31-05-2021, 09:34 | Co Bayden Kennedinin qızını Avstraliyaya səfir təyin edə bilər

Co Bayden Kennedinin qızını Avstraliyaya səfir təyin edə bilər

ABŞ prezidenti Cozef Bayden Amerika administrasiyasının 35-ci başçısı (1961-1963-cü illər) Con Kennedinin (1917-1963) qızı Kerolin Kennedinin namizədliyinin Birləşmiş Ştatların Avstraliyadakı səfiri vəzifəsinə irəli sürülməsini nəzərdən keçirir.

C.Bayden həmçinin ABŞ-ın 35-ci prezidenti və senator Ted Kennedinin kiçik qardaşının dul arvadı Vikki Kennedinin Amerikanın diplomatik nümayəndəliyinin Qərbi Avropa ölkələrindən birindəki rəhbəri vəzifəsinə namizəd göstərilməsi imkanlarını müzakirə edir.

Xatırladaq ki, Kerolin Kennedi sabiq prezident Barak Obamanın ikinci administrasiyasında Tokioda səfir işləyib. Trend-

31-05-2021, 09:20 | Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Seysmoloqlar Sakit okeanın cənub şərqində 5,5 bal gücündə zəlzələ qeydə alıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Aralıq dənizi seysmoloji mərkəzi bildirib.

Yeraltı təkanların episentri Fransa Polineziyasının Papeete şəhərindən 3 574 kilometr şərqə müşahidə edilib.

Sunami və dağıntılar haqda məlumat daxil olmayıb.

28-05-2021, 14:18 | Cinsi münasibət qurmaqdan imtina etdi, qətlə yetirildi - Ürəyi soyumayan ər üç uşağını da öldürdü

Cinsi münasibət qurmaqdan imtina etdi, qətlə yetirildi - Ürəyi soyumayan ər üç uşağını da öldürdü

Hindistanın şərqindəki Bihar əyalətində yaşayan 36 yaşlı şəxs onunla cinsi əlaqəyə girmək istəməyən həyat yoldaşını qətlə yetirib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ardınca da hirsi soyumayaraq üç uşağını da qətlə yetirib.

Meyitləri isə kanala atıb. Polis "15 gündür intim əlaqəyə girmək istədiyini, lakin bu istəyi yerinə yetmədiyindən bu addımı atıb" deyə xəbər yayıb. Əlavə edilib ki, qatil 3 və 5 yaşlı oğlan, 15 aylıq körpəyə baxa bilməyəcəyini anlayaraq onları da öldürüb.

28-05-2021, 14:06 | Rusiya Türkiyədən "Bayraqdar" alır?

Rusiya Türkiyədən "Bayraqdar" alır?


Rusiya dünyanın ən böyük silah ixracatçılarından biri olaraq qalır. Ancaq bu, onun türk silahlarına, xüsusən də pilotsuz təyyarələrə maraq göstərməsinə mane olmur.

Bu barədə "Nəşnl İnterest" nəşrindəki məqalədə bildirilib.

Nəşr qeyd edib ki, Türkiyə PUA-ların əsas istehsalçısı və operatoru olmağı bacarıb və indi bu cür avadanlıqların əsas satıcısına çevrilir. Türkiyə Hava və Kosmik Sənayesi 2013-cü ildə Ankaranın Vaşinqtonla münasibətləri pisləşməyə başladığı zaman dronlar istehsal etməyə başlayıb. Nəticədə türk ordusu SAR radar və hərəkət edən yer hədəflərini aşkarlayan və müəyyən edən bir sistemlə təchiz edilib.

"Türk PUA-ları Suriyanın Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərini məhv edib. Ancaq bu, Moskvanın pilotsuz aparatlarla maraqlanmasına mane olmur", - məqalədə qeyd edilib.

"Nəşnl İnterest" Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına da istinad edib:

"Ukrayna ilə razılaşma Rusiyaya qarşı yönəlməyib. Rusiyanın ehtiyacı varsa, biz S-400 aldığımız kimi, məhsullarımızı da ala bilər".

24-05-2021, 07:15 | Türkiyədə koronavirusdan sağalanların sayı 5,02 milyonu ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 5,02 milyonu ötüb


Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 197 nəfər dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 268 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 7 839 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 186 487 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 11 202 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 024 313 nəfər təşkil edir.


24-05-2021, 07:04 | Həsən Ruhani: İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək

Həsən Ruhani: İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək


İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək.

AZƏRTAC bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İranın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, sanksiyalar səmərəsiz olub. Sanksiyalara və koronavirus pandemiyasına baxmayaraq, ölkənin avtomobil sənayesi inkişaf istiqamətindən geridə qalmayıb. Bununla yanaşı, İran regionda benzin ixracatçısına çevrilib. Müqavimət iqtisadiyyatı öz müsbət təsirini göstəməkdədir.

