23-09-2021, 06:26 | Zaqatalada Vətən Müharibəsi qazisinin evində yanğın olub - FOTO

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Hadisə bu gün axşam saat 19:18-də qeydə alınıb.
Rayonun Yuxarı Tala kənd sakini Ələddin Xaliddin oğlu Osmanova məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən Müharibəsi iştirakçısıdır. E.Osmanov Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.
APA
23-09-2021, 05:47 | Kürdəmirdə "patı" alverçisi tutuldu

Kürdəmir rayon sakinindən "patı" və heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
22-09-2021, 06:23 | Gəncədə ana və oğlunu avtomobil vurub

Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və oğlunu vurub. Onların hər ikisi xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA
20-09-2021, 07:52 | Bakıda gənc qız özünü dənizə atıb

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
Hadisə bulvarda baş verib.
1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizkənarında gəzərkən suya atıb.
R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməksaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib.
Suda boğulma təhlükəsi ilə üzləşən qız 3 saylı şəhər xəstəxanaya çatdırılıb.
APAS
20-09-2021, 07:49 | Bakıda gənc qız özünü dənizə atıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcəyi Nyu Yorka gəlib.
Con Kennedy adına hava limanında Türkiyə liderini ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Vaşinqtondakı səfiri Həsən Murat Mercan və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə dövlət başçısını səfərdə Milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Ədalət və inkişaf partiyasının (AKP) Türkiyədəki sədr müavini Binəli Yıldırım müşayiət edir.
Trend
20-09-2021, 07:40 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin eyvanına yığılan istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20-09-2021, 07:35 | Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "Sahil", "Nardaran-2" sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.
20-09-2021, 07:21 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin eyvanında yığılan tikinti materialları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20-09-2021, 06:34 | Gəncədə qadın özünü binanın 3-cü mərtəbəsindən atıb

Gəncədə intihara cəhd olub.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Orta yaşlı qadın həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
6-09-2021, 10:18 | Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və qoruyucu açar yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.