21-10-2021, 11:04 | Sumqayıtda qadın özünü altıncı mərtəbədən atdı

Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.
Hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
21-10-2021, 08:56 | Bakıda əks yola çıxan avtomobil qəza törədib, xəsarət alanlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.
Nəticədə "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mercedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.
Zərbənin təsirindən "Mercedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Report"
21-10-2021, 08:47 | Şabranda avtomobillə vurulan gənc Bakıya gətirilib

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Qulu Teyyub oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. O, təcili tibbi yardımın köməkliyilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakı şəhərinə gətirilib.
Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Report
20-10-2021, 09:28 | Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub, vəziyyəti ağırdır - Foto

Xalq artisti Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub.
81 yaşlı xanəndə ev şəraitində müalicə asla da, vəziyyəti ağırdır.
Qeyd edək ki, Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş muğam ustası bundan əlavə, "Əmək", "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

oxu.az-
20-10-2021, 09:24 | Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.
Göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.
Xəxstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
qafqazinfo"
20-10-2021, 09:13 | Sabirabadda birmərtəbəli ev yanıb

Sabirabad rayonunun Sarxanbəyli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20-10-2021, 09:05 | Mingəçevirdə narkotik aludəçisi qadına xəsarət yetirib

Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb.
Hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.
Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(APA)
20-10-2021, 09:03 | Kəlbəcər sakini Mingəçevirdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Gəncə şosesində yerləşən müəssisələrdən birinin yaxınlığında qeydə alınıb.
Ərazidə müvəqqəti məskunlaşan 1995-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Koroğlu Şahmalı oğlu Xuduzadə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (APA)
20-10-2021, 09:00 | Agentliyin filial rəhbəri vəfat etdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Tahir Hacıyev vəfat edib.
Bu barədə agentlikdən bildirilib.
Tahir Hacıyevin vəfat səbəbiylə bağlı məlumat verilməyib.
20-10-2021, 08:57 | Bakıda kişini avtomobil vuraraq komaya salıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Qəza metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.
Belə ki, 41 yaşlı Əli Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı komatoz vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)