14-12-2023, 08:48 | Netanyahu: "Sona qədər davam edəcəyik"

Netanyahu: "Sona qədər davam edəcəyik"



İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcəklərini bildirib.

Respublica.Az report-a istinadən xəbər verir ki, İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən Baş nazir Qəzza zolağında hücumlarını davam etdirən ordunun rəsmiləri ilə telefonla danışıb.

"Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sonadək, qələbəyə qədər, HƏMAS-ı məhv edənə qədər davam edəcəyik", - Netanyahu deyib.

O, vurğulayıb ki, İsrail hərbi əməliyyatları davam etdirəcək: "Bizi heç nə dayandıra bilməz".

Dünən Qəzza zolağının şimalında "İzzəddin əl-Qəssam" pusquya salması nəticəsində İsrailin 10 hərbçisinin həlak olmasına işarə edən Netanyahu, "Dünən çox çətin bir gün keçirdik", - deyib.

Respublica.Az

14-12-2023, 07:48 | Qərb Fələstin dövləti yaratmaq istəmir – Lavrov

Qərb Fələstin dövləti yaratmaq istəmir – Lavrov


Qərb ölkələri Fələstin dövləti yaratmaq istəmir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"75 il öncəki qərara əsasən, İsrail dövlətinin yanında Fələstin dövləti yaradılmalı idi, amma heç kim yaratmadı. Qərb ölkələri və İsrail BMT-nin qərarı ilə nəzərdə tutulmuş Fələstin dövlətini yaratmaq niyyətində deyil. Əldə etdiyimiz məlumatlara görə, Qərb və hazırkı İsrail rəhbərliyi Qəzzanın İordan çayının qərb sahili ilə birləşməsini istəmir", - Lavrov deyib.

Respublica.Az

14-12-2023, 07:43 | Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk yüksəkdir

Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk yüksəkdir



Geologiya mühəndisi Fahri Çelik zəlzələ zamanı Türkiyənin ən təhlükəsiz və təhlükəli şəhərlərini açıqlayıb.

Respublica.Az musavat.com-a istinadən bildirir ki, o, xüsusilə bir şəhər haqqında xəbərdarlıq edib.

F.Çelik Qara dəniz sahilindəki şəhərlərin təhlükəsiz olduğunu bildirib.

Onun sözlərinə görə, Gümüşhanə Türkiyənin ən təhlükəsiz şəhərləri arasında birinci, Trabzon ikinci, Rizə üçüncü, Zonguldak isə dördüncüdür.

Alim İstanbulun altıncı yerdə olduğunu bildirib:

"Bu, Qara dəniz sərhədi boyunca belə davam edir. Dağları və təpələri olduğu üçün İstanbulu təhlükəsiz hesab edirəm. Bodrum və Antalya vilayətlərimiz də güclüdür. Sadaladığım şəhərlərdə dağlar olduğu üçün zəlzələ baş verəndə qısa müddət davam edir".

Fahri Çelik Hakkarini zəlzələ ehtimalının ən yüksək olduğu vilayət hesab edir:

"Hakkaridə zəlzələ riski yüksəkdir. Amma zəlzələ olsa belə oradakı vətəndaşlar qorxmasın. Çünki Hakkarinin ətrafı dağlardır, böyük dağıntı olmayacaq".

Respublica.Az



14-12-2023, 07:34 | Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO

Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO



ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı "Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox" sualına gülüb.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb. Görüntülərdə jurnalist Amerika liderindən soruşur: "Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?"

Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur.

"Hə, ya yox?" - deyə jurnalist təkrar sual verir.

13-12-2023, 13:18 | Hakimi vuran klub prezidenti 10 il azadlıqdan məhrum olunacaq?

Hakimi vuran klub prezidenti 10 il azadlıqdan məhrum olunacaq?



Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Respublica.Az report-a istinadən xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca "qəsdən yaralama"da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur. Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq.

Bundan əlavə, "idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında" qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur.

Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər.

Qeyd edək ki, Superliqanın XV turunun "Ankaragücü" - "Rizəspor" (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.

13-12-2023, 12:24 | Zelenski ABŞ-dan yenə ATACMS istədi

Zelenski ABŞ-dan yenə ATACMS istədi



Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşündə Kiyevə uzaqmənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb.

axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Nəşr Kiyevin tələb etdiyi raketin modifikasiyası barədə məlumat verməyib.

Qeyd edək ki, Ukrayna hökuməti dəfələrlə ABŞ-dan ATACMS raketləri istəyib. Lakin Ağ Ev bu raketlərlə Rusiya ərazisinin vurulmasını istəmədiyi üçün tədarükdən imtina edib.


13-12-2023, 12:04 | 40 yaşdan yuxarı kişilər orduya çağırılır

40 yaşdan yuxarı kişilər orduya çağırılır



Ukrayna Prezidenti Vladimir Zelenski təsdiqləyib ki, rəhbərlik 40 yaşdan yuxarı kişilərin orduya çağırılmasını nəzərdən keçirir.

Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Zelenski ilə görüşən amerikalı senator Rocer Uiker deyib.
Ətraflı

O bildirib ki, Ukrayna öz ordusunun şəxsi heyətini gücləndirmək üçün əlavə imkanları araşdırır.





