21-05-2021, 07:11 | İsrail Qəzzada atəşi dayandırdı

İsrailin Təhlükəsizlik Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.
Trend bildirir ki, bu barədə yerli 7-ci telekanal məlumat yayıb.
Bildirilir ki, qərar səs çoxluğu ilə qəbul edilib.
20-05-2021, 06:07 | Özbəkistana daha 1 milyon doza vaksin gətirilib

Özbəkistana COVID-19 virusuna qarşı daha 1 milyon doza "ZF-UZ-VAC2001" nişanlı Çin-Özbəkistan vaksini gətirilib.
AZƏRTAC bildirir ki, mart-aprel aylarında 2 milyon "ZF-UZ-VAC2001", 660 min "AstraZeneca" və 100 min doza "Sputnik V" vaksini gətirilib. Beləliklə Özbəkistanda 3 milyon 760 min doza vaksin ehtiyatı var.
İndiyədək ölkədə əhaliyə 1 milyon 346 min vaksin vurulub və bu proses davam edir. İlin sonunadək Özbəkistanda 7 milyon adama vaksin vurulması nəzərdə tutulur.
20-05-2021, 06:00 | Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

Portuqaliyanın Uşaq və Gəncləri Qoruma Milli Komissiyası COVID-19 pandemiyasının ölkədə uşaqların vəziyyətini pisləşdirdiyini bildirib.
AZƏRTAC bildirir ki, komissiyanın məlumatına görə, "Uşaqlar təhlükədədir" telefon xəttinə bir il ərzində kiçik ailə üzvlərinə qarşı psixoloji, emosional və fiziki zorakılıq halları ilə bağlı 2702 əsaslı şikayət daxil olub.
Komissiyanın prezidenti Rosario Farmhausun sözlərinə görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantin rejimi yalnız zorakılıqdan deyil, həm də valideynlərin işsiz qalmasından, baxımsızlıqdan əziyyət çəkən uşaqlarda ciddi neqativ hallar yaradır. Təəssüf ki, pandemiyanın yaratdığı belə bir həssas vəziyyətlə böyüklər öz əsəblərini çox vaxt uşaqlarından çıxır.
20-05-2021, 05:51 | Hindistanda "Qara kif" xəstəliyi yayılır - Bizə gəlib çatacaqmı?

Hindistan dünyaya yeni koronavirus ştammı bəxş edib və indi hər gün milyonlarla insan kovidə yoluxur.
Ötən ay ölkədə yeni bir xəstəliyin qığılcımı aşkarlanıb. Bu, mukormikoza, xalq arasında "Qara kif" adlanan göbələk xəstəliyidir.
Alimlər bu xəstəliyin ölkədən kənara çıxacağından narahatdır.
Hind qara kif xəstəliyi burun, ağızdan orqanizmə daxil olur, ağciyərləri, gözləri zədələyir. Bu xəstəliyə kovidə yoluxmuşlar da yoluxur və ölüm halları da az deyil.
Rusiya mütəxəssisləri bu xəstəliyin Rusiyaya və digər ölkələrə çatıb-çatmayacağını və fəsadlarını müzakirə edib.
Mukormikoz Mucorales göbələk ailəsi tərəfindən yaranır, daha çox çürümüş torpaqda yaranır.
Şəkərli diabet, xərçəng və qaraciyər xəstələrində ağırlaşmalar zamanı olur.
Eləcə də hormonal steroid dərmanlar bu göbələyin inkişafına təkan verir. Görünür Hindistanda milyonlarla insana bu dərmanların koronavirusa görə verilməsi bu göbələyə geniş imkanlar yaradıb. Hindistan pandemiyadan əvvəl də bu göbələk üzrə dünyada çox xəstə olan ölkə olub.
Həkimlər qara kifin yüksək ölüm faizi olduğunu bildirir. Göbələk bədənə zəhərləyici təsir göstərir, üz, gözlər, ağciyərləri zədələyir. Onu təkcə qara kif yox, qara ölüm də adlandırırlar.
Hindistanda diabet və digər xəstələrə koviddən müalicə məqsədilə deksametazon kimi dərmanların verilməsi fonunda göbələyin bu xəstələrdə və daha sonra onlardan digər insanlara keçməsinə şərait yaradıb. /medicina.az/
19-05-2021, 07:43 | BMT TŞ Yaxın Şərqlə bağlı ortaq mövqe formalaşdıra bilməyib

BMT Təhlükəsizlik Şurası son iki həftədə gərginləşən Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən dördüncü iclasında ortaq mövqe formalaşdıra bilməyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu özünün "Twitter" səhifəsində may ayında Təhlükəsizlik Şurasına sədrlik edən Çinin BMT yanında daimi nümayəndəsi Çjan Tszyun yazıb.
Daimi nümayəndə bütün üzvləri sülhə nail olunması və dinc sakinlərin müdafiəsi istiqamətində bütün səyləri birləşdirməyə çağırıb.
Qeyd edək ki, İsrail-Fələstin arasında baş vermən son qarşıdurmalar nəticəsində İsrail tərəfindən 10, Fələstin tərəfindən isə 230-dan çox insan ölüb.
19-05-2021, 07:42 | Qəzza zolağından İsrail ərazisinə 12 saat ərzində 270 raket buraxılıb

