10-10-2021, 11:22 | 9 yaşlı uşağı maşın vurub öldürdü

Ağdaşda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Verir ki, rayonun Yuxarı Nemətabad kənd sakini, 2012-ci il təvəllüdlü Əbilov Yusif Mehman oğlu yolu keçmək istəyən zaman onu "VAZ - 2106" markalı minik avtomobili vurub.
Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"qafqazinfo"
10-10-2021, 10:29 | Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var - HADİSƏ YERİNDƏN FOTO

Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.


report
9-10-2021, 09:57 | Azərbaycanda tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.
E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
report
9-10-2021, 09:21 | Oğuzda minik avtomobili yanıb

Oğuz rayonunun Bucaq kəndində ümumi sahəsi 32 m² olan talvarın altında VAZ markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
9-10-2021, 09:11 | Traktorla 14 yaşlı bacılarının üstündən keçdilər - VİDEO

Antalyanda miras uğrunda iki qardaş və bacı arasında dava qanla bitib.
Traktoru bacılarının üstünə sürən qardaşların bu vəhşiliyi telefonların kameralarına düşüb. Əri öldüyü üçün 14 yaşlı qızı ilə yaşayan Emine Çetin qardaşını ziyarət etmək üçün qızını özü ilə aparıb. Orada öyrənib ki, 9 qardaşa miras qalan və 7 ildir paylaşılmayan ərazidə işlər aparılır.
Bu zaman qardaşları ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı qardaşları traktor sürərək Emine Çetinin üstündən keçiblər. Yaşlı qadın xoşbəxtlikdən xilas olub. İddialara görə, bu hadisədən sonra iki qardaş bacısının saçlarını yolub, 14 yaşlı qızının telefonunu sındıraraq döyüblər. Emine Çetin qardaşlarından polisə şikayət edib.
9-10-2021, 09:07 | Ailəliykən başqasına qoşulub qaçdı - Sonra da həmin şəxsin dostu tərəfindən zorlandı - VİDEO

Star TV-də Serap Paközün təqdim etdiyi proqramda qalmaqallı həyət hekəyəsi hər kəsi heyrətə salıb.
haberler.com-a istinadən xəbər verir ki, evli və uşaq sahibi olan Selda Biçer televiziyada gördüyü Coşkun Yenilmezə qoşulub qaçıb. Sonra da kişinin dostu tərəfindən təcavüzə uğrayıb.
Bu azmış kimi sonra qaçdığı Coşkun Yenilməzin də xəyanətindən sarsılıb. Yenilmezin dostu Erkan Koy verilişdə "öümə hakim ola bilmədim, amma onun öz iradəsi və arzusu ilə intim əlaqədə olduq" deyib. Proqramda eşitdiklərindən şoka düşən Biçerin birinci həyat yoldaşı Musa isə baş verən hadisələrdən dəhşətə gələrək "məni buradan göndərin, üzlərini görmək istəmirəm" deyib.
4-10-2021, 11:53 | Cütlük hamının gözü qarşısında əxlaqsızlığa yol verdi - Konsertdə utancverici anlar

ABŞ-da keçirilən "Nocturnal Wonderland" Musiqi Festivalında diqqət çələn anlar yaşanıb.
Milli.Az qərb mediasına istinadən xəbər verir ki, gənc cütlük ətrafındakı minlərlə insanı nəzərə almayaraq cinsi münasibət qurublar. Festival zamanı cütlüyün yarıçılpaq cinsi əlaqədə olduğunu görən konsert iştirakçılarından biri dərhal telefonunu tutaraq həmin anları lentə alıb. Daha sonra bunu sosial media hesabında paylaşıb. Ancaq əks reaksiyadan sonra onu silmək məcburiyyətində qalıb.
Anar Əli
24-09-2021, 06:15 | Polis əməkdaşı ilə sevgilisinin cəsədi tapıldı

Moskva yaxınlığındakı Krasnoqorsk adlı ərazidəki evlərdən birində polis və sevgilisinin cəsədləri tapılıb.
Bu barədə "MK: Son Xəbərlər" telegram kanalı məlumat yayıb. İlkin məlumatlara görə, "aşiq-məşuq" narkotik maddələrin həddindən artıq dozasının qəbulundan ölüb. 24 yaşlı polis paytaxt polisində xidmət edirmiş.
Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Moskvanın mərkəzində bir mənzildə ölü tapılmışdı. İlkin məlumatlara görə, yüksək rütbəli təqaüdçü intihar edib.//milli.az
24-09-2021, 06:08 | Otel otağında gənc qadına qarşı iyrənc hərəkət - İşçi... - VİDEO

Antalyada qaldığı oteldə təcavüzə məruz qaldığını iddia edən interyer dizayneri B.A. şübhəli bildiyi E.A. adlı otel işçisindən şikayətçidir.
Ittihamları rədd edən E.A. məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Təhlükəsizlik kamerasının görüntülərinə baxmayaraq EA -nın həbs edilməməsinə reaksiya verən xanımın vəkili Ezgi Sil Orhun "bu şəxs həbs olunmalıdır" deyib. "Müştərim yatarkən gizlincə içəri girir, 20 dəqiqə qalır və çölə çıxır. Səhər otağa qayıdır, ayaqlarına və qasıq nahiyələrinə toxunaraq masturbasiya edir" deyib. Otel işçisi E.A.-nın ona toxunduğunu bildirən B.A. qışqıraraq otaqdan qaçıb. Bildirib ki, otel işçisi otaqda olarkən masturbasiya edib. Bu zaman qəbula zəng edərək polisə xəbər verib. milli.az
23-09-2021, 06:47 | Goranboyda yük maşını aşıb, yola buğda dağılıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun Goranboy ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük yeri buğda ilə dolu olan "MAN" markalı yük maşını Gəncə istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusundakı 20 tona yaxın buğda yol kənarına dağılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.