Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
2020-ci ilin oktyabrında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 264,4 milyon dollar olub ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 87,269 milyon dollar çoxdur.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin oktyabrında Türkiyədən Azərbaycana ixrac 234,702 milyon dollar, Azərbaycandan idxal isə 29,698 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 201,597 milyon dollar artaraq 1,81 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,543 milyard dollar, Azərbaycandan idxal isə 267 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 311,505 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azalaraq 135,617 milyard dollar, idxalı 1,2 faiz artaraq 175,888 milyard dollara bərabər olub.
Tarix: 30-11-2020, 16:54