13-02-2024, 05:48 | Afinada silahlı hücum - Ölənlər var

Afinanın dənizkənarı Qlifada rayonunda "European Navigation" gəmiçilik şirkətinə məxsus ofisə silahlı şəxs daxil olub.
Bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib.
Məlumatda silahlı hücumu törədən şəxsin vaxtilə həmin şirkətin əməkdaşı olduğu və yaxın günlərdə işdən azad edildiyi qeyd olunub.
Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
12-02-2024, 19:58 | Bayden paketdəki çipslərdən şikayətləndi

ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan Amerika şirkətlərinin fəaliyyətindən şikayətlənib.
O, bu haqda "X" sosial şəbəkəsindəki səhifəsində şərhlə video yayımlayıb.
"Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirdiyiniz şeylərdən biri odur ki, qiymət eyni olsa da, içki şüşələri kiçilib və cips paketlərində daha az cips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin fərqinə varmayacağına inanırlar", - Ağ Ev rəhbəri qəzəblənib.
Bayden qida şirkətlərini insanları aldatmağı və şrinkflyasiyanı dayandırmağa çağırıb.
12-02-2024, 11:07 | Netanyahu Fələstinlə sülhün nə zaman baş tutacağını açıqladı

"Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək".
oxu.az-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır", - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.
12-02-2024, 10:48 | Dünya rekordçusu faciəvi şəkildə öldü

Keniyalı marafonçu Kelvin Kiptum 24 yaşında yol qəzasında dünyasını dəyişib.
publika.az-a istinadən xəbər verir ki, bu barədə "Nation Africa" məlumat yayıb.
Bildirilib ki, Kiptumun idarə etdiyi avtomobil bazar günü axşam saatlarında qəzaya düşüb. Avtomobildə idmançıdan başqa daha iki sərnişin olub. Onlardan biri, Kiptumun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. İkinci sərnişin qız olub, o, xəsarətlərlə xəstəxanaya aparılıb.
Kiptum aprelin 14-də Rotterdam marafonunda iştirak etməli idi. O, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün Keniya yığmasının heyətinə daxil edilmişdi.
2023-cü ildə Kiptum planetin bir sıra əsas marafonlarında - London və Çikaqoda iki yarışda qalib gəlib. Ümumilikdə bu seriyaya altı yarış daxildir - London, Berlin, Tokio, Nyu-York, Boston və Çikaqo. O, ötən il oktyabrın 8-də Çikaqo marafonunda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu vurub.
Nyus.Az
9-02-2024, 09:25 | Moskvadakı güclü yanğın tam söndürülüb - YENİLƏNİB

Yanğınsöndürənlər Moskva şəhərinin şimalında yaşayış binasının damında baş verən yanğını tamamilə söndürüblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Paytaxtın şimalında baş verən yanğın tamamilə söndürülüb", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Çernyaxovski küçəsində altı mərtəbəli yaşayış binasının dam örtüyü yanıb, yanğın 4 min kv.m. ərazini əhatə edib, 400 nəfər təxliyə edilib, hələ ki, ölüm barədə məlumat yoxdur.
Yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-------
07:11
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Çernyaxovski küçəsində güclü yanğın başlayıb.
report.az-a istinadən xəbər verir ki, altımərtəbəli binanın damında başlayan yanğın daha sonra geniş ərazini əhatə etməyə başlayıb.
Belə ki, yanğın beş binanın damına sirayət edib və nəticədə üç mənzil alova qərq olub.
Artıq alovun sahəsi 4 min kv.m ötüb, 400-dən çox sakin isə təxliyə edilib və 10-dan çox şəxs xəsarət alıb.
Yanğının söndürülməsinə Moskvanın yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət və iki helikopter cəlb olunub.
9-02-2024, 09:23 | Hizbullah”ın komandiri biri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Nəbatiyyə şəhərində "Hizbullah" qruplaşmasına məxsus avtomobili partladıb.
Bu barədə Livanın səsi radiostansiyası məlumat yayıb.
Hücum nəticəsində onun hərbi liderlərindən biri, Livanın cənubundakı silahlılara komandanlıq edən Abbas əd-Debs məhv edilib. Onunla birlikdə avtomobildə daha iki silahlı ölüb.
Qeyd olunub ki, İsrailin pilotsuz uçuş təyyarələri Nəbatiyə və Zəhrani bölgəsi ətrafında aşağı hündürlükdə uçuşlarını davam etdirir.
Arzun, Dabaal, Əl-Civar və Sreyfa kəndləri üzərində səmada PUA-lar görünüb. Digər yerüstü hədəflərin məhv edilməsi barədə məlumat verilməyib.
report.az
9-02-2024, 09:18 | “"Ən pis ssenariyə hazırlaşmaq üçün maaş verilir” - NATO

"NATO Rumıniyanın və ya digər müttəfiq ölkələrin təhlükəsizliyinə təhlükə görmür".
Bunu NATO Baş Katibinin müavini Mirça Coane Şimali Atlantika Şurasının milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən iclasından sonra deyib.
"Biz Rumıniyanın və ya ittifaq ölkələrinin təhlükəsizliyinə təhlükə görmürük, lakin biz hərbi gücə və iqtisadi sabitliyə daha çox sərmayə yatırmağa ehtiyac görürük. Gəlin açıq deyək: hərbi rəhbərlərimizə ən pis ssenariyə hazırlaşmaq üçün maaş verilir, bu, onların işidir. Bu ssenarilərdən qaçmaq siyasi liderlər kimi bizim borcumuzdur", - deyə, o bildirib.
Rumıniya mətbuatı xəbər verir ki, NATO baş katibinin müavini Müdafiə Qərargahının rəisi, general Vlad Qeorqitsin "Azad Avropa"nın Rumıniya bölməsinə bu yaxınlarda verdiyi müsahibəyə belə cavab verib.
Bu müsahibədə Ukraynadakı münaqişə kontekstində Rumıniya hərbi lideri bildirib ki, ölkə əhalisi və bütün Avropa hərbi münaqişəyə hazır olmalıdır. Məlumata görə, Müdafiə Nazirliyi 18-35 yaşlı gənclərin könüllü hərbi xidmət keçməsini nəzərdə tutan "Əhalinin müdafiəyə hazırlanması haqqında" qanun layihəsi hazırlayır.
9-02-2024, 09:17 | ABŞ-dan İsrailə xəbərdarlıq: Fəlakət ola bilər

İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər.
axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb:
"İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik".
9-02-2024, 09:11 | Estetik əməliyyat olan qadın pulunu ödəməmək üçün görün nə etdi - VİDEO

İstanbulda özəl xəstəxanalardan birində plastik əməliyyat etdirən qadın qaçmağa çalışıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının xərcləri ödəməmək üçün qaçdığı məlum olub.
Həkimlər və tibb bacıları qadını saxlamağa çalışıb.
Küçədə baş verən həmin proses kamera ilə anbaan lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
9-02-2024, 09:11 | Estetik əməliyyat olan qadın pulunu ödəməmək üçün görün nə etdi - VİDEO

İstanbulda özəl xəstəxanalardan birində plastik əməliyyat etdirən qadın qaçmağa çalışıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının xərcləri ödəməmək üçün qaçdığı məlum olub.
Həkimlər və tibb bacıları qadını saxlamağa çalışıb.
Küçədə baş verən həmin proses kamera ilə anbaan lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:




















