28-06-2022, 08:20 | Sünnətdən qaçan oğlanı tutmaq üçün ailəsi səfərbər oldu - VİDEO

Sünnətdən qaçan oğlanı tutmaq üçün ailəsi səfərbər oldu - VİDEO



Türkiyədə azyaşlı kütləvi sünnət mərasimindən qaçıb.

oxu.az-a istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib.

Xeyriyyəçi bir iş adamının hər il ənənəvi olaraq təşkil etdiyi kütləvi sünnət mərasimində bu il yüzlərlə uşaq sünnət edilib. Növbəsi çatan bir uşağın zaldan qaçması isə məzəli anlara səbəb olub.

Yaxınları qaçan oğlanı tutmaq üçün səfərbər olublar.


27-06-2022, 21:15 | Toydan 10 ay sonra “ərinin” qadın olduğunu öyrəndi: Gecə işıqları söndürüb...

Toydan 10 ay sonra “ərinin” qadın olduğunu öyrəndi: Gecə işıqları söndürüb...


İndoneziyada qəribə hadisə baş verib.

Qadın evlənəndən 10 ay sonra həyat yoldaşının əslində kişi deyil, xanım olduğunu öyrənib. Məlumata görə, tərəflər internetdə tanış olandan 3 ay sonra ailə qurublar. Lakin özünü kişi kimi təqdim edən şəxs sənədlərinin olmadığını iddia etdiyi üçün tərəflərin evliliyi rəsmi olmayıb. Beləliklə o qadın olduğunu bir müddət gizlədə bilib.
Ətraflı
Ad - 00:12

Aldadılan xanım bildirib ki, "əri" yaxınlıq zamanı həmişə işıqları söndürürmüş. Məsələnin üstü isə qadının valideynlərinin şübhəsi nəticəsində açılıb.Metbuat.az

27-06-2022, 21:14 | Toyda KÜTLƏVİ DAVA: polisi döydülər, yaralılar var

Toyda KÜTLƏVİ DAVA: polisi döydülər, yaralılar var


Kocaelinin Kandıra rayonunda toyda dava baş verib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 2 nəfər güllə yarası alıb, 1 polis əməkdaşı və digər 3 nəfər döyülüb.

İlkin məlumata görə, sərxoş olduğu iddia edilən gənclər arasında mübahisə davaya çevrilib.

Davaya müdaxilə edən bir polis əməkdaşı başından ağır zərbə alaraq, yaralanıb. (publika.az)

27-06-2022, 21:12 | Hamamı qonağa kirayə verib və sonra kirayəşinləri güllələyib

Hamamı qonağa kirayə verib və sonra kirayəşinləri güllələyib


Moskva vilayətində qətldə şübhəli bilinən rusiyalı saxlanılıb.

Bu haqda REN TV xəbər verir.

Nəşrin məlumatına görə, şübhəli şəxs qurbana və həyat yoldaşına "Fregat" Bağ qeyri-kommersiya tərəfdaşlığında hamam kirayə verib. Kişi və ev sahibi spirtli içki qəbul edirdilər. Bir azdan obyektin sahibi tüfəngi çıxararaq qonağı arxadan güllələyib. Öldürülən ərin meyiti daha sonra hamama girən arvadı tərəfindən aşkar edilib.

Gələn polis dərhal şübhəli şəxsi müəyyən edib və saxlayıb. Müstəntiqlər hadisənin motivlərini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

27-06-2022, 11:17 | Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb


Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.

Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.

"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.


27-06-2022, 11:07 | Dünyada koronavirusdan ölənlərin sayı bu ay ilk dəfə artıb

Dünyada koronavirusdan ölənlərin sayı bu ay ilk dəfə artıb


Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 4,2 milyonu keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 800 min yoluxma halı daha çoxdur.

Trend xəbər verir ki, bu barədə "TASS"ın statistikasında deyilir.

Məlumata əsasən, koronavirusdan ölüm hallarının sayı bu ay ilk dəfə artıb. Son 7 gün ərzində koronavirusdan 9,7 min nəfər ölüb ki, bu da öncəki həftə ilə müqayisədə min ölüm halı daha çoxdur.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.


27-06-2022, 11:03 | "Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir"

"Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir"


İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək.

Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.

"Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Hər iki tərəfin razılığı olacağı təqdirdə yaxın vaxtlarda İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında görüş keçiriləcək", - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, bu görüşdə Ukrayna taxılının tədarükü mexanizmi müzakirə olunacaq.


27-06-2022, 10:49 | Türkiyə, İsveç, Finlandiya və NATO arasında sammit keçiriləcək

Türkiyə, İsveç, Finlandiya və NATO arasında sammit keçiriləcək


NATO sammitindən əvvəl iyunun 28-də İspaniyanın paytaxtı Madriddə Türkiyə, Finlandiya, İsveç və Şimali Atlantika Alyansı arasında sammit keçiriləcək.

Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.

"Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə prezidentimizin iştirakı ilə Madriddə Türkiyə, NATO, İsveç və Finlandiyanın sammiti keçiriləcək. Görüş NATO sammitinin açılışından öncə baş tutacaq. Türkiyənin bu sammitdə iştirakı bizim mövqeyimizdən döndüyümüz anlamına gəlmir", - deyə İ.Kalın bildirib.


27-06-2022, 10:36 | Böyük Britaniya Kiyevdə dəmir yollarını bərpa edəcək


Böyük Britaniya Kiyevdə dəmir yollarını bərpa edəcək


Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkədə dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə qədər vəsait ayıracaq.

APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi bəyanat yayıb.

Bildirilirki, krallıq və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır.

Ərzaq böhranının dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoyduğu qeyd olunub.

Həmçinin aclıq riskinin gələn ay artacağı təhlükəsi olduğu qeyd olunub.


27-06-2022, 10:24 | "Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq" - Zelenski

"Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq" - Zelenski



Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq".

"report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə "əmr belə olub" deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır".

"Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə", - Zelenski deyib.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.