24-11-2023, 06:14 | TƏBİB: Binəqədidəki yanğında 6 nəfər xəsarət alıb

TƏBİB: Binəqədidəki yanğında 6 nəfər xəsarət alıb


Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Respublica.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Respublica.Az




24-11-2023, 06:09 | "Qış parkı"nda HADİSƏ: 75 minlik avtomobili vurub...

"Qış parkı"nda HADİSƏ: 75 minlik avtomobili vurub...


Bakıda avtomobil dayanacaqlarının birində 75 min manatlıq "Ford Mustanq" markalı avtomobili vuran şəxs hadisə yerindən qaçıb.

Respublica.Az baku.ws-ə istinadən bildirir ki, barədə şikayətçi Xəlilov Mirheydər Elşən oğlu məlumat verib.

Hadisə "Qış parkı"nın alt hissəsində yerləşən parkinqdə qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, 17 noyabrda avtomobilinə baş çəkərkən onun əzildiyini və təqribən 600 manat civarında zərər dəydiyini aşkarlayıb:

"Mən 2016-cı ildən ikinci avtomobilimi bu parkinqdə saxlayıram. Ancaq həftəsonları bu avtomobili idarə edirəm. Sonuncu dəfə 11 noyabrda avtomobilimə baxış keçirərkən heç bir əzik və vuruq olmayıb. Lakin 17 noyabrda yenidən avtomobilimə baxanda əzik və vuruqla rastlaşdım. Hadisədən sonra parkinqin müdriyyətinə çağırdım və onlar da avtomobilimin şəklini çəkdilər.

Lakin mənə heç bir cavab vermədikləri üçün parkinq rəhbərliyinin yanına getdim. Pərviz adlı şəxs məni başından etdi və avtomobilimə dəymiş ziyanın qarşılanacağı ilə bağlı müsbət söz demədi. Əksinə mənə dedi ki, get hara istəyirsənsə, şikayət elə".

Qeyd edək ki, 11 noyabr (vurulmamışdan əvvəl) və 17 noyabrda (vurulandan sonra) avtomobilinin görüntülərini təqdim edən şikayətçi "Qış parkı" parkinqi rəhbərliyinin ona qarşı ədalətsiz mövqe göstərdiyini bildirib.

Respublica.Az


24-11-2023, 05:58 | İsmayıllıda AĞIR QƏZA - Xəsarət alanlar var

İsmayıllıda AĞIR QƏZA - Xəsarət alanlar var


İsmayıllıda ağır yol qəzası baş verib.

Respublica.Az APA-ya istinadən bildirir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


24-11-2023, 05:56 | Bakıda avtomobil 39 yaşlı qadını vuraraq öldürdü

Bakıda avtomobil 39 yaşlı qadını vuraraq öldürdü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Respublica.Az report-a istinadən xəbər verir ki,hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi 1984-cü il təvəllüdlü Müzəffərova Minəxanım Dilavər qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

23-11-2023, 08:05 | Yanğının baş verdiyi bazar polis nəzarətinə götürüldü

Yanğının baş verdiyi bazar polis nəzarətinə götürüldü



Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.


23-11-2023, 08:02 | Qazaxda 28 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var

Qazaxda 28 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var


Qazaxda noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qazax rayon Prokurorluğundan milli.az-a bildirilib ki, aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Cəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.


23-11-2023, 07:42 | Oğuzda uşaq bağçası yanıb - VİDEO

Oğuzda uşaq bağçası yanıb - VİDEO


Oğuzda körpələr evi-uşaq bağçası yanıb.

Respublica.Az APA-ya istinadən bildirir ki, saat 01:30-da Oğuz şəhəri ərazisində körpələr evi-uşaq bağçasınsa yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirluyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.


22-11-2023, 19:59 | Şamaxıda avtomobil traktorla toqquşdu - yaralananlar var

Şamaxıda avtomobil traktorla toqquşdu - yaralananlar var


Şamaxıda ağır avtomobil qəzası baş verib. VAZ-2107 markalı avtomobil traktorla toqquşub.

Hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Şamaxı sakini 1964-cü il təvəllüdlü Əmirağa Ələsgər oğlu Abbasov, 1975-ci il təvəllüdlü Şəhla Balakərəm qızı Abbasova, 1970-ci il təvəllüdlü Zərifə Balakərəm qızı Təhməzova və 1963-cü il təvəllüdlü Səadət Balakərəm qızı Adıgözəlova ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Vəziyyəti ağır olan iki nəfər Bakı şəhər travmatalogiya xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

22-11-2023, 09:02 | Metronun bu stansiyasında "nasazlıq" yarandı

Metronun bu stansiyasında "nasazlıq" yarandı


Metropolitenin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyasının səsləndirilməsində problem yaranıb.

Metropolitenin "Xalqlar dostluğu" stansiyasının yerinə "Azadlıq", "Neftçilər"in əvəzinə isə "Dərnəgül" stansiyası elan edilib.

Sərnişinləri çaşdıran isə "Dərnəgül" stansiyasını elan edərkən "Xahiş olunur vaqonları tərk edin" ifadələri olub. Bundan sonra çaşqınlıq içərisində qalan bəzi sərnişinlər stansiyada qatardan düşmək qərarına gəliblər.


22-11-2023, 08:48 | Bakıda 16 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 16 yaşlı qız faciəvi şəkildə öldü



Bakıda 16 yaşlı qız dəm qazından boğularaq ölüb.

Binəqədi rayon ərazisində 2007-ci il təvəllüdlü İnci Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır. /apa/


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.