15-06-2022, 10:20 | Bakı-Füzuli marşrutu da istifadəyə verilir - İlk səfərin tarixi açıqlandı

Bakı-Füzuli marşrutu da istifadəyə verilir - İlk səfərin tarixi açıqlandı


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.

Nazirlikdən verilən məlumata görə, daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı"na uyğun olaraq, 06 aprel 2022-ci il tarixində "Bakı - Füzuli - Bakı" şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla "Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında" müqavilə bağlanılıb.

Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.

Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.


Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək.

Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.


15-06-2022, 10:10 | Arvadını öldürüb, qayınanası və qaynını bıçaqlayan şəxsdən XƏBƏR VAR

Arvadını öldürüb, qayınanası və qaynını bıçaqlayan şəxsdən XƏBƏR VAR


Bakıda həyat yoldaşını qətlə yetirib, qayınanası və qaynını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-ə istinadən bildirir ki, cinayət işinin materialları toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


15-06-2022, 09:48 | Bakıda 24 yaşlı gənc özünə xəsarət yetirib

Bakıda 24 yaşlı gənc özünə xəsarət yetirib


Bakıda intihara cəhd hadisəsi baş verib.

"report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Qasımov Vuqar Eldəniz oğlu özünə ülgüclə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub. V.Qasımov əməliyyat olunub və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

15-06-2022, 09:43 | Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub


Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Əhmədov Azad Əhməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün yerdəyişən və sağ əlin sınığı, bədənin çoxsaylı əzikləri və kəsikləri diaqnozu qoyulub.

A.Əhmədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

15-06-2022, 09:41 | ​​​​​​​Bakıda avtomobil məzunu vurdu - vəziyyəti ağırdır

​​​​​​​Bakıda avtomobil məzunu vurdu - vəziyyəti ağırdır


Bakıda avtomobil məzunu vuraraq ağır xəsarət yetirib.

"report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində" "Toyota RAV4" markalı avtomobil yolu keçən 17 yaşlı Cavid Cəbrayılovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona hər iki ayağınının baldır nahiyəsinin sınığı, qara ciyərin zədəsi və daxili qanaxma diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə C.Cəbrayılov "Son zəng" tədbirindən evə gedərkən baş verib.

Fakt araşdırılır.

15-06-2022, 09:31 | Bakıda polis maşını qəzaya uğrayıb, xəsarət alan var

Bakıda polis maşını qəzaya uğrayıb, xəsarət alan var


Bakıda polis maşını qəzaya uğrayıb.

"report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı "Niva"nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


10-05-2022, 08:57 | Yasamalda gənci avtomobil vurub

Yasamalda gənci avtomobil vurub


Bakıda daha bir piyada yol qəzasında xəsarət alıb.

"Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2003-cü il təvəllüdlü Əliyeva Ayan Arif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

10-05-2022, 08:46 | Bakıda taksi qəzaya uğrayıb

Bakıda taksi qəzaya uğrayıb


Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "KİA" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb.

Daha sonra maşın beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

10-05-2022, 08:40 | Bakıda 34 yaşlı kişi bıçaqlanıb

Bakıda 34 yaşlı kişi bıçaqlanıb


Bakıda 34 yaşlı kişi bıçaqlanıb.

"Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Quliyev Elşən Əli oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


1-03-2022, 09:31 | Aytac kollektiv çəkdirdiyi şəklə görə öldürülübmüş...

Aytac kollektiv çəkdirdiyi şəklə görə öldürülübmüş...


Fevralın 27-də Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyevanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, Aytac əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyev tərəfindən qısqanclıq niyyəti ilə öldürülüb.

Belə ki, Piri Aytacın getdiyi kompüter kursunda kollektiv şəkil çəkdirdiyini görüb və bundan əsəbləşib. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb. Mübahisənin davamında isə Piri əmisi qızını Suludərə adlanan əraziyə aparıb və orada 24 yaşlı qadının boğazını kəsərək qətlə yetirib. Qətldən sonra Piri Əli oğlu Piriyev könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Aytac Piriyeva bir müddət əvvəl ərindən boğanıb və onun bir oğlan övladı olub. Atası vəfat edən qadın, anası ilə birgə qalırmış. Məlumata görə, Aytacın boşanmasından sonra, Piri Piriyev onunla evlənmək niyyətində olub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.