Qəzza zolağından Bakı vaxtı ilə saat 08:00-dan saat 20:00-dək İsrail ərazisinə 270 raket buraxılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, raketlərin 90 faizi "Dəmir günbəz" hava hücumundan müdaifə sistemləri tərəfindən vurulub: "Saat 20:00 üçün Qəzza zolağından İsrail ərazisi istiqamətində 270 raketin buraxılması qeydə alınıb. Raketlərdən 45-i Qəzza zolağının ərazisinə düşüb. "Dəmir günbəz" hava hücumundan müdaifə sistemləri digər raketlərin 90 faizini məhv edib".
17-05-2021, 08:42 | ABŞ Yaxın Şərqdə münaqişəsinin iştirakçıları ilə danışıqlarına davam edəcək - Co Bayden

ABŞ hakimiyyəti İsrail, Fələstin və bölgədəki tərəfdaşları ilə Yaxın Şərq münaqişəsini həll etmək üçün danışıqlara davam edəcək.
Trend- bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ramazan bayramı münasibətilə Ağ Ev tərəfindən yayımlanan video çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "Administrasiyam sabit sakitlik dövrü əldə etmək üçün fələstinlilər, israillilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam etmək niyyətindədir".
17-05-2021, 08:36 | Döyüşlər yenidən başlaya bilərmi? - TƏHLİL

Azərbaycan Ermənistanla sərhədlərini müəyyən edir. İşğalçı ölkə isə həmişə olduğu kimi indi də haray-həşir salıb. Ermənilərin tirajladığı məlumatlar təxribat xarakterlidir. Əsk halda KTMT çoxdan işə “əncam çəkmişdi”.
Politoloq Qabil Hüseynli yayılan məlumatlarla bağlı “Sherg.az”a danışdı:
“Delimitiasiya və demarkasiya kartoqrafiya elminin tələblərinə, keçmiş xəritələrə və GPS cihazı vasitəsilə peykdən buraxılan şüalar vasitəsilə həyata keçirilir. Bu prosesdə sadaladıqlarımın hər birindən istifadə olunur. Ermənistan bizim ərazilərimizi mənimsəyib, hətta bəzi yerlərdə torpaqlarımızın 10 kilometr daxilində sərhəd çəkib. Əlbəttə, biz bunları düşmənə bağışlaya bilmərik. Hərçənd indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır. Fikrimcə, danışıqlar davam edəcək. Ermənilər inadkarlıq göstərirlər. Biz onlara bəzi kompromislər edə bilərik, amma bütün məsələlərdə yox. Çünki, necə deyərlər, torpaqdan pay olmaz!”.
Q.Hüseynli, həmçinin proseslərin gələcək inkişafı barədə proqnozlarını da bölüşdü:
“Hazırda ən mübahisəli məsələ Qaragöllə bağlıdır. Çünki ora əhəmiyyətli su hövzəsidir, strateji əhəmiyyətli yerdir. 1984-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə düşmənə verilib.
Bizim hələ həll etməli başqa problemlərimiz də var. Məsələn, Kəlbəcər, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi də Azərbaycana qaytarılmalıdır. Bunun üçün nə xəritəyə ehtiyac var, nə GPS cihazına. Çünki hadisələr yaxın keçmişə aiddir. Biz həmin proseslərin canlı şahidləriyik.
Hərbi əməliyyatların bərpa olunmasını isə istisna edirəm. Döyüşlər başlasa, kölgəni alova bürüyən genişmiqyaslı müharibəyə çevrilə bilər”.
17-05-2021, 08:28 | İsrail ordusu Livanla sərhəddəki səd divarı yaxınlığında fələstinlilərə xəbərdarlıq atəşi açıb

İsrail ordusunun hərbi qulluqçuları Livanla sərhəddə Əl-Edeys ərazisində sədd divarına çıxan fələstinlilərə bir neçə xəbərdarlıq atəşi açıb.
Trend-in məlumatına görə, bu barədə El Nashra portalı xəbər verib.
Bildirilib ki, aktivistlər divara quraşdırılmış video müşahidə kameralarını söndürməyə çalışıblar.
İsrail tərəfdən atəş açdıqdan sonra aktivistlərdən biri çoxsaylı xəsarətlər alaraq yerə yıxılıb. Həmin şəxs xəstaxanaya yerləşdirilib.
17-05-2021, 08:07 | Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb

Qüds yaxınlığında Qivat-Zeev şəhərindəki sinaqoqda tribunanın çökməsi nəticəsində təxminən 219 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə İsrailin Kan radiosu xəbər verib.
Məlumata əsasən, 15 nəfərin vəziyyəti ağırdır. Digər yaralılar yüngül və ya orta dərəcədə xəsarət alıb.


















