24-11-2023, 05:48 | Putinin köməkçisi: Paşinyanın gələcəyini gözləyirik

Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində görüşlərdə iştirak etmək üçün Sankt-Peterburqa gələcəyini gözləyirik.
Bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov qeyd edib ki, gələn il AİB-ə sədrlik Ermənistana keçəcək.//apa/
23-11-2023, 08:08 | Yəməndən İsrailə ballistik raketlər atdılar

Yəməndən qanadlı raketlər İsrailin cənubundakı Eylat şəhərində müxtəlif hərbi hədəflərə atılıb.
Husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumatı təsdiqləyib.
Husilər son həftələr dəfələrlə İsrailə raket və dronlarla hücum etməyə cəhd ediblər. Noyabrın 15-də son hücumda onlar Eylat da daxil olmaqla, bir neçə hədəfə ballistik raketlər atıblar. İsrail Ordusu bildirib ki, hava hücumundan müdafiə sistemi Yəməndən Qırmızı dəniz üzərindən atılan raketi ələ keçirib.
Bundan əlavə, husilər Qırmızı dənizdəki istənilən İsrail gəmilərinə, o cümlədən İsrail şirkətlərinə məxsus və ya idarə olunan gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Onlar bu yaxınlarda Qırmızı dənizin cənubunda Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları da daxil olmaqla, 25 nəfərin olduğu gəmini ələ keçiriblər.//report//
23-11-2023, 07:36 | 82 yaşlı nənə kollecə qəbul oldu – SƏBƏB

82 yaşlı koreyalı qadın Kim Çunq qəbul imtahanlarından uğurla keçərək kollecə daxil olub.
Heç vaxt dərsdən yayınmayan qadının bir məqsədi var: ingilis dilini öyrənmək və ABŞ-də yaşayan nəvələri ilə ünsiyyət qurmaq. //lent.az/
23-11-2023, 07:30 | Ronaldinyo MÜFLİS OLDU

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo iflas olub.
"Barselona"nın sabiq yarımmüdafiəçisi maddi problemlər yaşayır və onun xeyli miqdarda borcu var.
Braziliya vergi idarəsi ulduz futbolçunun bank hesablarını yoxlayıb. Lakin hesablarda pul olmayıb. Bundan sonra aidiyyatı qurumlar Ronaldinyonun iki mülkünü müsadirə edib.
Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvaya saxta pasportla getdiyi üçün orada bir müddət həbsdə qalmışdı.
23-11-2023, 07:29 | İsrail HƏMAS-ın kəşfiyyat ofislərini ələ keçirdi

İsrail ordusunun paraşütçü briqadasının əsgərləri HƏMAS-ın kəşfiyyat bölməsinin ofislərini ələ keçiriblər.
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of İsrail" məlumat yayıb.
Bildirilib ki, həmin ofislərdən kəşfiyyat materialları, texniki avadanlıq və HƏMAS-ın yeraltı infrastrukturu ilə bağlı əhəmiyyətli məlumatlar ələ keçirilib.
23-11-2023, 06:42 | Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayır

Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.
Müvafiq məlumatı Finlandiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi - ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.
Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı. //
/ oxu.az/
23-11-2023, 06:34 | Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi

Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.
Respublica.Az Sfera.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.
Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel fəlakətləri nəticəsində 133 damın uçmasının təsbit edildiyini bildirib.
Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.
23-11-2023, 06:31 | Kanada baş nazirindən partlayışla bağlı açıqlama

Kanada hakimiyyəti ABŞ sərhədində baş vermiş partlayışla bağlı informasiya toplayır.
axar.az-a istinadən bildirir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo deyib.
O bildirib ki, hökumət məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir:
"Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk".
Qeyd edək ki, ABŞ - Kanada sərhədində Niaqara şəlaləsi üzərində körpüdə partlayış baş verib.
22-11-2023, 13:27 | Trampla sülh təklifini müzakirəyə hazıram - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə etməyə hazır olduğunu bildirib.
Zelenski "Fox News" kanalına müsahibəsində bu haqda danışıb.
Eyni zamanda o, hesab edir ki, ukraynalılar ABŞ eks-prezidentinin bütün təklifləri ilə razılaşmayacaqlar.
"Gəlin onunla danışaq və ona sülh formulunda hansı addımların olduğunu göstərməyə imkan verək", - deyə Ukrayna prezidenti bildirib.
ABŞ-ın keçmiş prezidenti ilə görüşməyə və onun təkliflərini müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, cənab Zelenski belə cavab verib: "Mən hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər".
Zelenski "Donbas və Krım Rusiyaya verilsə" döyüşlərin dayandırıla biləcəyi fikri ilə razılaşıb. Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, ölkəsi belə bir sülh planına razı olmayacaq.
Donald Tramp demişdi ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. O, həmçinin Avropa müttəfiqlərini Ukraynaya daha çox pul xərcləməyə razı sala biləcəyini təkid edib. Zelenski şəxsi görüşdə Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah etmək üçün Trampı Ukraynaya gəlməyə dəvət edib. ABŞ-ın keçmiş prezidenti bundan imtina edib. //yenisabah.az-/
22-11-2023, 09:37 | “Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik” - Netanyahu

"Müvəqqəti atəşkəs əldə olunsa belə, HƏMAS ilə müharibəni davam etdirəcəyik".
Bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Biz müharibəni davam etdiririk və bütün məqsədlərə çatana qədər davam edəcəyik. Biz HƏMAS-ı məhv edəcəyik, oğurlananların hamısını geri qaytaracağıq və Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik", - deyə Netahyahu qeyd edib. //qafqazinfo



















