28-12-2021, 09:17 | Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib

Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib


Bakıda 42 yaşlı qadın hücuma məruz qalaraq xəsarət alıb.

"Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Aydın qızı bankomatdan pul çıxararkən tanımadığı şəxs ona xəsarət yetirib.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdirma aparılır.

28-12-2021, 09:07 | APA-nın əməkdaşları hücuma məruz qalıblar

APA-nın əməkdaşları hücuma məruz qalıblar


Masazır qəsəbəsində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi Novxanı şosesində qeydə alınıb.

Yolu keçən 1999-cu il təvəllüdlü Nurəliyeva Əfsanə Sahib qızını Qasımzadə İman Seyran oğlu idarəetməsində olan 99-SG-213 dövlət nişanlı "VAZ-21012" markalı avtomobillə vurub. Yaralının yaxınları APA-ya bildirib ki, təcili yardım xidməti əraziyə 30 dəqiqədən gec gəlib.

Hadisəni işıqlandıran "APA Group"un əməkdaşı Nurlan Əli və operator Hüseyn Qurbanov sürücünün yaxınları tərəfindən təzyiqə məruz qalıblar. Onlar çəkiliş olmamasını tələb edərək hadisə yerində olan əməkdaşın mobil telefonu və kamerasını əlindən alıblar. Buna görə də Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları baş verən insidentin qarşısını alıb.

Qeyd edək ki, insident zamanı Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub. Onlar hərəkətsizlik göstəriblər.

Daha sonra əraziyə Təcili Yardım Xidməti gəlib yaralı Ə.Nurəliyeva xəstəxanaya aparılıb. Sözügedən təcili yardım xidmətinin əməkdaşı bildirib ki, ərazidə müraciət çox olduğu üçün ləngimə yaranıb.

28-12-2021, 09:05 | Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb


Oğuz şəhəri ərazisində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Gənclik" küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub.

Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

R.Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

27-12-2021, 11:25 | 15 yaşlı qızın başına gələn dəhşəti məktəb psixoloqu üzə çıxardı

15 yaşlı qızın başına gələn dəhşəti məktəb psixoloqu üzə çıxardı



Azərbaycanda 15 yaşlı qız 4 il boyunca atası və qardaşı tərəfindən cinsi istismara məruz qalıb.

"Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaqın qənaətinə görə, 2006-cı il təvəllüdlü G. Fuadzadənin (şərti) anası 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Anası rəhmətə gedəndən sonra uşaq atası və qardaşı ilə birlikdə yaşayıb.

Cinayətin üstü yalnız məktəbli qızın hadisəni öz sinif yoldaşı olan qonşusuna danışmasından sonra açılıb. Belə ki, qonşu qız bu barədə anasına məlumat verib. Qadın isə olanları qızın təhsil aldığı məktəbin psixoloquna danışmağı tövsiyə edib. "Məktəblinin dostu" layihəsi çərçivəsində şagirdlərlə söhbət aparmaq üçün məktəbə gələn psixoloq olanları öyrənib və bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qızın qardaşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.

Məhkəmədə dindirilən qardaş isə ittihamları qəbul etməyib: "Ona qarşı heç vaxt əxlaqsız hərəkət etməmişəm. Bir dəfə qolunu şüşə ilə kəsmişdi. Bunun səbəbini soruşanda anama görə darıxdığı üçün etdiyini demişdi".

G.Fuadzadə isə ifadəsində göstərib ki, atasına etiraz etsə də, gücü çatmayıb.

Məhkəmədə dindirilən qonşu qadın bildirib ki, uşaq hərdənbir onlara qonaq gəlib: "Bir dəfə mənə rəfiqəsinin telefonu ilə zəng edib "xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər" dedi. Ona dedim ki, hər şeyi məktəbin psixoloquna danışsın. Hadisəni ərimə danışdım. Ərim onlara gedib hadisəni uşağın öz dilindən öyrənib".

Ekspretiza da 15 yaşlı qızın dediklərini təsdiq edib.

Qardaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Məhkəmə şikayəti əsassız hesab edərək cəza müddətini dəyişdirmədən saxlayıb.

Bundan əlavə, atanın törətdiyi əməllə bağlı da ayrıca cinayət işi başanılıb və məhkəmənin hökmü ilə o da azadlıqdan məhrum edilib.

27-12-2021, 06:07 | Bakıda tələbə dəm qazından boğulub öldü - Ən yüksək bal toplayanlardan biri imiş... -FOTO

Bakıda tələbə dəm qazından boğulub öldü - Ən yüksək bal toplayanlardan biri imiş... -FOTO


Bakıda dəm qazı daha bir can alıb.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından zəhərlənərək vəfat edib.

22 yaşlı gənc bu universitetdə MBA üzrə magistratura təhsili alırmış.

E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini "Erasmus+" mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.


24-12-2021, 05:22 | Bakıda gənc qız dəm qazından zəhərlənib

Bakıda gənc qız dəm qazından zəhərlənib


Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Sultanova Samirə Habil qızı Polad Həşimov küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

15-12-2021, 07:25 | 20 yaşlı dayısı oğlunu ürəyindən bıçaqladı

20 yaşlı dayısı oğlunu ürəyindən bıçaqladı


Ağstafada qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən şəxs tutulib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli Əsgərov dayıoğlu-bibioğludurlar.

27-11-2021, 07:40 | Goranboyda maşın aşıb, sürücü ağır xəsarət alıb

Goranboyda maşın aşıb, sürücü ağır xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən bildirir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

27-11-2021, 07:29 | Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib


Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Vüqar Seyidov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 45 yaşlı kişi yaşadığı evdə dəm qazında zəhərlənib.

27-11-2021, 07:27 | Samuxda piyadanı maşın vurub

Samuxda piyadanı maşın vurub


Samuxda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən bildirir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZel" markalı avtomobil yolu keçmək istəyən İlqar Quliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.