22-12-2023, 13:23 | Almaniyada qondarma "erməni soyqırımı" abidəsi sökülüb - FOTO

Almaniyanın Köln şəhərində qondarma "erməni soyqırımı" abidəsi sökülüb.
Respublica.Az APA-ya istinadən bildirir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, bu barədə qərarı Köln bələdiyyəsi verib.
Respublica.Az

22-12-2023, 09:50 | Dehli Rusiya tankerlərini buna görə buraxmır

Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmamasının səbəbi məlum olub.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib.
Qeyd olunub ki, ABŞ-ın Putinin "kölgə donanmasına" hücum kampaniyasına başlamasından sonra Hindistan Rusiya tankerlərini qəbul etməyi dayandırıb.
"Gəmiləri nəyin saxladığı dəqiq bəlli deyil, lakin bu, ABŞ-ın Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları ola bilər", - nəşr bildirib.
Qeyd edək ki, oktyabrın ortalarında ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarəti ilə bağlı gəmilərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu müddət ərzində sanksiyaya məruz qalan səkkiz gəmidən altısı Rusiyanın dövlət tanker şirkəti "PJSC Sovcomflot"a məxsusdur. Bu tankerlərdən biri - "NS Century" Hindistanın Vadinar limanına neft çatdırmalı idi, lakin indi bir aydan çoxdur ki, Şri-Lankanın cənubunda okeanda gözləyir.
Rusiya neftini daşıyan altı tanker artıq bir müddətdir ki, naməlum səbəbdən Hindistan sahillərində dayanıb.
Respublica.Az
22-12-2023, 09:41 | Zelenski təsadüfən bu sözü dedi, ABŞ-ı şantaj etdi...

Ukrayna Prezidenti Vaşinqtona səfəri zamanı təsadüfən şantaj taktikasından istifadə edərək özünə zərbə endirib.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə britaniyalı politoloq Mark Qaleotti deyib.
Ətraflı
O bildirib ki, ABŞ səfərindən qayıdan Zelenskinin " Vaşinqtonun Kiyevə xəyanət etməyəcəyinə əminəm" açıqlaması bir çoxları tərəfindən Qərbə üstüörtülü zərbə kimi qəbul edilib
Qaleotti vurğulayır ki, ukraynalılar Zelenskini problemləri həll etməyə qadir olan "möcüzə yaradan" kimi qəbul etməyi dayandırıblar.
Respublica.Az
20-12-2023, 18:15 | Yarım milyon insan cəbhəyə göndərilir?

Prezident Vladimir Zelenskinin mətbuat konfransında açıqladığı 500 min nəfərlik rəqəm onların səfərbər etmək istədikləri əlavə insanlar deyil. İki ildir müharibədə olanları əvəz etmək üçün bu qədər ukraynalı lazımdır.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.
"İnsanlarımızın çoxu bir neçə ildir mübarizə aparır, onlara istirahət vermək lazımdır. Onları əvəz edəcək adamlar olmalıdır. Ola bilsin ki, bir-iki il döyüşən bu adamları evə göndərmək lazım gələcək. Çünki bir adam bu qədər uzun müddət mübarizə apara bilməz", - A.Getman bildirib.
Onun sözlərinə görə, səfərbərlik hər kəsin cəbhəyə göndərilməsi demək deyil:
"Mən başa düşürəm ki, çoxları səfərbər olmaq istəmir. Burada başa düşmək lazımdır ki, səfərbərlik sizin mütləq cəbhədə və əlinizdə tüfəng olması deyil. Ukrayna Silahlı Qüvvələrində təmas xəttindən başqa çoxlu iş var. Mühəndislik işləri, səyyar iş, kəşfiyyat, rabitə şöbələri, döyüş xidməti, mühasibat uçotu, silah xidməti. Hətta orkestr xidməti, din xadimləri olmalıdır".
Qeyd edək ki, ötən gün Prezident Vladimir Zelenski Ukrayna ordusunun Baş Qərargahının hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istədiyini açıqlayıb.
Respublica.Az
20-12-2023, 18:13 | "Məhv edirik, əl çəkməyəcəyik" - Putindən sərt mesaj

