8-05-2021, 07:37 | ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib

ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin istehsal etdiyi "Sinopharm" koronavirusa qarşı vaksinini təcili istifadə üçün tövsiyə edib.

Bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Bu gün ÜST Pekinin "Sinopharm" vaksinini COVİD-19-a qarşı təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib. "Sinopharm" ÜST-nin təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını almış altıncı peyvənd oldu".

Onun sözlərinə görə, bu addım beynəlxalq COVAX mexanizmi vasitəsi ilə satın alına bilən COVİD-19-a qarşı immunizasiya üçün dərmanların siyahısını genişləndirdi.

8-05-2021, 07:29 | Alimlər: Primatların beyin ölçüsü ilə sosial təmasların sayı arasında əlaqənin olması fikri təsdiqini tapmadı

Alimlər: Primatların beyin ölçüsü ilə sosial təmasların sayı arasında əlaqənin olması fikri təsdiqini tapmadı

İsveç alimləri britaniyalı antropoloq Robin Danbarın apardığı hesablamanı təkrar ediblər, lakin onun 1992-ci ildə irəli sürdüyü nəzəriyyənin - dostların sayı ilə insanların və digər primatların beyin ölçüləri arasında əlaqənin olması fikrinin təsdiqini tapmayıblar. Bu barədə "Biology Letters" jurnalı Stokholm Universitetinə istinadla məlumat yayıb.

Stokholm Universitetinin dosenti Patrik Lindenforsun sözlərinə görə, yeni tədqiqat zamanı Danbar rəqəminin alındığı nəzəri əsasların möhkəm olmadığı məlum olub. Digər primat növlərinin beyini informasiyanı insanda olduğu kimi emal etmir. Müxtəlif primat qruplarının formalaşmasına isə nə ilə qidalandıqları və onlara hansı vəhşilərin hücum etdiyi kimi amillər təsir göstərir. Bundan başqa, insanlar arasında sosial əlaqələrin tipik ölçüləri çox fərqlidir.

Danbar rəqəmi 1992-ci ildə məşhur britaniyalı antropoloq Robin Dabbar tərəfindən elmə daxil edilib. O diqqət yetirib ki, primatlar arasında sosial qrupların tipik ölçüləri bütövlükdə onların beyininin ölçüsü və xüsusən böyük yarımkürələrin qabığının sahəsi ilə nə yollasa bağlıdır. Bu ideyanı yoxlamaq üçün britaniyalı tədqiqatçı 38 növ primatın beyinini tutuşdurub ki, bu da onun hesablamalarını bütövlükdə təsdiqləyib və ona insanlar arasında sosial əlaqələrin maksimum sayını dəyərləndirməyə imkan yaradıb. Bu rəqəm təxminən 150 olub.

Lindenfors qeyd edir ki, Danbarın ideyaları ilə bir çox antropoloqlar razılaşmasa da, bu fikir həm elmi, həm də geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu səbəbdən də Danbar rəqəmindən onlayn layihələrin, biznes və dövlət strukturlarının, yüzlərlə və minlərlə insan həyatına toxunan layihələrin işlənib-hazırlanmasında istifadə edilib.

İsveç antropoloqları isə zooloqların son otuz ildə topladıqları əksər primat beyini və onun qabığının ölçüləri üzrə dəqiqləşmiş məlumatlardan və ən yeni statistik metodlardan istifadə etməklə Danbar rəqəmini dəqiq müəyyənləşdirməyin mümkün olub-olmadığı ilə maraqlanıblar. Ümumilikdə alimlər 70 növ primatın, eləcə də insanların qrup və beyin ölçüləri ilə bağlı dəqiq məlumat əldə ediblər. Onlar Danbar rəqəmini hesablamaq üçün eyni vaxtda bir neçə statistik metoddan istifadə etməklə bu məlumatları tutuşdurublar. Lakin müxtəlif yollarla əldə edilmiş Danbar rəqəminin qiymətləri arasında fərq böyük olub. Bəzi hallarda bu, 500-ü ötüb, digər hallarda isə 10-dan az olub.

