıqları haqqında - red.) başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir".

Respublica.Az





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.