22-11-2023, 06:53 | Ermənistanı hədələdi – “Bu bizə və İrana qarşıdır, nəticə amansız ola bilər”

Ermənistanı hədələdi – “Bu bizə və İrana qarşıdır, nəticə amansız ola bilər”


ABŞ Cənubi Qafqaz siyasətini Rusiya və İrana qarşı mübarizə kontekstində qurub.

teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Qərb bu siyasəti postsovet ölkələrinə, Rusiya ilə sıx bağlı olan dövlətlərə də tətbiq edir.

Səfir qeyd edib ki, bu yanaşma Qərbin əsl məqsədini göstərir. Diplomatın fikrincə, ABŞ SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək bu coğrafiyada öz üstünlüyünü təmin etməyə çalışır.

"Çoxdan elan edilmiş bu prinsiplər hələ də "gözəl ritorika" ilə saxlanılır. Bu ritorika getdikcə daha açıq şəkildə üzə çıxır. Bunu amerikalıların Cənubi Qafqazla bağlı birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətlərini müəyyən edəndə görürük. Ukraynada baş verənlər çox qəddar dərsdir", - Kopırkin bildirib.

Səfir vurğulayıb ki, Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadıqları faciəyə gətirib çıxardı: "Bu, hamımıza çox ciddi dərs və xəbərdarlıq olmalıdır".

Kopırkinin adını çəkmədən Ukraynada baş verənlər kontekstində ABŞ-la yaxınlaşan Ermənistana xəbərdarlığı belə olub:

"Bu, bizə deyir ki, ölkələrin liderləri öz ölkələrinin milli maraqlarını qorumağa hazır olmalıdır".

Diplomat Qərbin təcrübədən keçirdiyi addımlarının nəticələrinin amansız olduğunu vurğulayıb.


22-11-2023, 06:52 | Putin İrəvana ordu göndərir: 3 ay sonra Zəngəzur...

Putin İrəvana ordu göndərir: 3 ay sonra Zəngəzur...


Ukrayna müharibəsində isti mərhələnin yerini tədricən "dondurulmuş münaqişə" mərhələsinə verdiyi müşahidə edilir. Qərb cəbhəsinin artıq Rusiyanın məğlubiyyətində əvvəlki qədər maraqlı olmadığı, yaxud vəziyyətlə barışdığı görünür. Kiyevə lazımi hərbi yardımın göstərilməməsi, əsas diqqətin İsrail-HƏMAS müharibəsinə yönəlməsi də burada diqqətçəkən amillərdəndir. Mümkündür ki, Rusiya və Ukrayna arasında müharibə "mövqe döyüşləri" ilə əvəzlənəcək və hazırki "təmas xətti" tərəfləri ayıran siyasi xəttə də çevriləcək. Bu mənzərə fonunda Gürcüstan mediasında diqqətçəkən iddialar tirajlanıb.

publika.az xəbər verir ki, Varden Sulukidznin imzası ilə yayılan məqalədə Ukraynada "dondurulmuş münaqişə" fonunda Rusiyanın digər regionlarda ata biləcəyi addımlar proqnozlaşdırılır.

Rus ordusu Qafqazda hərəkətə keçir

Rusiya ordunu başqa bölgələrdə geosiyasi mövqelərini yaxşılaşdırmaq üçün istifadə edə bilər. Bu istiqamətlərdən biri Mərkəzi Asiyadır, hərçənd, Qazaxıstan ssenarisinin təkrarlanması, ümumiyyətlə bu bölgəyə ordu göndərməsi çətin görünür, xüsusilə Çinin buna qarşı olması Rusiyanı daha ehtiyatlı yanaşmaya məcbur edir. Suriyada hərbi fəaliyyətin intensivləşdirilməsi üçün də əsas yoxdur. Rusiyanın geosiyasi mövqelərini yaxşılaşdırmaq üçün üz tuta biləcəyi yeganə istiqamət Qafqaz görünür.

