17-06-2022, 07:46 | Zelenski komandanlığa tapşırıq verib

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan yeni mümkün hücum təhlükəsi ilə bağlı iclas çağırıb.
APA-ya istinadən bildirir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov "Talk Great Lviv" proqramının efirində açıqlama verib.
Bildirilib ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının komandanına dörd ərazidə yoxlama barədə tapşırıq verib.
"Belarus istiqamətinə gəlincə, nəzərinizə çatdırmaq istəyirəm ki, burada Milli Təhlükəsizlik və Müdafiə Şurasından əlavə, ali baş komandanın qərargahı
Dünən prezident qərargaha zəng vurdu və konkret olaraq Belarus məsələsi müzakirə olundu. Bütün orqanlar Belarus ordusunun hansı vəziyyətdə olması barədə qiymətləndirmə aparıb. Bütün prosseslər isə prezidentin nəzarətindədir.
Nəticə etibarı ilə indi dörd istiqamətdə yoxlamalara başlanılıb. Əgər hər hansı bir çağırış olarsa buna hazır olmalıyıq",- deyə Aleksiy Danilov bildirib.
Danilov yoxlamanın hansı ərazilərdə aparılacağını açıqlamayıb.
Qeyd edək ki, Belarusiya Ukraynanın 5 regionu ilə Çerniqov, Kiyev, Jitomir, Rivne və Volın ilə həmsərhəddir.
17-06-2022, 07:37 | Britaniya Ukraynanı GÜCLƏNDİRİR: tezliklə ölkənin şərqində..

Böyük Britaniya Ukraynaya 20-dən çox M109 özüyeriyən artilleriya qurğusu təhvil verməyi planlaşdırır.
Bunu Britaniyanın müdafiə naziri Ben Uolles NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasının yekunları üzrə deyib.
Onun sözlərinə görə, Belçikadan alınan 155 millimetrlik ACS təmirdən sonra Ukraynaya gətiriləcək.
Uolles həmçinin qeyd edib ki, Ukrayna tezliklə ölkənin şərqində mühüm irəliləyiş əldə edə biləcək. Nazir vurğulayıb ki, ukraynalı hərbçilərə yeni silahlardan istifadə üzrə təlim keçmək bu səylərin əsas elementi olub.
Nazir qeyd edib ki, cəbhənin bəzi bölgələrində Rusiya artilleriyasını cəmləşdirib ki, bu da Ukrayna qüvvələrini onlarla dəfə üstələyir.
Uolles əmindir ki, müttəfiqlər müharibədə qalib gəlmək üçün Ukraynaya kifayət qədər silah verirlər.
"Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək və ya hətta Odessa kimi yerləri müdafiə etmək imkanı var və olacaq", - Uolles bildirib.
17-06-2022, 07:35 | Məşhur modelin evinə polis girdi: Külli miqdarda narkotiklə ittiham olunur

Rusiya gözəllik kraliçasının evinə narkotik basqını edilib.
"Miss Dubay" gözəllik müsabiqəsinin ikincisi olan rusiyalı model Kristina Duxinanı narkotik alveri və satışına görə 20 il həbs cəzası gözləyir.
"Miss Dubay"da ikinci olan və eyni zamanda özünə məxsus model agentliyinin sahibi olan 34 yaşlı rusiyalı model Kristina Duxinanın Moskvadakı mənzilinə basqın edilib.
Duxinanın evinə basqın zamanı polisin yarım kiloqramdan çox narkotik tapdığı açıqlanıb.
Polis rus modeli saxlayıb.
Bildirilib ki, onu 20 il həbs cəzası gözləyir.
17-06-2022, 07:30 | Rusiyanı diz çökdürəcəksiniz? Yaxşı, edin!

