4-12-2020, 13:40 | Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 49,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 48,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.
4-12-2020, 13:33 | Azərbaycanın Türkiyədən sement idxalı azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 30,323 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Noyabr ayında Türkiyə Azərbaycana 2,326 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 23 faiz azdır.
2020-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 3,407 milyard dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,2 faizini təşkil edib.
Son 12 ay ərzində (noyabr 2019-cu il - noyabr 2020-ci il) Türkiyə 3,686 milyard dollar məbləğində sement ixrac edib.
4-12-2020, 13:03 | SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqladı

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 120,204 milyon ton təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,5 faiz azdır.
Bu barədə SOCAR-ın "Dayanıqlı inkişaf" hesabatına istinadən məlumat verir.
2018-ci ildə SOCAR-ın neft ehtiyatları 125,906 milyon ton təşkil edib.
Hesabata əsasən, 2019-cu ildə SOCAR 7,7 milyon ton neft, 6,8 milyard kubmetr qaz hasil edib. 2018-ci illə müqayisədə neft hasilatı 140,8 min ton, qaz hasilatı 293 milyon kubmetr artıb.
Ötən il şirkət 1,4 milyon ton nefti və 1,6 milyard kubmetr qazı ixraca yönəldib. 2019-cu ildə neft və qaz ixracından əldə edilən gəlir 904, 6 milyon dollar təşkil edib.
SOCAR-ın 2019-cu ildə neft, qaz və neft məhsulları ixracından 1,289 milyard dollar gəlir əldə edib.Trend
3-12-2020, 12:22 | Təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,47% azalaraq 2,744 ABŞ dolları təşkil edib.
3-12-2020, 12:20 | İşğaldan azad edilmiş torpaqların məhsuldarlıq səviyyəsi qiymətləndiriləcək

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının məhsuldarlıq səviyyəsini öyrənmək üçün qiymətləndirmələr aparılacaq.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, həmin torpaqların vəziyyəti alimlərin iştirakı ilə öyrəniləcək.
Ə.Quliyev qeyd edib ki, işğal olunana qədər həmin torpaqlarla bağlı daimi qiymətləndirmələr aparılıb: "İşğaldan azad edilən torpaqlarımız məhsuldar torpaqlardır. Burada torpaq şoran deyil, münbitdir. Bu torpqlarda yaxşı taxıl sortları yaranıb. Qubadlı və Cəbrayılın böyük bir hissəsi dəmyə əkinçiliyi üçün yararlıdır. Orada toxum əkiləndə yaxşı məhsul götürmək olur".
Mütəxəssis qeyd edib ki, Kəlbəcər torpaqları daha çox heyvandarlıq, yemçilik və yay otlaqları kimi istifadə üçün münasibdir.
İnstitut direktoru əlavə edib ki, ümumilikdə Qarabağ torpaqları kənd təsərrüfatrı üçün çox yararlıdr. Bu torpaqlarda heyvandarlığın inkişafı üçün çox münasib şərait var.
3-12-2020, 12:12 | Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 3 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan milli.az-a verilən məlumata görə, dekabrın 3-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0603 manat təşkil edir. 1 türk lirəsi 0.2166 manat, 1 rus rublu 0.0226, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5121 manatdır.
2-12-2020, 17:07 | Banklar bu şəxslərin kredit borclarını sildi - QƏRAR

Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.
Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul etmişlər:
1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Bildiririk ki, Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.
Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.
Azərbaycan bank icması hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibət
2-12-2020, 16:41 | Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib

Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin noyabr sayında qeyd edilib.
Mərkəz qeyd edib ki, 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr - (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.
"İxrac İcmalı"nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də təqdim edilib Bu ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", "Aqrovest" MMC və "Fruit City Group" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Kaspian Drilinq Kompani Limited" MMC.(Trend)
2-12-2020, 16:33 | Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.
Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin noyabr sayında qeyd edilib.
Mərkəz qeyd edib ki, 2020-ci ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb. Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 oktyabr tarixinə kimi (46 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, azexport.az saytı Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.Trend
1-12-2020, 14:42 | Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib

13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.


