Moskvanın İrəvana hərbi müdaxilə hazırlığı

Qarabağ revanşistlərinin "xilası" ideyası baş tutmadı, əksinə, Rusiya Azərbaycanın separatçılara qarşı addımlarını dəstəklədi. Bu halda Rusiyanın Fransa, ABŞ və digər Qərb ölkələri ilə sürətlə əlaqələr quran, mərkəzdənqaçma xəttini tutan Ermənistanda "xilas etməyə" nələrisə var. Hazırda söhbət Ermənistanın KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki hərbi bazasını qovmasından gedir. Paşinyan bu ilin oktyabrında "Voll Strit Jurnal"a müsahibəsində də bəyan etdi ki, o, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunda heç bir fayda görmür. Bazanın çıxarılması Kreml üçün ciddi geosiyasi məğlubiyyət olardı. Paşinyan artıq Ermənistanın dövlət və özəl sektorunda rusiyapərəstlərin "ovuna çıxıb". Bu vəziyyətdə Rusiyanın Ermənistanda ona sadiq hökumət qurması üçün hərbi müdaxildən başqa yolu qalmır.

Ermənistan parçalanacaq, Zəngəzur dəhlizi...

Rusiya və Ermənistanın ümumi sərhədlərinin olmaması bu ssenarini çətinləşdirən amildir. Ermənistan hər şeyi edir ki, Kreml bu ssenarinin tətbiqinə qərar verərsə, qonşu ölkələr "tranzit" rolunu oynamasın. Hərçənd, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesi dayandırılıb, kommunikasiyalar açılmayıb, müqavilə imzalanmayıb. Nəzəri baxımdan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini almaq üçün Kremlin Ermənistanı bölmək təklifinə müsbət baxa bilərlər. Digər tərəfdən, Paşinyanın ABŞ və NATO ilə flört etməsi İranı qıcıqlandırır, buna görə İrəvanda rusiyayönümlü hakimiyyət Tehranı narahat etmir.

Gürcüstan "hərbi dəhliz" olacaq

Rusiyanın "hərbi dəhliz" kimi istifadə edə biləcəyi ölkə Gürcüstan ola bilər. Ukraynada müharibə dondurulduqdan sonra Kremlin buna gücü çatacaq. Gürcüstanın həqiqətən də bu cür planlara müqvmət göstərmək gücü və bacarığı yoxdur. Bundan əlavə Gürcüstan daxilində Kremlpərəst beşinci kalon və onlarla əlaqələri olan "cavax" separatçıları fəaliyyət göstərir, onlar Rusiyanın yeni işğalını gözləyirlər.

Bütün bunların fonunda Paşinyan rejimi Rusiyanı "Ermənistanda nəsə etmək lazımdır" fikrinə təhrik edir. İrəvanın Putini həbs etməyə hesablanmış Roma Statusunu ratifikasiya etməsi isə Kremlin üzünə tüpürməkdir. Və belə görünür ki, tüpürməyə davam edəcəklər də. Moskvanın iki yolu qalır: ya Paşinyanın rus ordusunu təhqir edərək, qovmasına dözəcək, ya da onu devirəcək;

Xüsusi əməliyyat qrupu Ermənistana gedir

Bunu seçki yolu ilə etmək mümkün deyil. Bunun fonunda bir informasiya xüsusilə diqqət çəkir. Məlumatlara görə, Ermənistanda çevrilişə hazırlaşan qrupa kömək edəcək "xüsusi əməliyyat qrupu" Gürcüstan ərazisində gözləmə mövqeyindədir. Bu qrup Ukraynada müharibənin tam dondurulmasından sonra, təxminən 2-3 ay ərzində Ermənistanda peyda olacaq.


22-11-2023, 06:38 | Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir – Mehmet Fatih Kacır

Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir – Mehmet Fatih Kacır



Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir.

TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Trabzon Universiteti Süni İntellekt və Robotik Kodlaşdırma Mərkəzinin açılışında deyib.

"Türkiyə Yüzilində daha böyük uğurlara imza atmaq üçün, milli PUA-larımızı və Türkiyənin avtomobilini inkişaf etdirərkən, innovativ texnologiyalar sahəsində səlahiyyətlərimizi daha da gücləndirməyə diqqət edəcəyik" - deyə nazir bildirib.


Kacır rəqəmsal texnologiya, xüsusilə də süni intellekt sahələrində çox böyük dəyişikliklərin olduğuna diqqət çəkib.

"Biz Türkiyə olaraq rəqəmsallaşmanın gətirdiyi bu yeni dünya nizamında istehsalçı və siyasət aparan bir güc olmağımıza imkan verəcək insan resursları infrastrukturunu qururuq. Qara dənizin innovativ elm bazası olan Trabzon Universitetinin tərkibində həyata keçirilən bu mərkəzlə biz gənclərimizin rəqəmsal bacarıqlarını inkişaf etdirir, gənclərin məşğulluğunu və sahibkarlığını dəstəkləyirik" - deyə o qeyd edib.

