23-12-2020, 08:00 | Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb


Çexiya parlamentinin Deputatlar Palatası (alt palata - Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.

Trend bildirir ki, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.

Çex Respublikasında koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub,10 562 pasiyent vəfat edib.

23-12-2020, 07:57 | Fransa Əlcəzairə 100 milyard avro təzminat ödəməlidir


Fransa Əlcəzairə 100 milyard avro təzminat ödəməlidir


Fransa "böyük demokratik xalqların yolu ilə getməli" və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Birləşmiş Krallığın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün I və II Dünya müharibələri zamanı Almaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlarla avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir.

AZƏRTAC bildirir ki, Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı hesabat hazırlandığı vaxtda bu fikirləri əlcəzairli tarixçi Seddik Larkeş səsləndirib.

O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən bərpa etmək - təzminat ödəmək öhdəliyindən qurtula bilməyəcək. Təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir. Əlcəzairin paytaxtındakı "Dey" xəzinəsinin (təxminən 4 milyard avro) oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz minlərlə insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin demək olar əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.

Xatırladaq ki, son günlər hər iki ölkənin prezidenti bu haqda telefon danışığı aparıblar. Fransanın təzminat ödəməsi ilə bağlı hesabatın yanvar ayında hazır olacağı qeyd edilib.

23-12-2020, 07:55 | ÜST koronavirusun yeni mutasiyası barədə informasiyanı müzakirə edəcək

ÜST koronavirusun yeni mutasiyası barədə informasiyanı müzakirə edəcək


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının Böyük Britaniyada aşkarlanan yeni ştammı barədə informasiyanı müzakirə etmək üçün iclas çağıracaq.

Bu barədə təşkilatın Avropa Regional Bürosunun direktoru Hans Klüge özünün "Twitter" səhifəsində bildirib.

"ÜST-nin Avropa Regional Bürosu test strategiyası və yoluxma riskinin azaldılması məsələlərini müzakirə etmək üçün üzv ölkələri bir araya toplayacaq. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə daha dəqiq informasiya əldə olunana qədər səyahətləri məhdudlaşdırmaq məqsədəuyğundur", - deyə Hans Klüge yazıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün aşkarlandığını bildirib. İngiltərənin cənub-şərqində xəstəliyin sürətlə yayılmasına yeni ştammın səbəb olduğu güman edilir. Baş nazir Boris Conson ilkin məlumata əsaslanaraq koronavirusun yeni formasının 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib. AZƏRTAC

23-12-2020, 07:47 | "BioNTech" yeni virusa qarşı da təsirli olacaq"

"BioNTech" yeni virusa qarşı da təsirli olacaq"


Almaniyanın "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin rəhbərlik etdiyi müəssisənin altı həftə ərzində koronavirusun yeni, "Britaniya ştammı"na qarşı peyvənd hazırlayacağını söyləyib.

Bu barədə AFP məlumat verib.

Onun sözlərinə görə, şirkətin "Pfizer" şirkəti ilə birlikdə hazırladığı mövcud peyvənd, çox güman, mutasiya olunmuş ştamma qarşı da təsirli olacaq, amma ehtiyac olacağı təqdirdə preparatı bilavasitə virusun "Britaniya" variantına qarşı da uyğunlaşdırmaq olar.

"Texniki olaraq belə peyvəndi altı həftə ərzində təmin edə bilərik", - U.Şahin bildirib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib. (medicina.az)

23-12-2020, 07:44 | Fransanın dövlət borcu artıb

Fransanın dövlət borcu artıb


Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 116,4 faizinə və ya 2 trilyon 674,3 milyard avroya çatıb.

Bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb.

Bildirilir ki, cari ilin 3-cü rübündən etibarən dövlət və sosial təminat idarələrinin xəzinəsində artımdan sonra dövlət borcunun artmasında ləngimə qeydə alınıb.

Dövlət borcu iyul-sentyabr aylarında 36,1 milyard avro artıb, halbuki 2020-ci ilin 2-ci rübündə bu rəqəm 200 milyard avro olub.

