23-01-2024, 15:35 | Ermənistan ordusunda RƏZALƏT - qadın kişilərlə eyni... - VİDEO

Ermənistan ordusunda RƏZALƏT - qadın kişilərlə eyni... - VİDEO



Gənc çağırışçılarla eyni hərbi komissarlıqda yoxlamadan keçir, oğlanlarla eyni avtobusda hərbi hissəyə yola salınır...

Oğlanların baxışından isə bir sual yağır, onun burada nə işi var?

Hərbi hissənin yeməkxanasında elə kişilərlə birgə nahar edən Milenadır.

Hansı ki Ermənistanda qadınlar üçün könüllü 6 aylıq məcburi hərbi xidmət proqramı çərçivəsində ordu sıralarına qatılan qızlardan ilki...

Xəzər TV-yə istinadən bildirir ki, ikinci Qarabağ müharibəsindən sonra xeyli sayda hərbiçi itirən Ermənistan rəhbərliyi ordudakı boşluqları doldurmaq üçün qadınların da hərbi xidmətə cəlb ediləcəyini dəfələrlə bildirmişdi. Erməni qadınlarının hərbi şəraitə dözə bilib və ya bilməyəcəyini böyük sual işarəsi kimi qəbul edən hökümət belə bir qərar qəbul edib ki, bu proqramda məcburilik prinsipi önə çəkilsin.

Hərbi ekspert Rizvan Fikrətoğlu deyir ki, qadınların hərbi xidmət keçdiyi ölkələrdə qadın hərbçilər üçün ən müasir infrastruktur yaradılır. Ermənistanda isə əksinə, qadın hərbçi kişi ilə eyni kazarmada yaşamağa, yatmağa məcbur olacaq.

O, hesab edir ki, bu cür şəraiti gördükdən sonra çətin ki, Ermənistanda qadınların hərbi xidmətə marağı artsın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

5-01-2024, 14:01 | Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi

Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi



Cənubi Koreya Sarı dənizdəki adalarda təlimlər keçirməyə başlayıb.

Seul bu addımı Şimali Koreyanın dənizdəki adalarını atəşə tutmasına cavab olaraq atıb.

Yerli Yonhap xəbər agentliyi yazır ki, Koreya Respublikası Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, təlimlər 19 sentyabr 2018-ci il tarixində Koreyalararası hərbi sazişin imzalanmasından sonra ilk dəfədir ki keçirilir.

Qeyd edək ki, yanvarın 5-də Şimali Koreya hərbçiləri iki saat ərzində sahildən Cənubi Koreyanın Pangnendo və Yeonpyeongdo adalarına doğru 200-dən çox artilleriya atəşi açıb. Cənubi Koreya tərəfində dağıntı qeydə alınmayıb. Mərmilər Şimali Koreya ərazisinə düşüb.


5-01-2024, 13:59 | Almaniya Ukraynaya 10 “Marder” göndərdi

Almaniya Ukraynaya 10 “Marder” göndərdi



Almaniya Ukraynaya 10 ədəd "Marder" zirehli döyüş texnikası və "Leopard-2" tankları üçün döyüş sursatı göndərib.

axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatı daxildir.

Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.


5-01-2024, 13:35 | Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!

Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!



ABŞ İranla münaqişəyə can atmır.

axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.

"İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik", - o deyib.

Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.


5-01-2024, 13:08 | "Qəzzada mülki hakimiyyət fələstinlilərə verilməlidir"

"Qəzzada mülki hakimiyyət fələstinlilərə verilməlidir"



İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında HƏMAS ilə müharibə bitəndən sonra keçiriləcək əməliyyatlar planını təqdim edib.

Trend-ə istinadən bildirir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

Qallantın planına əsasən, Qəzza zolağının mülki idarəetməsi fələstinlilərə verilməli, sərhədlərdə hərbi nəzarət və Qəzza zolağında hər hansı lazımi hərbi əməliyyatları və təhlükəsizlik tədbirlərini həyata keçirmək hüququ isə İsraildə qalmalıdır.

