17-12-2023, 10:57 | NASA xəbərdarlıq etdi: Sabahdan etibarən yer kürəsində…

NASA xəbərdarlıq etdi: Sabahdan etibarən yer kürəsində…



NASA son 6 ildəki ən güclü Günəş partlayışının yaşandığını açıqlayıb.

Respublica.Az redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı insanlara xəbərdarlıq edilib.

Məlumata görə, partlayışın geomaqnit təsiri sabahdan etibarən yer kürəsində hiss ediləcək.

Avstraliyanın mərcan adaları yox olmaq ərəfəsindədir

Avstraliyanın dəniz sərhədlərində yerləşən 10-dan çox mərcan adası yox olma təhlükəsi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, nəticələri "Science of the Total Environment" jurnalında dərc olunan tədqiqatlar ümumilikdə 56 mərcan adasını əhatə edib, iqlim dəyişikliyi və su səviyyəsinin yüksəlməsinin adalara təsiri araşdırılıb.

Tədqiqatlar zamanı məlum olub ki, dəniz suyunun səviyyəsinin yüksəlməsi adaların mövcudluğunu təhlükə altında qoyur. Şimali Avstraliya şelfində yerləşən 3 mərcan adasına iqlim dəyişikliyin təsiri çox yüksək qiymətləndirilib.

Mərcan dənizində Kvinslend sahillərində yerləşən daha 11 ada da yüksək riskli kimi təsnif edilib.

Adaların yoxa çıxması dəniz sərhədlərinə də təsir göstərəcək.

Respublica.Az




17-12-2023, 10:38 | Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu


Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.

Respublica.Az referans.az-a istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Respublica.Az

17-12-2023, 10:32 | Ərdoğan: “Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı”

Ərdoğan: “Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı”


"Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı".

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var.

Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi", - Ərdoğan vurğulayıb.

Respublica.Az

15-12-2023, 06:40 | Ərdoğandan Baydenə: Bu, ABŞ-ın tarixi məsuliyyətidir!

Ərdoğandan Baydenə: Bu, ABŞ-ın tarixi məsuliyyətidir!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Tərəflər İsrailin Qəzzaya hücumu, İsveçin NATO üzvlüyü, F-16 qırıcılarının tədarükü və ikitərəfli məsələləri müzakirə ediblər.

Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Baydenlə söhbət zamanı Ərdoğan Qəzzada daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu deyib. Ərdoğan Baydenlə söhbətində İsrailin hücumlarının dərinləşməsi və davam etdirilməsinin mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Respublica.Az

14-12-2023, 13:31 | Sülh sazişi buna əsaslanmalıdır - Mişel

Sülh sazişi buna əsaslanmalıdır - Mişel



Münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel "Azadlıq" radiosuna müsahibəsində deyib.

"Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın", - Mişel bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi Qarabağ erməniləri ilə bağlı məsələni hərtərəfli diqqətdə saxlayır:

"Biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəsi olaraq Avropa Birliyi üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik".

Respublica.Az


14-12-2023, 09:23 | Bu ölkədə “Meymun çiçəyi”ndən ilk ölüm faktı qeydə alındı

Bu ölkədə “Meymun çiçəyi”ndən ilk ölüm faktı qeydə alındı


Yaponiyada "Meymun çiçəyi" virusundan ilk ölüm faktı qeydə alınıb.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada mərhumun 30 yaşlarında olduğu, Tokionun şimal-qərbindəki Saitama əyalətində yaşadığı, immunitetinin zəif olduğu və sözügedən hadisənin ölkədə "Meymun çiçəyi" virusundan qaynaqlanan ilk ölüm kimi qeydə alındığı bildirilib.

Respublica.Az

14-12-2023, 08:48 | Netanyahu: "Sona qədər davam edəcəyik"

Netanyahu: "Sona qədər davam edəcəyik"



İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcəklərini bildirib.

Respublica.Az report-a istinadən xəbər verir ki, İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən Baş nazir Qəzza zolağında hücumlarını davam etdirən ordunun rəsmiləri ilə telefonla danışıb.

"Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sonadək, qələbəyə qədər, HƏMAS-ı məhv edənə qədər davam edəcəyik", - Netanyahu deyib.

O, vurğulayıb ki, İsrail hərbi əməliyyatları davam etdirəcək: "Bizi heç nə dayandıra bilməz".

Dünən Qəzza zolağının şimalında "İzzəddin əl-Qəssam" pusquya salması nəticəsində İsrailin 10 hərbçisinin həlak olmasına işarə edən Netanyahu, "Dünən çox çətin bir gün keçirdik", - deyib.

Respublica.Az

14-12-2023, 07:48 | Qərb Fələstin dövləti yaratmaq istəmir – Lavrov

Qərb Fələstin dövləti yaratmaq istəmir – Lavrov


Qərb ölkələri Fələstin dövləti yaratmaq istəmir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"75 il öncəki qərara əsasən, İsrail dövlətinin yanında Fələstin dövləti yaradılmalı idi, amma heç kim yaratmadı. Qərb ölkələri və İsrail BMT-nin qərarı ilə nəzərdə tutulmuş Fələstin dövlətini yaratmaq niyyətində deyil. Əldə etdiyimiz məlumatlara görə, Qərb və hazırkı İsrail rəhbərliyi Qəzzanın İordan çayının qərb sahili ilə birləşməsini istəmir", - Lavrov deyib.

Respublica.Az

14-12-2023, 07:43 | Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk yüksəkdir

Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk yüksəkdir



Geologiya mühəndisi Fahri Çelik zəlzələ zamanı Türkiyənin ən təhlükəsiz və təhlükəli şəhərlərini açıqlayıb.

Respublica.Az musavat.com-a istinadən bildirir ki, o, xüsusilə bir şəhər haqqında xəbərdarlıq edib.

F.Çelik Qara dəniz sahilindəki şəhərlərin təhlükəsiz olduğunu bildirib.

Onun sözlərinə görə, Gümüşhanə Türkiyənin ən təhlükəsiz şəhərləri arasında birinci, Trabzon ikinci, Rizə üçüncü, Zonguldak isə dördüncüdür.

Alim İstanbulun altıncı yerdə olduğunu bildirib:

"Bu, Qara dəniz sərhədi boyunca belə davam edir. Dağları və təpələri olduğu üçün İstanbulu təhlükəsiz hesab edirəm. Bodrum və Antalya vilayətlərimiz də güclüdür. Sadaladığım şəhərlərdə dağlar olduğu üçün zəlzələ baş verəndə qısa müddət davam edir".

Fahri Çelik Hakkarini zəlzələ ehtimalının ən yüksək olduğu vilayət hesab edir:

"Hakkaridə zəlzələ riski yüksəkdir. Amma zəlzələ olsa belə oradakı vətəndaşlar qorxmasın. Çünki Hakkarinin ətrafı dağlardır, böyük dağıntı olmayacaq".

Respublica.Az



14-12-2023, 07:34 | Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO

Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO



ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı "Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox" sualına gülüb.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb. Görüntülərdə jurnalist Amerika liderindən soruşur: "Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?"

Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur.

"Hə, ya yox?" - deyə jurnalist təkrar sual verir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.