23-12-2020, 07:38 | Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək


Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək


Koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar olaraq Türkiyə ərazisində Yeni ilə mərasimləri və bayram şənlikləri keçiriləməyəcək.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vilayət rəhbərlərinə müvafiq təlimat göndərilib. Bildirilir ki, otellər, qonaq evləri və digər mərasim yerlərində kütləvi bayram tədbirləri keçirilə bilməz.

Qeyd edək ki, hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi həftəsonu "Evdə qal!" rejimi dekabrın 31-də saat 21:00-da qüvvəyə minərək 2021-ci il yanvarın 4-də saat 5:00-dək davam edəcək. Əhaliyə tövsiyə edilir ki, Yeni ilin qarşılaması və bayramlaşma ailələr daxilində dar çərçivədə keçirilsin.

23-12-2020, 07:36 | Yaponiyada COVID-19-a yoluxanların sayı son iki ayda iki dəfədən çox artıb


Yaponiyada COVID-19-a yoluxanların sayı son iki ayda iki dəfədən çox artıb


Dekabrın 21-də Yaponiyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 200 mini ötüb.

Həmin günün sonuna daxil olan məlumatlara əsasən ölkə üzrə 1086 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Yaponiya üzrə virusa yoluxanların ümumi sayı 201 min 762 nəfər təşkil edib.

Xatırladaq ki, bu ölkədə yoluxmaların sayı 100 mini oktyabrın sonlarında çatıb. Bu o deməkdir ki, Yaponiya üzrə koronavirusa yoluxanların sayı son iki aydan az müddətdə iki dəfədən çox artıb.

Bildirilir ki, Yaponiyada son vaxtlar koronavirusa yoluxanların sutkalıq göstəricisi ölkədə fövqəladə vəziyyət elan edildiyi dövrdəkini dəfələrlə üstələyib. Yoluxanların 25 faizdən çoxu paytaxt Tokioda qeydə alınıb. Dekabrın 21-də isə paytaxt administrasiyası 392 yeni yoluxma halının qeydə alındığını bildirib. Vurğulanıb ki, bu, tibb müəssisələrinin əsasən bağlı olduğu istirahət günlərindən sonra adətən aşağı olan əvvəlki göstəricilərin ən yuxarısıdır.

Hazırda təqribən 14 milyon sakinin yaşadığı Yaponiya paytaxtında koronavirusa yoluxanların ümumi sayı 52 minə çatıb.

Tokionun qubernatoru xanım Koike Yuriko dekabrın 21-də paytaxt sakinlərinə müraciət edərək onları bayram günləri ərəfəsində və bayram günlərində həyatlarına daha böyük həssaslıqla yanaşmağa çağırıb. Xanım qubernator tokioluları doğmalarının, onları əhatə edən şəxslərin və özlərinin həyatlarını qorumağa çağırıb.

Əlavə olaraq bildirilir ki, həmin gün Yaponiyada koronavirusdan 48 nəfər həyatını itirib. Beləliklə, ölkə üzrə pandemiyadan ölənlərin ümumi sayı 2978 nəfərə çatıb.AZƏRTAC

21-12-2020, 07:02 | Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi

Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan koronavirusdan vəfat edib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Əhməd Ərdoğan müalicə aldığı xəstəxanada həyatla vidalaşıb. Uzun müddətdir müalicə alan Ə.Ərdoğan 73 yaşında idi. Onun Rizedə dəfn ediləcəyi bildirilir. (Day.Az-)

21-12-2020, 06:49 | Merkel Aİ sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir

Merkel Aİ sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir


Almaniya hökuməti Avropa İttifaqının Böyük Britaniya üçün uçuş qadağası tətbiq etməsini istəyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin nazirlər kabinetindən bildirilib.

Rəsmi Berlin qadağaların 21 dekabrdan 6 yanvaradək qüvvəyə minməsini dəstəkləyir.

Bildirilir ki, hələ Aİ-yə dəniz yolu və La-Manş kanalı ilə girişə icazə verilib-verilməyəcəyi sualı açıq qalır. Beləliklə, Almaniya Böyük Britaniyada koronavirus mutasiyasının meydana gəlməsinə öz reaksiyasını göstərib.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, gün ərzində bu barədə Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparacaq.

21-12-2020, 06:37 | Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb


İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, azı üç raket dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.