Moskva Londonla münasibətlərdə heç bir manevr meydanı görmür.
gundem.az-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
"Həm Boris Conson, həm də XİN rəhbəri Elizabet Trass açıq şəkildə bəyan edirlər ki, Rusiyaya qalib gəlməlidirlər, Rusiyanı diz çökdürməlidirlər. Yaxşı, gəlin, diz çökdürün", - Lavrov BBC-yə müsahibəsində bildirib.
Lavrov qeyd edib ki, Britaniya hakimiyyəti yenə öz xalqının maraqlarını yalnız seçkiləri düşünən siyasətçilərin ambisiyasına qurban verir.
17-06-2022, 07:28 | Fransada istilərə görə yüksək təhlükə səviyyəsi elan olundu

Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.
"qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.
"On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın", - deyə Baş nazir tövsiyə edib.
BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.
17-06-2022, 06:47 | Patruşev İrəvanda səfərdədir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib.
APA-ya istinadən xəbər verir ki, Patruşev burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən olan həmkarları ilə görüşəcək.
Bildirilir ki, sabah İrəvanda KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.
İclasda təşkilat ölkələrinin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri müzakirə olunacaq.
16-06-2022, 08:46 | Zelenski NATO və "G7" sammitlərinə dəvətləri qəbul edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçiriləcək "G7" sammitində və NATO-nun İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitində iştirak etmək üçün dəvətləri qəbul etdiyini bildirib.
"Report"a istinadən bildirir ki, bu barədə Şərqi Avropa ölkəsinin başçısı tviterdə yazıb.
Ətraflı
"Almaniyada keçiriləcək "G7" sammitində kansler Olaf Şoltsun, NATO-nun Madriddə keçiriləcək sammitində NATO-nun Baş katibi Yens Stoltenberqin əsas beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətini minnətdarlıqla qəbul etdim", - siyasətçi yazıb.
Ukrayna Prezidentinin hər iki tədbirdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edəcəyi məlum deyil.
16-06-2022, 07:20 | ABŞ-ın baş infeksionisti koronavirusa yoluxub

ABŞ Prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçinin verdiyi testin cavabı müsbət çıxıb.
"report"a istinadən bildirir ki, bu barədə Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutu məlumat yayıb.
Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Cozef Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.
81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.
16-06-2022, 07:16 | Türkiyə 400 milyard dollarlıq təbii qaz kəşf etdi: "Hələ hamısı deyil..."

"Qara dənizdəki təbii qazın bazar dəyəri 400 milyard dollardır. Quyulardan maksimum hasilat 2026-cı ildə olacaq və Türkiyənin enerji istehlakının 35 faizi buradan qarşılanacaq".
Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.
Nazir bildirib ki, 2023-cü ilin mart ayının sonunda gündəlik 10 milyon kubmetrlik ilkin hasilat gözlənilir: "İkinci mərhələdə 40 milyon kubmetr hədəfləyirik. 2026-cı ilə qədər ev təsərrüfatlarının bütün enerjisi buradan qarşılanacaq. 25-30 il yaşayış evlərində istifadə olunan qazın hamısı Qara dənizdən çıxacaq. Vətəndaşlarımızın rahatlığı bizim üçün prioritet məsələlərdən biridir".
Fatih Dönməz bütün işlərin eyni vaxtda həyata keçirdiyin də qeyd edib: "Onlardan birinin bitməsini gözləsəniz, layihə 10 il çəkəcək. Gələn ilin birinci rübündə qazı təhvil verəndə bir çox sahədə rekordlar qıracağıq. Cəmi 540 milyard kubmetr qaz aşkar etmişik.
Axtarışlarımız Qara dənizlə məhdudlaşmır. Biz Şərqi Aralıq dənizində fokuslanmışıq. İraq və İsrail qazının nəqli ilə Türkiyə əhəmiyyətli bir enerji bazasına çevriləcək. (publika.az)
16-06-2022, 07:08 | "Ukrayna hər gün 100 hərbçisini itirir"

ABŞ-ın hesablamasına görə Ukraynanın gündəlik hərbi itkiləri təxminən 100 ölü və 200-300 arası yaralıdır.
APA-ya istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Brüsseldəki mətbuat konfransında deyib.
"Müharibədəki itkiləri qiymətləndirmək hər zaman çətin olub. əksər vaxtlarda isə ilk dövrlərdə qiymətləndirmə yanlış olub. Bəzən düzgün qiymətləndirmə üçün aylar, illər tələb olunur. KİV-də görürük ki, Ukrayna Silahlı Qüvvələrində hər gün 100 nəfər ölür, 200-300 nəfər yaralanır. Deyərdim ki, bu bizim qiymətləndirməmizə yaxındır. Lakin dəqiq rəqəmi demək istəmirəm" - deyə general qeyd edib.


