Buna görə də İsveç alimləri müəyyən layihələrin reallaşdırılması məsələsinə ehtiyatla yanaşmağı məsləhət görürlər.//AZƏRTAC//

8-05-2021, 07:23 | Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir

Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir

Dünya üzrə COVID-19 pandemiyasından ən çox təsirlənən sahələrdən biri də turizm sektorudur. Bütün dünyada olduğu kimi, il boyu ən çox turist qəbul edən ölkələrdən biri olan qardaş Türkiyədə də pandemiyanın mənfi fəsadları bu sahədə özünü büruzə verir. Hazırda Türkiyəyə gələn xarici ölkə vətəndaşları "Təhlükəsiz turizm sertifikat proqramı" çərçivəsində ölkəyə qəbul edilir.

Beynəlxalq səyahətin, o cümlədən turizm sektorunun nə vaxt normallaşacağı barədə hələ heç nə demək mümkün deyil. Təbii ki, bundan irəli gələrək turizmə ev sahibliyi edən Türkiyə kimi ölkələrdə xarici turistlərlə bağlı gözləntilər çox aşağı səviyyədədir. Hazırda istər qlobal arenada, istərsə də Türkiyədə bütün gözlər daxili turizmə yönəlib. Türkiyənin builki turizm hədəfi təxminən 20-25 milyon nəfərdir ki, onların da əksəriyyətinin ölkənin Egey bölgəsinə, xüsusilə təbiət turizminə, kiçikçaplı otellərə, təcrid olunmuş dağ evləri kimi məkanlara üstünlük verəcəyi gözlənilir. Artıq bununla bağlı statistik göstəricilərə baxdıqda ölkə əhalisinin istər tam qapanma, istərsə də istirahət günlərində bu cür məkanlarda dincəldikləri müşahidə edilir.

Mütəxəssislər pandemiyadan sonra da istər yerli, istərsə də xarici turistlərin əsasən kənd turizminə üstünlük verəcəklərini bildirirlər. Bununla bağlı artıq qardaş Türkiyədə bir sıra fəaliyyətlər də başladılıb. Ölkənin turistik baxımdan daha cəlbedici, lakin digər bölgələrə nisbətən daha az ziyarət edilən yerlərində turizmin inkişaf etdirilməsi üçün layihələrin icrasına start verilib.

Bundan əlavə qardaş ölkədə artıq tətbiqinə başlanılan "Təhlükəsiz turizm sertifikat proqramı" çərçivəsində xarici vətəndaşların turist olaraq Türkiyəyə gəlişinə start verilib. Bununla əlaqədar olaraq artıq Ukrayna heyəti Türkiyəni ziyarət edib və turistik səyahətlərin başlaması ilə bağlı fikir mübadiləsi aparılıb. Gələcək günlərdə Almaniya və Rusiyadan da heyətin ölkəyə gəlməsi gözlənilir.


24-04-2021, 07:47 | Türkiyədə daha 343 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə daha 343 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 343 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda həm də 49 min 438 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 550 min 820, pandemiya qurbanlarının sayı isə 37 min 672 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 970 min 111 pasiyent sağalaraq evə buraxılıb.

24-04-2021, 07:43 | Bayden Ərdoğana zəng etdi və... “erməni soyqırımı”nı tanıyacağını dedi

Bayden Ərdoğana zəng etdi və... “erməni soyqırımı”nı tanıyacağını dedi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də R.T.Ərdoğan və C.Bayden arasındakı telefon danışığına dair məlumat yayıb.

Məlumata görə, liderlər ikitərəfli münasibətlərin strateji mahiyyəti və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün birlikdə fəaliyyətin vacibliyi barədə razılığa gəliblər.

Prezident Ərdoğan FETÖ-nün ABŞ-da olması və ABŞ-ın Suriyadakı PKK/PYD terror təşkilatına verdiyi dəstək kimi məsələlərin həll edilməsinin Türkiyə-Amerika münasibətlərini inkişaf etdirmək üçün vacib olduğunu bildirib.

"İki ölkə liderləri Brüsseldə NATO liderlərinin iyun zirvə görüşündə görüşmək barədə razılığa gəliblər",- deyə bu məlumatda da bildirilib.