İran Prezidenti bir daha bəyan edib ki, ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib.


21-05-2021, 07:11 | İsrail Qəzzada atəşi dayandırdı

İsrail Qəzzada atəşi dayandırdı

İsrailin Təhlükəsizlik Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.

Trend bildirir ki, bu barədə yerli 7-ci telekanal məlumat yayıb.

Bildirilir ki, qərar səs çoxluğu ilə qəbul edilib.

20-05-2021, 06:07 | Özbəkistana daha 1 milyon doza vaksin gətirilib

Özbəkistana daha 1 milyon doza vaksin gətirilib

Özbəkistana COVID-19 virusuna qarşı daha 1 milyon doza "ZF-UZ-VAC2001" nişanlı Çin-Özbəkistan vaksini gətirilib.

AZƏRTAC bildirir ki, mart-aprel aylarında 2 milyon "ZF-UZ-VAC2001", 660 min "AstraZeneca" və 100 min doza "Sputnik V" vaksini gətirilib. Beləliklə Özbəkistanda 3 milyon 760 min doza vaksin ehtiyatı var.

İndiyədək ölkədə əhaliyə 1 milyon 346 min vaksin vurulub və bu proses davam edir. İlin sonunadək Özbəkistanda 7 milyon adama vaksin vurulması nəzərdə tutulur.

20-05-2021, 06:00 | Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

Portuqaliyanın Uşaq və Gəncləri Qoruma Milli Komissiyası COVID-19 pandemiyasının ölkədə uşaqların vəziyyətini pisləşdirdiyini bildirib.

AZƏRTAC bildirir ki, komissiyanın məlumatına görə, "Uşaqlar təhlükədədir" telefon xəttinə bir il ərzində kiçik ailə üzvlərinə qarşı psixoloji, emosional və fiziki zorakılıq halları ilə bağlı 2702 əsaslı şikayət daxil olub.

Komissiyanın prezidenti Rosario Farmhausun sözlərinə görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantin rejimi yalnız zorakılıqdan deyil, həm də valideynlərin işsiz qalmasından, baxımsızlıqdan əziyyət çəkən uşaqlarda ciddi neqativ hallar yaradır. Təəssüf ki, pandemiyanın yaratdığı belə bir həssas vəziyyətlə böyüklər öz əsəblərini çox vaxt uşaqlarından çıxır.

20-05-2021, 05:51 | Hindistanda "Qara kif" xəstəliyi yayılır - Bizə gəlib çatacaqmı?

Hindistanda "Qara kif" xəstəliyi yayılır - Bizə gəlib çatacaqmı?

Hindistan dünyaya yeni koronavirus ştammı bəxş edib və indi hər gün milyonlarla insan kovidə yoluxur.

Ötən ay ölkədə yeni bir xəstəliyin qığılcımı aşkarlanıb. Bu, mukormikoza, xalq arasında "Qara kif" adlanan göbələk xəstəliyidir.

Alimlər bu xəstəliyin ölkədən kənara çıxacağından narahatdır.

Hind qara kif xəstəliyi burun, ağızdan orqanizmə daxil olur, ağciyərləri, gözləri zədələyir. Bu xəstəliyə kovidə yoluxmuşlar da yoluxur və ölüm halları da az deyil.

Rusiya mütəxəssisləri bu xəstəliyin Rusiyaya və digər ölkələrə çatıb-çatmayacağını və fəsadlarını müzakirə edib.

Mukormikoz Mucorales göbələk ailəsi tərəfindən yaranır, daha çox çürümüş torpaqda yaranır.

Şəkərli diabet, xərçəng və qaraciyər xəstələrində ağırlaşmalar zamanı olur.

Eləcə də hormonal steroid dərmanlar bu göbələyin inkişafına təkan verir. Görünür Hindistanda milyonlarla insana bu dərmanların koronavirusa görə verilməsi bu göbələyə geniş imkanlar yaradıb. Hindistan pandemiyadan əvvəl də bu göbələk üzrə dünyada çox xəstə olan ölkə olub.

Həkimlər qara kifin yüksək ölüm faizi olduğunu bildirir. Göbələk bədənə zəhərləyici təsir göstərir, üz, gözlər, ağciyərləri zədələyir. Onu təkcə qara kif yox, qara ölüm də adlandırırlar.

Hindistanda diabet və digər xəstələrə koviddən müalicə məqsədilə deksametazon kimi dərmanların verilməsi fonunda göbələyin bu xəstələrdə və daha sonra onlardan digər insanlara keçməsinə şərait yaradıb. /medicina.az/

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.