24-11-2023, 05:50 | Təhlükəsiz Qara Cümə - Fırıldaqlardan və saxta endirimlərdən necə qorunmaq olar?

Təhlükəsiz Qara Cümə - Fırıldaqlardan və saxta endirimlərdən necə qorunmaq olar?


Qara Cümə ərəfəsində internetdə çoxsaylı fırıldaqçılar aktiv fəaliyyət göstərir, saxta satışlar təşkil edir, hədiyyələr, lotereyalar və s. təklif edir.

"Qara Cümə" bu il noyabrın 24-nə təsadüf edir. Ekspertlərin fikrincə, təhlükəsiz onlayn alış-veriş üçün müəyyən qaydalara əməl etməlisiniz.

Həm kart hesabınızdakı pulları, həm də elektron pul kisələrini qorumaq üçün diqqətli və tədbirli olmaq, həmçinin onlayn alış-veriş zamanı müəyyən qaydalara əməl etmək lazımdır.

Satıcı yoxlanışı

İlk növbədə, məhsul üçün ilkin ödəniş tələb olunmayan, etibar etdiyiniz və ya daha əvvəl xidmətindən istifadə etdiyiniz satıcı ilə iş görmək daha yaxşıdır. İlk dəfə bir şey alacağınız şəxslərə çatdırılma zamanı nağd pul ödəmək daha yaxşıdır. Yeri gəlmişkən, əgər onlayn mağazanın domeni bir aylıq və ya daha azdırsa, oradan heç bir məhsul almamaq daha yaxşıdır. Belə saytın sırf Qara Cümə zamanı xüsusi olaraq yaradılma ehtimalı yüksəkdir.

Saxta endirimlər

Belə endirimlər ərəfəsində, fırıldaqçılar bütün mümkün kommunikasiyalar vasitəsilə çoxsaylı reklamlar göndərirlər. Eyni zamanda, cüzi ilkin ödəniş tələb edirlər, lakin sonra pulla birlikdə yoxa çıxırlar.

Pulsuz hədiyyələr və "maraqlı" təkliflər

Qara Cümə günləri guya bonus üçün fırıldaqçılar, şəxsi məlumatlar olan bir forma doldurmağı, 3 telefon nömrəsini göstərməyi təklif edirlər. Amma sonra bundan fırıldaqçılıq üçün, məsələn, bank kartları və ya online kredit üçün istifadə edə bilərlər.
Ətraflı
Ad - 00:05

Saxta lotereya və ya müsabiqələr

Bu sxemdə fırıldaqçılar uduşlu lotereyalar, hədiyyəli müsabiqələrdə və s. iştirak etmək istəyənləri dəvət edirlər. Amma iştirak üçün pul istəyirlər. Pul hesabdan çıxandan sonra isə yox olurlar.

Əsas təhlükəsizlik qaydaları:

Gün ərzində alış-veriş balansını bank kartı ilə yoxlayın; naməlum telefon nömrələrindən gələn zənglərdən ehtiyatlı olun; əlavə identifikasiya yaradın; yalnız telefonda yaddaşda qalmış Wi-Fi şəbəkəsindən istifadə edin; yalnız rəsmi mobil proqramları yükləyin.

Qara Cümə

Qara Cümə adlanan nəhəng satış ənənəsi ABŞ-da yaransa da, tez bir zamanda bütün dünyanı fəth edib. Buna görə də insanlar istədiklərini münasib qiymətə almaq üçün noyabrın son cümə gününü səbirsizliklə gözləyirlər. Bu il Qara Cümə noyabrın 24-nə təsadüf edir. Bir tərəfdə Amerikalı tələbələr irqçi adla bağlı Qara Cümə adının dəyişdirilməsini təklif edirlər. Digər tərəfdə isə, Qara Cümə günü endirimlərinə görə bir-birinin üstündən adlayaraq keçir, ayaqaltında qalanlar da olur.

Xatırladaq ki, Qara Cümə günlərindən birində qadınlar alış-veriş mərkəzində tualet kağızı üstündə dava salmışdılar.//sfera.az//


24-11-2023, 05:48 | Putinin köməkçisi: Paşinyanın gələcəyini gözləyirik

Putinin köməkçisi: Paşinyanın gələcəyini gözləyirik


Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində görüşlərdə iştirak etmək üçün Sankt-Peterburqa gələcəyini gözləyirik.

Bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov qeyd edib ki, gələn il AİB-ə sədrlik Ermənistana keçəcək.//apa/


23-11-2023, 08:08 | Yəməndən İsrailə ballistik raketlər atdılar

Yəməndən İsrailə ballistik raketlər atdılar



Yəməndən qanadlı raketlər İsrailin cənubundakı Eylat şəhərində müxtəlif hərbi hədəflərə atılıb.

Husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumatı təsdiqləyib.

