28-12-2023, 06:13 | Dövlət qəzetləri, televiziya və radiosu bağlanır - Pul yoxdur

Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "RMF24" radiostansiyası bildirib.
"Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən "Telewizja Polska S.A.", "Polskie Radio S.A.", "Polskiej Agencji Prasowej S.A." şirkətlərini ləğv etmək qərarına gəldim", - deyə nazir bildirib.
O qeyd edib ki, "indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, lazımi restrukturizasiyanı həyata keçirməyə və maliyyə çatışmazlığı səbəbindən əməkdaşların işdən çıxarılmasının qarşısını almağa imkan verəcək".
Respublica.Az
26-12-2023, 07:49 | Santa-Klaus dünyanın bütün qitələrində hədiyyə payladı

Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrinə gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
Respublica.Az Trend-ə istinadən bildirir ki, bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.
Onun yerini müəyyən etmək üçün radar sistemlərindən, peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.
Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-nin qərb hissəsini gəzir.
Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb.
Respublica.Az
26-12-2023, 07:47 | ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım

ABŞ-də yeni "JN.1" ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, "JN.1" ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.
Məlumata görə, "JN.1"in "Omikron" ştammının yarımnövü olduğu aydınlaşdırılır.
"Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri ("JN. 1" üçün) "Delta" dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük", - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin "Veksner" Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.
O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.
Respublica.Az
26-12-2023, 07:44 | “Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik” - Ərdoğan

"Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik".
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun Anım mərasimindəki çıxışı zamanı deyib.
"Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik. Sosial terror aktlarına qarşı hamımız daha dəqiq mövqe tutmalıyıq",- deyib.
Ərdoğan sözlərini belə davam etdirib:
"Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya olunan münasibətlə qarşılaşacaq. Demokratiyamızın imkanlarından istifadə edərək dövlətin, millətin və milli iradənin pusquya salınmasına heç vaxt icazə verməyəcəyik. Siyasi fəaliyyət göstərənlərə müraciət edirik, onlar millətin təmsilçisi olmaq əvəzinə separatçı təşkilatın uzantılarıdırlar. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır".
Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
Respublica.Az
26-12-2023, 06:47 | Belqradda iğtişaşlar davam edir: nazirliyə giriş bağlandı

Serbiyanın paytaxtı Belqradda iğtişaşlar davam edir.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb
Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib.
Qeyd edək ki, "Serbiya zorakılığa qarşı" müxalifət bloku ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edir.
Respublica.Az
26-12-2023, 06:46 | Putin elan etdi: Sədrlik Ermənistana keçir

Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına sədrliyi Ermənistana təhvil verəcək.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib.
"Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm", - deyə o vurğulayıb.
Putin "erməni tərəfdaşlara" kömək etməyə hazır olduqlarını qeyd edib.
Respublica.Az
26-12-2023, 06:39 | Pakistana girən SEPAH üzvü öldürüldü

SEPAH-ın Sistan və Bəlucistanın Səravan bölgəsindəki yerli üzvləri Pakistan ərazisində pusquya düşüblər.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Silahlı şəxslərə qarşı əməliyyat keçirmək üçün Pakistan ərazisinə daxil olan SEPAH üzvü Əli Qumşadzehi Maşkid şəhəri yaxınlığında bəluc silahlı qrupu tərəfindən öldürülüb.
Bununla yanaşı, onlarla SEPAH üzvünün yaralandığı və bölgəni tərk etməyə məcbur edildikləri bildirilib.
Məlumatda SEPAH üzvlərinin 14 hərbi maşınla Pakistana daxil olduqları deyilir.
Qeyd edək ki, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə 14 məmurun ölümü ilə nəticələnən hücum edilib.
Respublica.Az
26-12-2023, 06:37 | Rusiyada yumurtanın qiymətinin kəskin qalxmasının SƏBƏBİ

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yumurtanın kəskin bahalaşmasını tələbatın çox olması ilə izah edib.
Respublica.Az redaktor.az-a istinadən xəbər verir ki, Nabiullina yumurtanın qiymətinin kəskin bahalaşmasının təkcə inflyasiya ilə bağlı olmadığını qeyd edib.
O, 2021-ci ildə bu və ya digər növ malların kəskin şəkildə bahalaşdığı vəziyyətini xatırladıb.
Respublica.Az
25-12-2023, 06:42 | Bayden ABŞ prezidentlərinin mühakimə olunmasına icazə verdi

ABŞ prezidenti Co Bayden dövlət başçılarının mühakimə oluna biləcəyini deyib.
O, bu sözləri keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdi ilə bağlı toxunulmazlıq tələbləri fonunda deyib.
Bayden qeyd edib ki, prezidentlərə mütləq müdafiənin təmin edilməsi üçün heç bir əsas yoxdur. Trampın vəkilləri “prezident toxunulmazlığı”nın zəruriliyində israr edib, cinayət işinə xitam verilməsi üçün Ali Məhkəməyə müraciət etsələr də, məhkəmə bu mövqeyi rədd edərək, cinayət işinin araşdırılmasını davam etdirir.//Oxu.az
Respublica.Az
25-12-2023, 06:40 | Ukrayna Rusiyanın "Su-34" təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələri Odessaya hücum zamanı Rusiyanın "Su-34" təyyarəsini vurub.
Respublica.Az xəbər verirki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava komandanı Nikolay Oleşçuk bildirib.
"Mariupol istiqamətində zenit-raket kompleksi "Su-34"ü vurub. O, aerodroma qayıtmayıb", - Nikolay Oleşçuk qeyd edib.
Respublica.Az


