"Qəzza sakinləri fələstinlilərdir, buna görə də məsuliyyəti Fələstin orqanları daşıyacaq, bir şərtlə ki, İsrail dövlətinə qarşı heç bir düşmənçilik hərəkətləri və ya təhdid olmasın", - Qallant deyib.

30-12-2023, 08:27 | “Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

“Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı



Traktor" klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar.

Çağırışın adıçəkilən fəalların "Traktor" və "Mələvan" komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.
Ətraflı

Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda "Mələvan" komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.

"Traktor" komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.

Respublica.Az


30-12-2023, 08:20 | Rusiya vurdu, Qərb raketlərin pulunu hesabladı

Rusiya vurdu, Qərb raketlərin pulunu hesabladı


Ukraynaya bugünkü kütləvi raket zərbəsi Rusiyaya 1,2 milyard dollara başa gələ bilər.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxsaylı PUA hücumunun ardınca kütləvi raket zərbəsi endirib. BBC müxtəlif tipli 100-dən çox raket atıldığını yazıb.

Ukrayna Prezidenti Zelenski isə "Xəncər", S-300, qanadlı raket, X-101/X-505 də daxil olmaqla, 110 raket atıldığını bildirib.

Respublica.Az



29-12-2023, 06:25 | Putin: Ukrayna müharibəsi bu qədər davam edəcək

Putin: Ukrayna müharibəsi bu qədər davam edəcək


Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martında Moskvada keçirilən görüşdə Çin dövlət rəhbəri Si Sziinpinə Rusiyanın Ukraynada ən azı beş il döyüşəcəyini deyib.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei Asia" nəşri öz məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, görünür, bu yolla Putin hərbi əməliyyatlar zamanı o vaxt (2023-cü ilin martında - red.) Rusiyanın xeyrinə olmayan vəziyyəti qısaca təsvir etməyə çalışıb və Szinpini əmin edib ki, sonda Rusiya qalib gələcək.

Qeyd edək ki, Ukraynanın əks-hücumu iflasa uğrayandan sonra hazırda Rusiya müharibədə təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə Ukrayna ordusunun müdafiəsini yarıb. Hətta Marinka şəhərini də tam işğal edib.

Respublica.Az

29-12-2023, 06:24 | Kim Çen orduya müharibəyə hazırlaşmaq əmri verdi

Kim Çen orduya müharibəyə hazırlaşmaq əmri verdi



Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın misli görünməmiş qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün hərbi, sursat sənayesi və nüvə sektoruna müharibə hazırlığını gücləndirməyi əmr edib.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Bildirilib ki, Yeni il öncəsi hesabatla çıxış edən və siyasi istiqamətləri müəyyənləşdirən Kim Çen Pxenyanın imperializmə qarşı olan müstəqil ölkələrlə strateji əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.

Həmçinin Kim Çen orduya və döyüş sursatları, nüvə silahları və mülki müdafiə sənayesinin müharibə hazırlıqlarını daha da sürətləndirmək göstərişi verib.

Respublica.Az



29-12-2023, 06:14 | Rusiyanın yeni “Pantsir”ləri cəbhədə göründü

Rusiyanın yeni “Pantsir”ləri cəbhədə göründü


Rusiyanın "Pantsir" sisteminin yenilənmiş versiyası artıq cəbhə xəttindədir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın "İnteria" portalı məlumat yayıb.

Bildirilib ki, modernləşdirilmədən sonra sistemin hədəfi aşkar etmək və vurmaq məsafəsi xeyli təkmilləşdirilib.

Hədəf aşkarlama və izləmə sistemi, eləcə də optik-elektron kompleks 75 kilometrə qədər məsafədə kiçik hədəfləri müəyyən etməyə qadirdir və yeni idarə olunan raketlərin istifadəsi vurma məsafəsini 10 kilometr əvəzinə 40 kilometrə qədər artırıb.

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.