Kacır, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 21 ildə nəhəng bir Ar-Ge (araştırma-geliştirme) və innovasiya ekosistemi qurduqlarını bildirib.


21-11-2023, 08:54 | Türkiyədən ABŞ-a F-16 çağırışı

Türkiyədən ABŞ-a F-16 çağırışı


Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir.

Bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik", - nazir bildirib.

Eyni zamanda, H.Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib. Yeni sənədə əsasən, "Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə" ABŞ administrasiyasına yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmaq qadağan edilib.//axar.az/


21-11-2023, 08:45 | "Atatürk" filmi: 14 günə FANTASTİK GƏLİR

"Atatürk" filmi: 14 günə FANTASTİK GƏLİR


Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandırdığı "Atatürk" filmini 2 həftədə 1 milyon 36 min insan izləyib.

Ekran işi bu il ərzində baxış sayı milyonu keçən 7-ci film olub.

Filmdən hazırda 114 milyon lirə (təxminən 6 milyon 748 min manat) gəlir əldə edilib.


21-11-2023, 06:32 | Bayden onu İsrailə göndərdi - Livanla müharibə...

Bayden onu İsrailə göndərdi - Livanla müharibə...


ABŞ Prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısını almaq üçün İsrailə səfər edib.

Barədə "Wall News" qəzeti məlumat yayıb.

Bildirilib ki, Hokşteyn İsrailə səfəri çərçivəsində başda müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Ətraflı

Qeyd olunub ki, Hokşteynin səfəri İsrail ordusu ilə "Hizbullah" arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.//qafqazinfo/


21-11-2023, 06:29 | Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu


İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


21-11-2023, 06:25 | Rusiya onların ölkəyə girişinə qadağa qoydu

Rusiya onların ölkəyə girişinə qadağa qoydu


Rusiya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq bir sıra Moldova rəsmilərinin Rusiya Federasiyasına girişini əngəlləyib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Bildirilib ki, noyabrın 20-də Moldovanın səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə çağırılıb.

Son vaxtlar Moldovada rusdilli media saytlarına girişin bloklanması və rusdilli nəşrlərin siyasi motivli təqib edilməsi ilə bağlı digər hallarla bağlı diplomatlar ona kəskin etirazlarını bildiriblər.

"L.Dariusa məlumat verilib ki, asimmetrik tədbir olaraq Moldova Respublikasının bir sıra məmurlarına Rusiya Federasiyasına giriş qadağan edilib", - məlumatda deyilir.//qafqazinfo


21-11-2023, 06:24 | Türkiyə İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirdi

Türkiyə İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirdi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının daha bir terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, "Jiyan Mardin" kod adlı terrorçu Gülsümə Doğan İraqın Süleymaniyyə şəhərində keçirilən əməliyyatla zərərsizləşdirilib.

Təşkilatın rəhbərləri ilə yaxın təmasda olduğu deyilən terrorçu Gülsümə Doğanın aldığı təlimatlara əsasən bölgədəki əhalidən "vergi" adı altında zorla vəsait tələb etdiyi və toplanan vəsaitdən PKK terror təşkilatının maddi-texniki təminatı üçün istifadə etdiyi müəyyən edilib.//Trend

21-11-2023, 06:22 | Bu səbəbdən övladları ölümlə hədələnir

Bu səbəbdən övladları ölümlə hədələnir


Argentina prezidentliyinə namizəd Serxio Massanın uşaqları ölümlə hədələnib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır və artıq beş nəfər saxlanılıb.

Massanın həyat yoldaşı Malena Qalmarini bildirib ki, bir müddət əvvəl başqa bir prezidentliyə namizəd olan Xavyer Maylinin tərəfdarları onun ailə üzvlərinin şəxsi məlumatlarını, o cümlədən azyaşlı övladları Tomas və Milaqrosun telefon nömrələrini dərc ediblər. Bundan sonra uşaqlara hədə mesajları gəlməyə başlayıb.


Federal hakim Mariya Servini qadın və onun uşaqlarının daimi müdafiəsi barədə qərar verib.//oxu.az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.