Bloomberg agentliyi isə telefon danışığının məzmunu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb ki, Bayden Ərdoğanla söhbətində “erməni soyqırımı”nı tanıyacağını bildirib.

**22:36 (23.04.2021)

ABŞ və Türkiyə prezidentləri Cozef Bayden ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden Ərdoğanla söhbətində fikir ayrılıqlarını aradan qaldırmaq istədiyini söyləyib.

Ağ Evdən onu da əlavə ediblər ki, ABŞ və Türkiyə prezidentləri iyun ayında NATO zirvə toplantısının kuluarlarında görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu, ABŞ Prezidentinin 20 yanvar 2021-ci ildə vəzifəsinin icrasına başlamasından sonra Türkiyənin dövlət başçısı ilə ilk telefon danışığıdır.

24-04-2021, 07:39 | ABŞ-ın dövlət katibi onlayn müzkirələr aparıb

ABŞ-ın dövlət katibi onlayn müzkirələr aparıb

ABŞ Dövlət Katibi Entoni Blinken Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirləri ilə onlayn məsləhətləşmələr zamanı Əfqanıstandakı tənzimləmə, pandemiya ilə mübarizə, iqlim dəyişikliyi və enerji məsələlərini müzakirə edib.

Bu barədə ABŞ Dövlət departamentindən xəbər verilib.

"Dövlət katibi ABŞ-ın Orta Asiya dövlətlərinin müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini vurğulayıb. <...> Tərəflər Əfqanıstandakı sülh prosesi, pandemiyadan qurtulma və iqlim dəyişikliyini müzakirə etdilər", - departamentin məlumatında deyilir.

Müzakirə iştirakçıları işçi qruplarının iqtisadiyyat, enerji, ətraf mühit və təhlükəsizlik üzrə məsələlərdə təşviqin əldə edilməsi üçün dəstəklərini bldirdilər.

24-04-2021, 07:21 | Ərdoğanla Bayden arasında telefon danışığı baş tutub

Ərdoğanla Bayden arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında ilk telefon danışığı baş tutub.

Iki ölkə lideri iyun ayında keçiriləcək NATO sammiti zamanı görüşmək barədə razılığa gəliblər.

C.Bayden danışıq zamanı geniş əməkdaşlıq sahələri və fikir ayrılıqları olan məsələlərin həll yollarına dair konstruktiv ikitərəfli münasibətlərdə maraqlı olduğunu bildirib.

23-04-2021, 08:23 | Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) xəbər verb.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:49-da qeydə alınıb. Yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu sahillərində, ocağı isə 7,08 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

22-01-2021, 10:37 | Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,18% azalaraq 1 barelə görə 55,44 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,28% azalaraq 52,45 dollar təşkil edib.

22-01-2021, 10:28 | Pentaqonun sabiq rəhbərindən "F-35" qırıcıları barədə sərt ifadə

Pentaqonun sabiq rəhbərindən "F-35" qırıcıları barədə sərt ifadə

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller istefa verməzdən bir qədər əvvəl beşinci nəsil "F-35" qırıcıları barədə "bir parça..." ifadəsini işlədib.

Mətbuat konfransının stenoqramı Pentaqonın rəsmi saytında yerləşdirilib.

Tədbir zamanı Miller amerikalı pilotla söhbətindən danışıb. Pentaqon rəhbəri vəzifəsinin içraçısının sözlərinə görə, o, pilotun hansı təyyarədə uçduğunu soruşub və "F-35" cavabını aldıqda Miller deyib:

"Mən dedim: bu bir parça... Və o güldü. Dedim: "Xeyr, ciddiyəm, mənə onun barəsində danış", - deyə Miller bildirib. Bununla yanaşı, o, pilotun "F-35"-i "inanılmaz təyyarə" adlandırdığını da əlavə edib:

"Düşünürəm ki, biz bir yırtıcı yaratmışıq, amma bunu siz onsuz da bilirsiniz".

Qeyd edək ki, K.Miller bu vəzifəyə keçmiş prezident Donald Tramp tərəfindən ötəl il noyabrın 9-da təyin edilmişdi. O, ABŞ-da yeni administrasiyanın gəlişindən qabaq istefa verib.(APA)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.