Qərb Rusiyaya qarşı hibrid müharibəsini davam etdirir.
Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"NATO-nun fəaliyyəti kəskin şəkildə artdı. Rusiya Federasiyasının sərhədlərinə ABŞ-dan əhəmiyyətli qüvvələr yerləşdirildi. Qərb NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdi. Lakin onlar həyasızcasına, hər addımda yalan danışırlar. Rusiya Federasiyası xüsusi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil. Rusiya qoşunlarının xüsusi əməliyyat zonasında təşəbbüsü var".
Rusiyalı lider bildirib ki, Ukrayna ağır itkilər verir və ehtiyatlarını böyük ölçüdə Qərbə əks-hücumun nəticələrini göstərməyə sərf edib: "Qərbin Rusiya Federasiyasına strateji məğlubiyyətə uğratmaq üçün bütün cəhdləri iflasa uğradı. Xüsusi əməliyyat Qərb hərbi texnikasının toxunulmazlığı mifini məhv etdi".
Respublica.Az
18-12-2023, 06:53 | Zelenski dəhşətli həftə keçirdi: çıxılmaz durum...

Zelenski həqiqətən dəhşətli bir həftə keçirib. Onun komandası AB-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarından sonra qələbəni elan etsə də, üzvlük üçün müharibə Kiyevin qələbəsi ilə başa çatmalıdır. Ancaq bunların heç birinə hazırda zəmanət verilmir.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-in məqaləsində deyilir.
Məqalədə Zelenskinin Ukraynaya kömək istəməsi üçün ABŞ-a səfəri mövzusuna da toxunulub.
"ABŞ və AB-nin maddi dəstəyi olmasa və ya onlardan biri maliyyə dəstəyini dayandırsa, çox güman ki, yaxın iki ildə Ukraynanın böyük hissəsi Rusiyanın işğalı altına düşəcək", - deyə bildirilir.
Respublica.Az
18-12-2023, 06:44 | Yaxın Şərq ABŞ-ın nəzarətindən çıxdı - Tramp

ABŞ hökuməti Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verdi.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp sosial şəbəkə səhifəsində yazıb.
"Həqiqətən də pis hadisələr baş verir, lakin bizim bunların hamısını dayandırmaq qüdrətimiz var. Əgər biz bununla güc və dəqiqliklə mübarizə aparmasaq, fəlakət baş verə bilər", - Tramp bildirib.
Respublica.Az
17-12-2023, 11:51 | Türkiyədə bələdiyyə sədrlərinin adları bu tarixdə açıqlanacaq

Türkiyədə 27 dekabr tarixində böyük şəhərlərin bələdiyyə sədrliyinə namizəd olanların adları açıqlanacaq.
TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dekabrın 27-də Türkiyə Böyük Millət Məclisinin AK Parti iclasında bələdiyyə sədrlərinin ilk namizəd qrupunun təqdim edilməsi planlaşdırılır.
Hərtərəfli tədimat isə yanvar ayında keçiriləcək.
Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.
17-12-2023, 11:42 | “İsrail HƏMAS-a maksimum hərbi təzyiq göstərməyə davam edəcək”

İsrail Qəzza zolağında saxlanılan girovların geri qaytarılmasını təmin etmək və terrorçular üzərində qəti qələbəyə nail olmaq üçün Fələstinin radikal HƏMAS hərəkatına maksimum hərbi təzyiq göstərmək siyasətini davam etdirəcək.
Respublica.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu fövqəladə hərbi kabinet üzvləri - müdafiə naziri Yoav Qalant və keçmiş müdafiə naziri Benni Qantsla birgə mətbuat konfransı zamanı deyib.
"Hərbi təzyiq həm girovları qaytarmaq, həm də qələbəyə nail olmaq üçün lazımdır. Yalnız bu, bütün məhbuslarımızın azad edilməsinə səbəb olacaq. Bunsuz bizdə heçnə alınmayacaq", - Netanyahu deyib.
Öz növbəsində müdafiə naziri də İsrailin HƏMAS-a hərbi təzyiqi davam etdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hərbçilər səy göstərməsəydilər, "heç nə olmazdı": "Biz aylarla gözləyə bilərdik və girovlardan heç biri geri qayıtmayacaqdı".
Respublica.Az
17-12-2023, 10:59 | Zaxarova: Bu, onların özünə daha çox zərər verəcək

Avropa İttifaqının yeni anti-Rusiya sanksiyalar paketi, bütün əvvəlkilər kimi, Aİ-nin özünə daha çox zərər verəcək,
Respublica.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Aİ-nin daxili inkişaf üçün lazım olan resurslar Birləşmiş Ştatların maraqlarına, o cümlədən hərbi sənaye kompleksinə xidmət etməyə yönəlib. ABŞ-nin yanlış geosiyasi hesablamalarının təzyiqi altında Avropa İttifaqı siyasi və iqtisadi çəkisini itirməkdə davam edir.
Respublica.Az


















