21-11-2023, 08:45 | "Atatürk" filmi: 14 günə FANTASTİK GƏLİR

"Atatürk" filmi: 14 günə FANTASTİK GƏLİR


Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandırdığı "Atatürk" filmini 2 həftədə 1 milyon 36 min insan izləyib.

Ekran işi bu il ərzində baxış sayı milyonu keçən 7-ci film olub.

Filmdən hazırda 114 milyon lirə (təxminən 6 milyon 748 min manat) gəlir əldə edilib.


21-11-2023, 06:32 | Bayden onu İsrailə göndərdi - Livanla müharibə...

Bayden onu İsrailə göndərdi - Livanla müharibə...


ABŞ Prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısını almaq üçün İsrailə səfər edib.

Barədə "Wall News" qəzeti məlumat yayıb.

Bildirilib ki, Hokşteyn İsrailə səfəri çərçivəsində başda müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Ətraflı

Qeyd olunub ki, Hokşteynin səfəri İsrail ordusu ilə "Hizbullah" arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.//qafqazinfo/


21-11-2023, 06:29 | Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu


İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


21-11-2023, 06:25 | Rusiya onların ölkəyə girişinə qadağa qoydu

Rusiya onların ölkəyə girişinə qadağa qoydu


Rusiya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq bir sıra Moldova rəsmilərinin Rusiya Federasiyasına girişini əngəlləyib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Bildirilib ki, noyabrın 20-də Moldovanın səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə çağırılıb.

Son vaxtlar Moldovada rusdilli media saytlarına girişin bloklanması və rusdilli nəşrlərin siyasi motivli təqib edilməsi ilə bağlı digər hallarla bağlı diplomatlar ona kəskin etirazlarını bildiriblər.

"L.Dariusa məlumat verilib ki, asimmetrik tədbir olaraq Moldova Respublikasının bir sıra məmurlarına Rusiya Federasiyasına giriş qadağan edilib", - məlumatda deyilir.//qafqazinfo


21-11-2023, 06:24 | Türkiyə İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirdi

Türkiyə İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirdi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının daha bir terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, "Jiyan Mardin" kod adlı terrorçu Gülsümə Doğan İraqın Süleymaniyyə şəhərində keçirilən əməliyyatla zərərsizləşdirilib.

Təşkilatın rəhbərləri ilə yaxın təmasda olduğu deyilən terrorçu Gülsümə Doğanın aldığı təlimatlara əsasən bölgədəki əhalidən "vergi" adı altında zorla vəsait tələb etdiyi və toplanan vəsaitdən PKK terror təşkilatının maddi-texniki təminatı üçün istifadə etdiyi müəyyən edilib.//Trend

21-11-2023, 06:22 | Bu səbəbdən övladları ölümlə hədələnir

Bu səbəbdən övladları ölümlə hədələnir


Argentina prezidentliyinə namizəd Serxio Massanın uşaqları ölümlə hədələnib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır və artıq beş nəfər saxlanılıb.

Massanın həyat yoldaşı Malena Qalmarini bildirib ki, bir müddət əvvəl başqa bir prezidentliyə namizəd olan Xavyer Maylinin tərəfdarları onun ailə üzvlərinin şəxsi məlumatlarını, o cümlədən azyaşlı övladları Tomas və Milaqrosun telefon nömrələrini dərc ediblər. Bundan sonra uşaqlara hədə mesajları gəlməyə başlayıb.


Federal hakim Mariya Servini qadın və onun uşaqlarının daimi müdafiəsi barədə qərar verib.//oxu.az


20-11-2023, 18:29 | Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq

Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq


Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin noyabrın 22-də keçiriləcək sammitinə videomüraciət ünvanlayacaq.

Bu barədə "Rossiya" telekanalının aparıcısı Pavel Zarubin bildirib.

O qeyd edib ki, bu, V. Putinin uzun müddətdən sonra ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunakla eyni tədbirdə ilk iştirakı olacaq.

Rusiya liderinin dünyadakı qeyri-sabitlik barədə danışacağı gözlənilmir.

Sammitə Hindistan ev sahibliyi edəcək.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.// report//




20-11-2023, 18:22 | Ərdoğan sabah Əlcəzairə səfər edəcək

Ərdoğan sabah Əlcəzairə səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Əlcəzairə rəsmi səfər edəcək.

Bu barədə "TRT Haber" məlumat verib.

Məlumata görə, Ərdoğan səfər çərçivəsində Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ilə görüşəcək.

Qeyd edək ki, görüşdə regional məsələlərlə yanaşı, Qəzzadakı vəziyyət müzakirə olunacaq.//axar.az//

20-11-2023, 15:24 | Kreml Paşinyanın bu iddialarını təsdiq etmədi

Kreml Paşinyanın bu iddialarını təsdiq etmədi



Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakının guya rəsmi İrəvana qarşı "Qərbi Azərbaycan" konsepsiyası irəli sürməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

Respublica.Az APA-ya istinadən bildirir ki, Kreml rəsmisi Azərbaycandan dövlət səviyyəsində belə açıqlamalar eşitmədiyini, əksinə rəsmi Bakının sülh gündəliyinə sadiq açıqlamalar verdiyini bildirib.

"Təəssüf ki, mən Paşinyanın sözləri ilə bağlı heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində bu cür bəyanatları ilə tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tamamilə başqa açıqlamalar eşitmişik, hansı ki, bir mərhələnin başa çatmasından və sülh müqaviləsinin bağlanması üçün yekun mərhələyə hazır olmaqdan bəhs edir", - Peskov jurnalistlərə bildirib.

"Ona görə də mən hazırda cənab Paşinyanın bəyanatının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm", - Peskov əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Paşinyan bildirib ki, Azərbaycanın bəzi addımları Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratı yaradır. Ermənistanın Baş nazirinin sözlərinə görə, Azərbaycanda rəsmi səviyyədə Ermənistan ərazisini Qərbi Azərbaycan adlandırılmağa başlayıb.

Respublica.Az

8-11-2023, 09:41 | “İranla əlbir olduq” - Tramp sirləri açdı

“İranla əlbir olduq” - Tramp sirləri açdı


ABŞ-ın keçmiş prezidenti Donald Tramp İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin öldürülməsindən sonra sonra İranla əlbir olduqlarını etiraf edib.

Tramp Qasım Süleymaninin öldürülməsindən sonra İranın ABŞ bazalarına hücumları barədə əvvəlcədən razılığa gəldiyini deyib.

Tramp etirafında deyib: "İranlılar bizə zəng edib "dinləyin, başqa seçimimiz yoxdur. Sizi vurmalıyıq" dedilər. Çünki özümüzə hörmətimiz var. Mən onları başa düşdüm. Dedilər ki, sizdə olan müəyyən hərbi bazaya 18 raket atacağıq. O gecəni xatırlayırsız? Maraqlı bir gecə... Əsəbi olmayan tək mən idim, çünki nə olacağını bilirdim. Bizə dedi ki, narahat olmayın. Biz sizin hərbi bazanıza 18 raket atacağıq, lakin heç biri bazaya dəyməyəcək, çünki bunlar çox dəqiq raketlərdir. Bunlar əslində çox etibarlı və çox dəqiq raketlərdir".//teleqraf//



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.