Husilər son həftələr dəfələrlə İsrailə raket və dronlarla hücum etməyə cəhd ediblər. Noyabrın 15-də son hücumda onlar Eylat da daxil olmaqla, bir neçə hədəfə ballistik raketlər atıblar. İsrail Ordusu bildirib ki, hava hücumundan müdafiə sistemi Yəməndən Qırmızı dəniz üzərindən atılan raketi ələ keçirib.

Bundan əlavə, husilər Qırmızı dənizdəki istənilən İsrail gəmilərinə, o cümlədən İsrail şirkətlərinə məxsus və ya idarə olunan gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Onlar bu yaxınlarda Qırmızı dənizin cənubunda Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları da daxil olmaqla, 25 nəfərin olduğu gəmini ələ keçiriblər.//report//

23-11-2023, 07:36 | 82 yaşlı nənə kollecə qəbul oldu – SƏBƏB

82 yaşlı nənə kollecə qəbul oldu – SƏBƏB



82 yaşlı koreyalı qadın Kim Çunq qəbul imtahanlarından uğurla keçərək kollecə daxil olub.

Heç vaxt dərsdən yayınmayan qadının bir məqsədi var: ingilis dilini öyrənmək və ABŞ-də yaşayan nəvələri ilə ünsiyyət qurmaq. //lent.az/


23-11-2023, 07:30 | Ronaldinyo MÜFLİS OLDU

Ronaldinyo MÜFLİS OLDU


Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo iflas olub.

"Barselona"nın sabiq yarımmüdafiəçisi maddi problemlər yaşayır və onun xeyli miqdarda borcu var.

Braziliya vergi idarəsi ulduz futbolçunun bank hesablarını yoxlayıb. Lakin hesablarda pul olmayıb. Bundan sonra aidiyyatı qurumlar Ronaldinyonun iki mülkünü müsadirə edib.

Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvaya saxta pasportla getdiyi üçün orada bir müddət həbsdə qalmışdı.


23-11-2023, 07:29 | İsrail HƏMAS-ın kəşfiyyat ofislərini ələ keçirdi

İsrail HƏMAS-ın kəşfiyyat ofislərini ələ keçirdi


İsrail ordusunun paraşütçü briqadasının əsgərləri HƏMAS-ın kəşfiyyat bölməsinin ofislərini ələ keçiriblər.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of İsrail" məlumat yayıb.

Bildirilib ki, həmin ofislərdən kəşfiyyat materialları, texniki avadanlıq və HƏMAS-ın yeraltı infrastrukturu ilə bağlı əhəmiyyətli məlumatlar ələ keçirilib.

23-11-2023, 06:42 | Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayır

Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayır


Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.

Müvafiq məlumatı Finlandiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi - ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.

Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı. //
/ oxu.az/

23-11-2023, 06:34 | Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi

Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi


Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.


Respublica.Az Sfera.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel fəlakətləri nəticəsində 133 damın uçmasının təsbit edildiyini bildirib.

Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.


23-11-2023, 06:31 | Kanada baş nazirindən partlayışla bağlı açıqlama

Kanada baş nazirindən partlayışla bağlı açıqlama


Kanada hakimiyyəti ABŞ sərhədində baş vermiş partlayışla bağlı informasiya toplayır.

axar.az-a istinadən bildirir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo deyib.

O bildirib ki, hökumət məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir:

"Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk".

Qeyd edək ki, ABŞ - Kanada sərhədində Niaqara şəlaləsi üzərində körpüdə partlayış baş verib.


22-11-2023, 13:27 | Trampla sülh təklifini müzakirəyə hazıram - Zelenski

Trampla sülh təklifini müzakirəyə hazıram - Zelenski



Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə etməyə hazır olduğunu bildirib.

Zelenski "Fox News" kanalına müsahibəsində bu haqda danışıb.

Eyni zamanda o, hesab edir ki, ukraynalılar ABŞ eks-prezidentinin bütün təklifləri ilə razılaşmayacaqlar.

"Gəlin onunla danışaq və ona sülh formulunda hansı addımların olduğunu göstərməyə imkan verək", - deyə Ukrayna prezidenti bildirib.

ABŞ-ın keçmiş prezidenti ilə görüşməyə və onun təkliflərini müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, cənab Zelenski belə cavab verib: "Mən hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər".

Zelenski "Donbas və Krım Rusiyaya verilsə" döyüşlərin dayandırıla biləcəyi fikri ilə razılaşıb. Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, ölkəsi belə bir sülh planına razı olmayacaq.
Donald Tramp demişdi ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. O, həmçinin Avropa müttəfiqlərini Ukraynaya daha çox pul xərcləməyə razı sala biləcəyini təkid edib. Zelenski şəxsi görüşdə Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah etmək üçün Trampı Ukraynaya gəlməyə dəvət edib. ABŞ-ın keçmiş prezidenti bundan imtina edib. //yenisabah.az-/




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.