İşğaldan azad edilmiş torpaqların məhsuldarlıq səviyyəsi qiymətləndiriləcək
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının məhsuldarlıq səviyyəsini öyrənmək üçün qiymətləndirmələr aparılacaq.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, həmin torpaqların vəziyyəti alimlərin iştirakı ilə öyrəniləcək.
Ə.Quliyev qeyd edib ki, işğal olunana qədər həmin torpaqlarla bağlı daimi qiymətləndirmələr aparılıb: "İşğaldan azad edilən torpaqlarımız məhsuldar torpaqlardır. Burada torpaq şoran deyil, münbitdir. Bu torpqlarda yaxşı taxıl sortları yaranıb. Qubadlı və Cəbrayılın böyük bir hissəsi dəmyə əkinçiliyi üçün yararlıdır. Orada toxum əkiləndə yaxşı məhsul götürmək olur".
Mütəxəssis qeyd edib ki, Kəlbəcər torpaqları daha çox heyvandarlıq, yemçilik və yay otlaqları kimi istifadə üçün münasibdir.
İnstitut direktoru əlavə edib ki, ümumilikdə Qarabağ torpaqları kənd təsərrüfatrı üçün çox yararlıdr. Bu torpaqlarda heyvandarlığın inkişafı üçün çox münasib şərait var.
Tarix: 3-12-2020, 12:20