26-11-2023, 18:54 | Zərbə ağır oldu - Rus ordusunun mövqeləri ələ keçirildi

Zərbə ağır oldu - Rus ordusunun mövqeləri ələ keçirildi


Rusiya qoşunları Kupyan-Svatov- Kreminna xəttində hücumlarını davam etdirsələr də, təsdiqlənmiş nəticə əldə edə bilməyiblər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut Rusiya mənbələrinə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri Kupyandan 22 km cənub-şərqdə, Yaqidnı rayonunda əvvəllər itirilmiş mövqeləri azad edib.

Eyni zamanda, ruslar Baxmut istiqamətində Klişçivkadan şimal-şərqdə və Andrivkada dəmir yolu xətti yaxınlığında irəlilədiklərini iddia ediblər, amma ISW ​​bunun vizual təsdiqini tapmayıb.

Məlumata görə, Rusiya ordusu Avdiv ərazisində təsdiqlənmiş irəliləyiş əldə edib. Ruslar Krasnoqorivkadan şimala doğru irəliləyiblər. Eyni zamanda, Avdivdən 4 km şimal-qərbdə və Novokalinovı Stepovoyda irəlilədikləri də iddia olunurdu. Amma ISW ​​bu iddianı da təsdiqləməyib.// teleqraf.com//

26-11-2023, 18:12 | Bölgədə yeni gəlişmə: Qərargah ondan çox zərbənin nəticələrini açıqladı

Bölgədə yeni gəlişmə: Qərargah ondan çox zərbənin nəticələrini açıqladı



Ukrayna Silahlı Qüvvələrinin aviasiyası 24 saat ərzində Rusiya ordusuna qarşı 11 hücum həyata keçirib.

Bu barədə idarənin noyabrın 25-nə olan axşam hesabatında deyilir.

"Raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 7 əraziyə, 4 artilleriya qurğusuna və düşmənin bir sursat anbarına zərbələr endirib", - deyə Baş Qərargah əlavə edib.

"Düşmən də öz növbəsində bir gündə Ukraynaya 3 dəfə raket zərbələri endirib, ərazilərimizə 99 hava zərbəsi endirib. Rusiya ordusu MLRS-dən 38 dəfə atəş açmaq üçün istifadə edib.

Həmçinin, gün ərzində Ukrayna müdafiəsi "Şahed-136/131" tipli 74 hücum PUA-nı vurub. Ümumilikdə, düşmən Ukrayna ərazisinə 75 pilotsuz uçuş aparatı buraxıb. Rusiyanın hava terroru səbəbindən ukraynalılar arasında xəsarət alanlar var. Ukraynada yaşayış və mülki infrastruktura da ziyan dəyib"- hesabatda bildirilir. // teleqraf.com//




26-11-2023, 18:10 | Qalmaqallı türk bu addımı ilə Vildersə ŞOK yaşatdı

Qalmaqallı türk bu addımı ilə Vildersə ŞOK yaşatdı


Noyabrın 22-də Hollandiyada keçirilən növbədənkənar seçkilərdə qalib gələn ifrat sağçı və İslam əleyhdarı siyasətçi Girt Uildersin hökumət qurmaq ümidini türk əsilli Dilan Yeşilgöz puç edib.

Seçki nəticələrini dəyərləndirən Azadlıq və Demokratiya Xalq Partiyasının lideri Dilan Yeşilgöz seçkilərdə qalib gələn ifrat sağçı Vilderslə hökumət qurmayacaqlarına işarə edib.

"Koalisiya bizim üçün seçim deyil, amma məsuliyyətdən qaçmırıq. Biz asanlaşdırıcı və konstruktiv şəkildə yaxşı tədbirlər görən sağ mərkəzçi kabineti dəstəkləyəcəyik" - o deyib. Seçkidən əvvəl Vilderslə hökumət qura biləcəklərini bildirən Yeşilgözün bu açıqlama ilə Vildersin üzünə "qapını bağladığı" düşünülür.

Hökumət qurmaq üçün sağ partiyaların dəstəyinə ehtiyacı olan Vilders Yeşilgözün sözlərini "məyusluq" kimi qiymətləndirib.
Ətraflı

Mütəxəssislər koalisiya danışıqlarının son aylara qədər davam edəcəyinə inanaraq, Vildersin baş nazirliyinin onun ifrat sağçı ritorikasını yumşaltmasından asılı olacağına inanırlar.

Bundan başqa, Hollandiyanın bir çox şəhərlərində Vildersə qarşı etirazlar keçirilir.

Qeyd edək ki, Ankara əsilli Dilan Yeşilgöz seçkilərdə qalib gələcəyi təqdirdə Hollandiyanın ilk qadın baş naziri olacaqdı. O, türklərə qarşı düşmənçiliyi ilə tanınır. 1984-cü ildə Hollandiyaya qaçan PKK terrorçusu Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkilindən biri olub. Türk və hicab düşmənliyi ilə tanınan Dilan Yeşilgözün əcdadlarının separatçı, kürdləri qətlə yetirən ermənilər olduğu, ancaq kürdlərdən dəstək almaq üçün özünü kürd kimi təqdim etdiyi iddia edilir. //musavat.com
//

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.